ATEİZM, DEİZM VƏ TEİZM. 5-ci mövzu..
- 10 avqust 2016
- Bölmə: Ateistlərə cavablar
- Baxış: 2 665
- Şərhlər: 0
- Müəllif: besir
Ateistlərin sualı və qısa cavab.
Ateistlərin inanclı insanlara yönləndirdiyi maraqlı suallardan biri də budur:
Sual 1: Allah hər şeyin taleyini müəyyən edibsə və öncədən hər şeyi plan əsasında qurubsa o zaman niyə bizi bəzi işlərimiz, günahlarımız üçün mühakimə edir? Yox əgər özbaşınayıqsa o zaman mən vətənimi, millətimi, ata-anamı, fiziki görünüşümü niyə öncədən özüm seçə bilmirəm? əgər hər şey öncədən taleyimizə yerləşdirilibsə o zaman Allah məni hansı hesabla mühakimə edəcək?
Cavab: - Bu sualda da ilk baxışdan sofistikadan istifadə edildiyi açıq-aşkar hiss olunur. (Sofizm - formal olaraq düzgün görünən, ancaq əslində bilərəkdən ilkin müddəaları düzgün seçilməsinə əsaslanan yalan nəticədir.) Lakin buna baxmayaraq bu sualı sual hesab etmək olar.
Mən istərdim bu suala cavab kimi müsəlmanların inanc və görüşlərini təqdim edim. Bəlkə lazım olan cavabı bu görüşlərin daxilində tapa bilərlər. Biz müsəlmanlar inanırıq ki, bütün insanların başlarına gələcək hər bir şey Allaha məlumdur, bu yalnız Allaha məxsus olan xüsusi bir elmdir. Əgər Allah yaratdıqlarının gələcəyi və sonluğu barədə heç bir elmə sahib olmasaydı o zaman mütləq kamil varlıq olan Allah ola bilməzdi və elmində, agahlığında qüsur olmuş olardı. Çünkü həqiqi Allah ola biləcək tanrı o varlıqdır ki, onun bilə-bilməyəcəyi bir şey yoxdur və olada bilməz.
Allahın bizim gələcəyimiz barədə bir şeyi bilməsi bizi o gələcəyə məcbur etməsi anlamına gəlməməlidir. Məsəl üçün mən bilirəm ki, mənim oğlum gələcəkdə yüksək balla ali məktəbə qabul olacaq və həqiqətəndə bu olur. Mənim bunu məhdud ağlımla bilməyim o demək deyil ki, mən oğlumu buna məcbur etdim. Xeyir sadəcə oğlumun istedadı, qabiliyyəti, bacarığı və zəhmətkeşliyini nəzərə alaraq mən öncədən belə qərar verdim. Allahın bizim gələcəyimizi bilməsi o deməkdir ki, Allah bizdə qərar tutan bütün istəklər, xüsusiyyətlər, ruhi və fiziki hallar, hansı düşüncəyə sahiblənməyimiz və sahib olduğumuz potensiallar barədə informasiyaya mükəmməl şəkildə xəbərdardır.
İslam insanı ümumilikdə mütləq azad hesab etmir və həqiqətdə də belə deyil. İnsan ateistlərin dediyi kimi bəzi mövzularda, məsələn irq, millət, ölkə, ailə, fiziki görünüş seçimində ixtiyar sahibi deyil. Bunun təbii ki, bir neçə xüsusi səbəbi var. O səbəblərdən biri budur ki, insan əgər bu tip azadlıqa sahib olsaydı o zaman dünyada dəhşətli xaos yaşanardı, dünaynın balansı kəskin şəkildə pozulardı, inkişafa səbəb olan ziddiyyətlər aradan gedərdi və insanlıq məhv olardı. Birdəki, insana mütləq ixtiyar verilmədiyi halda insan əlində olan məhdud ixtiyarı ilə bu qədər qan tökür və fəsad yaradır. Əgər mütləq ixtiyar verilsəydi o zaman insan öz nəfsi ucbatından daha çox bəlalara yol açardı və dünyanın nizamı tez bir zamanda pozulardı. İnsanların müxtəlif qitələrdə, ölkələrdə, iqrlərdə, ailələrdə və müxtəlif fiziki formalarda doğulması dünyada xüsusi nizamın, inkişafın və münasibətlərin yaranması üçündür.
Əgər insan düşünsə ki, gərək o mütləq azad olardı.O zaman xatırladaq ki, bu mümkün deyil. Çünkü mütləq azad və mütləq qüdrət sahibi yalnız Allahdır.
