ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu.
- 01 avqust 2016
- Bölmə: Ateistlərə cavablar
- Baxış: 3 211
- Şərhlər: 0
- Müəllif: movlan
ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu.
Tarix boyunca ateistlərin buraxdığı ən böyük səhvlərdən biri də bu idi ki, onlar Allahın varlığını öz məhdud ağılları, sərhədli düşüncələri ilə tam mənada dərk edib, təsəvvür edə bilmək istəyirdilər. Yəni onlar Allahın necə olduğunu, zatının necəliyini, nələrdən təşkil olunduğunu bilmək istəyirdilər. Lakin onlar məntiqi cəhətdən düşünə bilmirdilər ki, əgər Allah insanın tam başa düşə və təsəvvür edə biləcəyi varlıq olsaydı o zaman demək məhdud bir varlıq olardı və həqiqətən Allah ola bilməzdi. Çünki mütləq varlıq olan Allah elə bir varlıq olmalıdır ki, o sonsuzluq və genişliyinin hədsizliyi ilə bütün ağılların fövqündə dursun və tam şəkildə dərk oluna bilməsin. Ateistlər isə Allahın varlığının həqiqətini olduğu kimi dərk edə bilmədikləri zaman isə naqisliyi öz ağıllarında və düşüncələrində deyil, Allahda axtardılar və sonda belə bir varlığın olmamasını iddia etdilər.
Dahi alman filosofu İmmanuel Kant öz "Təmiz zəkanın tənqidi" kitabında deyir ki, əslində insan zəkası sonsuz dairəli biliklərə yiyələnməyə qadir deyil, insan ağlı cisim və hadisələri qismən dərk etmək üçün yaradılmışdır. İnsan ağlı Allahın mövcudluğu kimi hər şeyi əhatə edən bir anlayışı dərk etməkdə gücsüzdür.
Allah tam mənada müəyyən həddə qədər ağılla dərk oluna bilir, bir həddən sonra isə bu tanıma özünü mənəviyyata, insanın daxili ruhani hisslərinin öhdəsinə buraxılır. Yəni biz Allahın varlığını öz ağlımız vasitəsi ilə dərk edir və bundan sonra mənəviyyatımız vasitəsi ilə hiss edir, onun mövcudluğunu qəbullanmağı bacarırıq.
Bəşir Mansurov
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.