Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

ATEİZM, DEİZM VƏ TEİZM. 11-ci mövzu

ATEİZM, DEİZM VƏ TEİZM. 11-ci mövzu
0
Mətndə qrammatik səhv var?
ATEİZM, DEİZM VƏ TEİZM. 11-ci mövzu


SUAL: HƏR ŞEYİN YARADICISI ALLAHDIR. BƏS ALLAHIN ÖZÜ KİM TƏRƏFİNDƏN VƏ NECƏ YARADILIB?

CAVAB: Bu sual daima nəinki İslam, hətda normal ateizm təfəkküründən belə xəbəri olmayanlar tərəfindən dəfələrlə İslam mütəfəkkirlərinə ünvanlanmış və cavabı çox dəqiq və geniş bir şəkildə verilmiş bir sualdır. Biz isə öz növbəmizdə bu suala kiçik və hamının başa düşə biləcəyi bir formada cavab hazırladıq.

Materialistlər: “Bütün varlıq maddəyə qayıdır, maddənin başlanğıcı yoxdur, o, həmişə olmuşdur və olacaqdır” – dedikləri zaman heç şübhəsiz, bu sual ortaya çıxır: “Aləmin mənşəyi hesab etdiyiniz bu maddəni bəs kim yaradıb?” Başqa ibarətlə desək: “Siz materialistlər səbəb-nəticə qanununu qəbul edir, “hər hadisənin və ya nəticənin bir səbəbi olmalıdır” – deyirsinizsə, onda əsil maddə hansı səbəbin nəticəsidir?”

Burada qəbul olunan meyar budur ki, hər bir varlığın bir yaradıcısı və yaradılışında nəzərdə tutulmuş bir məqsəd vardır. Tək tanrıçılıq inancına əsasən Allahdan qeyri bütün varlıq aləmi xəlq aləminə məxsusdur, yəni mütləq varlıq olan Allah tərəfindən yaradılmışdır. İslamın tövhis prinsipinə əsasən isə qəbul olunur ki, bütün mövcud aləmlər, varlıqlar Allah tərəfindən yaradılmasından əlavə həmçinində məqsədsiz və boş yerə yaradılmamışdır.

Qəbul olunur ki, hər bir varlığın öz yardıcısı və səbəbi vardır. Bəs görəsən bu qanunun özünə məxsus bir meyarı və ölçüsü vardırmı?
İslam filosofları bu məsələ ilə bağlı ayrıca bir mövzuda bəhs etmişlər və bu qanuna "Səbəbə ehtiyac meyarı" adını vermişlər. Ateist filosofların fikrincə varlıqın səbəbə olan ehtiyacı sonsuzdur və bitəcək bir məsələ deyil. Yəni varlıqlar biri birini yaratmaqla, biri birinin səbəbi və nəticəsi olmaqla zəncirvari şəkildə bağlıdır və bu mövzunun ilk əvvəlini, yəni varlıqların yaranmaq nöqtəsini - ilk səbəbi tapmaq mümkün deyil, ümumiyyətlə onlar iddia edirlər ki, bu ilk səbəb mövcud olmayıb. Lakin bu iddianı düz hesab etsək o zaman səbəb və nəticənin, mühakimə və sübutların biri-birindən aslı olaraq davam edib lakin müəyyən bir nəticəyə çatmamasına düçar olacayıq və buda artıq fəlsəfədə batilliyi sübut olunmuş bir mövzudur.

Lakin bu mətləb sağlam ağıl tərəfindən aydın və anlaşıqlı formada qəbul edilə bilməz. Çünkü Allahın varlığını sübut edən dəlillər bir daha göstərir ki, səbəbə möhtac olmayan varlıq da mövcuddur. Sadəcə burada bu son səbəbi - yəni Allahın özünü dərk etməyən ateistlərin ən böyük problemi ondan ibarətdir ki, onlar Allahı digər varlıqlar kimi maddi, fiziki, məhdud və səbəbə ehtiyacı olan varlıqların arasında axtarırlar. Yəni biz Allahı bütün mövcudlardan kənar lakin onlarla eyni sırada duran bir varlıq kimi axtarıb tapmaq istəsək və Allahla digər varlıqlar arasında bir fərq qoysaq ki, "Allahdan qeyri bütün varlıqlar fiziki olaraq hiss olunur və görünür, lakin Allah hiss olunmur və görünmür" deyərək düşünsək o zaman elə məsələnin qoyuluşunda səhv etmiş olarıq.

Buna əsasən, "hər bir varlıq səbəbə möhtacdır" - qanunun predmeti mütləq deyil və onun xüsusi bir şərti vardır. Bu predmetin şərti isə mövcud olması mümkün olan varlıqlardır. Yəni yoxluğu mümkün olan və fərziyyəsi qeyri mümkün olmayan varlıqların hər biri bir səbəbə möhtacdır. Məsələn götürək Venera planeti. Bu varlıq əslində mümkün olmaya biləcək bir varlıqdır, yəni onun var olması zəruri bir varlıq deyil. kainatda da nə qədər varlıq təsəvvür etmək olar ki, onlar yaranmayıblar və əslində yoxdurlar. Yəni yoxluğu mümkün olan varlıqlar MÜMKÜN VARLIQLAR adlanırlar və onların hər birinin yaranmasında mütləq bir səbəbə ehtiyac vardır.

Lakin burada mümkün varlıqlardan tamam ayrı bir varlıq mövcuddur ki, o varlıq zəruri varlıq hesab olunur və onun varlığının mövcud olması üçün heç bir səbəbə ehtiyac yoxdur. Bu varlıq isə bütün səbəblərin son səbəbi və heç bir zaman heç bir varlıqın meyarına uyğun gəlməyən Allahdır. Allah fəlsəfədə zəruri varlıq və mütləq vücud adlanır. Allahın yoxluğu mümkün deyil, varlıqı isə ən son dərəcədə zəruridir.

Yuxarıda qeyd olunan söz "hər bir varlıq səbəbə möhtacadır" sözü isə qətiyyən Allaha aid oluna bilməz və başqasının təsiri ilə, nəticə olaraq yaranan varlıq isə Allah sayıla bilməz.

Əgər biz bütün varlıqların özlərini və bir sıra səbəbləri, heç bir səbəbi olmayan zəruri varlıq olan Allahı nəzərə almadan fərz etsək, onlar ümumi şəkildə və ya ayrı-ayrılıqda onların heç biri zəruri olmayacaqdır. Zəruri ola bilmədikləri üçün vücuda gəlmələri də heç zaman mümkün olmayacaqdır. Varlıqın özünü özünə zəruri varlıq olmadan səbəb olması mümkün deyil.

Filosoflara görə varlıq müxtəlif dərəcələrə malik olan həqiqətdir və bu həqiqətin son nöqtəsi zəruri varlıq olan Allahdır. Allahın zəruri varlıq olması sübu olunduqdan sonra artıq aydın olur ki, onun bir başqası tərəfindən yaradılması qeyri mümkündür. Yəni həqiqətin özü, bütün səbəblərin sonu olan zəruri varlığı - Allahı kiminsə yaratmağa qüdrəti çata bilməz və bu mümükünsüzdür.


MƏNSUROV BƏŞİR

(SAYTDA OLAN MƏLUMATLARDAN İSTİFADƏ EDƏRKƏN İSTİNAD VACİBDİR)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.