Burada qeyd olunmalı xüsusi bir məqam budur ki, Allah bizi ixtiyar sahibi olmadığımız mövzularda heç zaman qınamaz və mühakimə etməz. Yəni kimsə axirət aləmində qınanaraq, mühakimə olunmayacaq ki, sən niyə filan millətə məxsus idin?, ya sən niyə kifir və ya sən niyə gözəl idin? Allah insanı yalnız insanın ixtiyar sahibi olduğu mövzularda qınayaraq, mühakimə edəcək.
İnsan tam olaraq ixtiyar sahibi olmadığı kimi də, tam olaraq müti, ixtiyarsız varlıq deyil. İnsanın şəxsi həyatı onun öz əllərindədir və hər bir insana bu həyatda xoşbəxt olmağı, əbədi səadətə çatmağı üçün kifayət edəcək qədər ruhi, fiziki potensial verilir. Sadəcə insan ona verilən imkanı vaxtında dəyərləndirə bilmir, özü özünü zəlalətə salır və öz keçmiş əməllərinin girovuna çevrilir. Artıq keçmişdə, ixtiyari şəkildə olunan müəyyən səhvlər gələcəkdə insanın çox ixtiyarını əlindən alır və onu bu əməllərinin məcburi nəticəsini yaşamağa vadar edir. Yəni biz düşünməyək ki, bu gün başımıza gələnn hər hansı bir bəla və ya hansı bir xoş hadisə səbəbsiz olmuşdur və bizə ixtiyarsız seçim olaraq göndərilmişdir. Xeyir, əsla. heç bir iş və proses səbəbsiz olaraq insanın başına gəlmir. Biz başımıza gələn qeyri ixtiyari hesab etdiyimiz müsibət üçün artıq keçmişdə xüsusi səbəblər və zəmin hazırlamışdıq. Sadəcə insan səhvi özündə axtarmaq əvəzinə, başına gələn müsibətdə hər zaman çalışır günahkarı kənarda axtarsın və özünün bu işdə ixtiyar sahibi olmadığını bildirsin.
İnsan öz iyrənc ehtiraslarını boğub-boğmamaqda, bir günahı edib-etməməkdə, qəzəbini boğub-boğmamaqda, özünü cilovlamaq və ya tam sərbəst buraxmaqda, ibadət edib etməməkdə ixtiyar sahibidir. Lakin müəyyən günahların və ya müəyyən gözəl əməllərin gələcəkdə olacaq nəticəsi isə qeyri ixtiyari olaraq başımıza gələcək. Yəni dünya determizm (səbəb və nəticə) adlı qanunla ona görə idarə olunur ki, bütün insanlar öz üzərinə düşən vəzifəni dərk etsinlər, bütün insanlıq və Allah qarşısında olan məsuliyyətlərini hiss etsinlər. İnsan mexaniki varlıq deyil və verilən ixtiyar insanın nə qədər əzəmətli, qüdrətli və Allah üçün qiymətli varlıq olmasının göstəricidir. Yəni Allah bizi mütləq itaətkar yaratmadı və itaət edib-etməməyi öz seçimimizin ixtiyarına qoydu.
Misal üçün insan əlini qaynar bir su qazanına salıb-çıxarmaqda ixtiyar sahibidir. Əgər salsa o zaman ağrılı bir gələcək onu ixtiyarsız olaraq gözləyir. Yəni əlini yandırıb-yandırmamaqda ixtiyar sahibidir. Lakin özünə verilən ixtiyardan istifadə edib əlini yandırsa o zaman o yanğının şiddətli ağrısı ona qeyri ixtiyari olaraq üz verəcəkdir. Qısacası belə deyək ki, İslama görə insan səbəbləri hazırlamaqda ixtiyar sahibidir və lakin səbəblərə uyğun yaranacaq nəticələrdə isə heç bir ixtiyar sahibi deyil.
İnsanın öz gələcək taleyi bir mənalı və mütləq olaraq öz ixtiyarındadır. Ola bilsin bu aləmdə müəyyən məhdudiyyətlər və bəlalar insandan uzaq düşməsin. Lakin İslam insanı bu dünyaya aid varlıq hesab etmədiyindən, insanın əsas və əbədi yurdu olan axirət aləmini isə əsas vətən hesab etdiyindən, insanın bütün potensialı və ixtiyarı məhz buna görə insana verilir ki, onun bu dünyada qismən şəkildə, axirət aləmində isə mütləq şəkildə xoşbəxt yaşamağa qüdrəti olsun.
Mənsurov Bəşir
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.