Fitrə zəkatı kimə verilməli və necə çıxarılmalıdır?
- 25 iyun 2017
- Bölmə: Şəriət qanunları
- Baxış: 3 466
- Şərhlər: 0
- Müəllif: movlan
Fitrə zəkatı Fitr bayramı günü günəş çıхаndаn sоnrа vеrilir, əgər axşam məlum olsa ki, səhər bayramdır, fitrə zəkatı axşam azanından(gün batdıqdan sonra) sonra ayrılmalıdır
Fitrə zəkatının miqdarı ailədə hәr nәfәr üçün buğdа, аrpа, хurmа, kişmiş, düyü, qаrğıdаlı vә s. kimi şеylәrdәn 3 kq dəyərindədir. Beləki, fitrə zəkatını orta hesablama ilə adam başı 3 manatdan 6 manata kimi istənilən miqdarda vermək olar. Yuxarıda qeyd olunan ərzaqların daha ucuzu və ya daha bahasının qiyməti ilə də fitrə pulu çıxarmaq olar.
Lakin fitrə qaydalarına görə müstəhəbdir ki, insan özünün daha çox istifadə etdiyi yuxarıda sadalanan ərzaqlardan birinin pulunu hesablayıb versin.
Əgər bir ailə kasıbdırsa, onda onlar fitrə verməkdən azaddırlar.
Başqasının öhdəsində olan insana fitrə zəkatı vacib deyil. Habelə əgər öhdəsində olduğu adam da onun fitrəsini verməsə, yenə də ona fitrə vacib deyil. Lakin, yaxşı olar ki, özü öz fitrəsini çıxartsın.
Fitrə zəkatını o kəs verməlidir ki, gəliri zəruri xərclərini qarşılayır. Əksinə, fitrəni o kəsə vermək lazımdır ki, gəliri zəruri xərclərini qarşılamasın.
Fitrə pulunu özünüz də imkansız müsəlmana verə bilərsiz. Əgər belə bir tanışınız yoxdursa, həmin pulun fəqir müsəlmana verilməsini başqa adama həvalə edə bilərsiz. Habelə unutmayın ki, seyyidlər qeyri-seyyidlərdən fitrə zəkatı ala bilməzlər, qeyri-seyyidlər də seyyidlərə fitrə zəkatı verə bilməzlər. Yalnız seyyid ehtiyacı olan seyyidə fitrə zəkatı verə bilər.
Ahlibeyt.az
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.