İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Ramazan ayı haqqında hədislər

Mübarək Ramazan ayının fəzilətlərini Məsumların (ə) dilindən eşidək.
Hərət Peyğəmbər (s) buyurur:
“Ramazan ayı Allahın ayıdır və o elə aydır ki, Allah onda həsənələri artırar, günahları pak edər və o, bərəkət ayıdır”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Ramazan ayının bir gününü (üzrü olmadan) yeyərsə, iman ruhu ondan ayrılar”.

İmam Əli (ə) buyurur: “Ramazan ayı – Allahın ayıdır, Şəban – Peyğəmbərin (s) ayıdır, Rəcəb- mənim ayımdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan elə aydır ki, əvvəli rəhmət, ortası bağışlanma, sonu cəhənnəm atəşindən azad olmaqdır”. (Beytutə saytı)

HəzrətPeyğəmbər (s) buyurur: “Ramazan ayının ilk gecəsində səmanın qapıları açılar və son gecəsinə qədər bağlanmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allah bəndəsi bilsəydi ki, Ramazan ayında (hansı bərəkətlər) vardır, istəyərdi ki, bütün il boyu Ramazan ayı olsun”.

İmam Sadiq (ə) buyurur: “(Əməlin hesabının) başlanğıcı Qədr gecəsidir. O gecədə gələcək ilin proqramı yazılar”.

İmam Sadiqə (ə) sual verirlər ki, Qədr gecəsi necə min gecədən daha üstündür? Həzrət (ə) buyurur: “O gecədəki yaxşı əməllər, Qədr gecəsi olmayan min ayın əməllərindən daha yaxşıdır”.

İmam Sadiq (ə) buyurur: “Orucun təkmili zəkat verməklədir, yəni fitrə. Həmçinin Peyğəmbərə (s) salavat göndərmək – namazın kamalıdır (təkmil edicisidir)”.

İmam Baqir (ə) buyurur: “Hər şeyin baharı vardır və Quranın baharı – Ramazan ayıdır”.

İmam Rza (ə) buyurur: “Hər kim Ramazan ayında Allah Kitabından bir ayə oxuyarsa, sanki başqa aylarda bütün Quranı oxumuş kimi olar”.


/Deyerler.org/

Oxşar xəbərlər
Nimeyi-Şəban gecəsinin əməlləri - şaban ayının 15 i
[/center] Şəbanın 15-ci gecəsi Nimeyi-Şəban (“şəbanın ortası”) gecəsi Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həzrət Rəsuləllah (s) buyurub ki, bu gecə (gələn il üçün) ruzi payı və ömür müddəti təyin edilər, qismətlərə Həcc yazılar.\ Bu gecə

Şaban ayının əməlləri
Şaban ayında yerinə yetirilməsi rəvayət edilən əməlləri iki qisimə ayırmaq olar. Birinci qism bu ayın bütün günlərində edilən əməllər, ikinci qism isə bu ayın bəzi günləri və ya gecələrinə xas əməllərdir. Şaban ayının bütün günlərində edilən

Rəcəb ayı haqqında
Mübarək Rəcəb ayı - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay - tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, qorxaqlıqdan, yaltaqlıqdan, hər bir eybəcərlikdən müalicə olunma

Nuhun (ə) gəmisi, Adəmin (ə) tövbəsi, Həzrət İsanın (ə) mövludu məhərrəm ay ...
Deyerler.org: “Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və Yer kürəsi

Zil Qədə ayının Tövbə Namazı
Qəməri tarixi ilə bugün Zilqədə ayının 3-dür (07.08.2016) Zil Qədə ayında bazar gününün əfzəl əməli. "Tövbə namazı" Peyğəmbərimiz (s.ə.ə.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



       
      Cəmi istifadəçilər: 9
      Qonaqlar: 7

      Online İstifadəçilər: 
      ---

       Saytda olmuş ən son 20 nəfər: 
      ---