Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ramazan ayının 1-ci gecəsinin əməlləri:

Ramazan ayının 1-ci gecəsinin əməlləri:
+1
Mətndə qrammatik səhv var?
Ramazan ayının 1-ci gecəsinin əməlləri:


Ramazan ayının birinci gecəsinin əməlləri:


1. Yeni ayın çıxmasını görmək.
2. Səhifeyi-Səccadiyədə qeyd olunan 43-cü duanı oxumaq.
O Həzrətin təzə Aya baxdığı zaman etdiyi duası.
Ey müti olan məxluq, ey tələsərkən, çalışaraq hərəkət edən, ey müəyyən mənzillərdə get-gəl edən, ey tədbirin dairəsində yuvarlanan,Sənin səbəbinlə qaranlıqları işıqlandırana, çətinliklə tapılanı aşkar edənə, Səni özünün qalibiyyət nişanələrindən biri edənə, Öz qüdrət nişanələrindən biri nişan verənə, bəzən Səni tam, bəzən naqis edənə, bəzən batırıb bəzən çıxarana, bəzən nurlu, bəzən tutqun edənə iman gətirdim. Bütün bunllarda ona təslimsən, o münəzzəhdir, Sənin barəndəki tədbiri necə də qəribədir, Sənin haqqında etdiyi işi necə də dəqiqdir, yeni iş üçün səni təzə ayın açarı etdi, beləliklə səni və məni yaradan, sənin və mənim Rəbbim olan sənə və mənə surət verən, sənin və mənim cilovum qüdrətinin əlində olan Allahdan istəyirəm ki, Muhəmməd və onun soyuna salam yetirsin və səni bərəkət ayı qərar versin ki, ruzigarın ötməsi onu aradan aparmasına günahların bulaşdırmadığı pak bir ay etsin,
bəlalardan nicat hilalı, pisliklərdən salamatlıq, nəhslikdən uzaq olan xoş tale hilalı, müsibətsiz xşluq, çətinliksiz rahatlıq, şərsiz xeyir, iman və əmin-amanlıq hilalı, ehsan və nemət, sağlamlıq və islam hilalı olsun.Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi bu ayın onlara çıxıdığı ən razı kəslərdən qərar ver, o aya baxanların ən pakizəsi, onda Sənin bəndəliyinə çalışanların ən səadət-lisi qərar ver. Bu ayda bizə tövbə etməyən mərhəmət et, günahdan qoru, itaətsizliyinə qurşanmaqdan saxla, nemətinə şükr etməyimizə ehsan et, bizə sağlamlıq və əmin-amanlıq libası geyindir, tam itaətlə bu aydan bizə olan nemətini tamamla, çünki Sən bəxşiş edən, şükrə-tərifə layiqsən, Allahın səlatü-salamı olsun Muhəmməd və onun pak, pakizə soyuna.

3. Öz halalı ilə cinsi əlaqəyə girmək. Bu yeganə aydır ki, həmin ayın birinci gecəsində insan öz halalı ilə cinsi əlaqəyə girməyi müstəhəb sayılıb.
4. həmin gecənin qüslünü etmək.
5. Axar su ilə qüsl etmək. Bu əməl zamanı gərək mömin şəxs 30 ovuc suyu başına töksün. Hər kəs bu əməli etsə, gələn ramazan ayına qədər mənəvi təmizliyi əldə edər.
6. Həmin gecə İmam Hüseyn (ə)-ın qəbrini ziyarət etmək. Hər kəs bu işi görsə bütün günahları təmizlənər və hacıların savabını əldə etmiş olar.
7. Bu gecə 2 rukət namaz qılmaq. Hər rukətdə həmddən sonra Ənam surəsini oxumaq. Hər kəs bu namazı qılsa Allah onu qorxduğu bütün dərdlərdən qoruyar.
Bu gecədə Covşən-kəbir duasını oxumaq yaxşı olar.
9. Bu gecədə Həcc duasını oxumaq yaxşı olar.

Birinci günün əməlləri:
1. Səhifeyi-Səccadiyyədə olan 44-cü duanı oxumaq.
O Həzrətin Ramazan ayı yetdikdə etdiyi duası.
Özünə həmd etməyən bizə yol göstərən Allaha həmd olsun, həmd etməyə layiq görənə, yol göstərdi ki, ehsanına şükr edənlərdən olaq, bu işlə bizə yaxşıların mükafatını verənə həmd olsun. Dinini bizə ehsan edənə, bizi dininə seçənə,ehsan yollarında hərəkətə gətirənə həmd olsun. Bu cür etdi ki, lütfü ilə razılığına sarı hərə-kət edək. Bir həmd ki, bizdən qəbul etsin, onun səbəbi ilə razı qalsın. Həmd olsun o Allaha ki, o yollardan birini də Ramazan ayı qərar verdi, orucluq ayı, İslam ayı, təharət ayı, imtahan ayı, qiyam ayı, bir ay ki, bir ay hidayət nişanələrinin aydınlaşması, haqqın batildən ay seçilməsi üçün onda Quranı insanların hidayətinə nazil etdi və bununla ayın başqa aylardan üstün olub ondakı hörmətlərlə bol etdi, beləliklə başqa zamanlarda olan halalları haram etdi, onu əziz tutmaq üçün onda yemək içməyi qadağan etdi, onun üçün müəyyən bir zaman qərar verdi ki, izzət və cəlal sahibi olan Allah ondan irəli keçməyə icazə vermir, ondan geriyə düşməyi də qəbul etmir, sonra gecələrinin birini başaq bir ayın gecələrindən üstün etdi, və onu Qədr gecəsi adlandırdı ki, o gecə mələklər və Ruh Pərvərdigarlarının əmri ilə hər bir iş üçün nazil olurlar və cəzası ilə hökm etdiyi istədiyi bəndələrinə o gecə dan yeri ağara-nadək daim bərəkət, əmin-amanlıqdır.Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayın üstünlüyünü tanımağı, onu əziz tutmağı, o ayda haramlardan çəkinməyi bizə ilham et, onda oruc tutub oruc tutub bədən əzalarımızı günahlardan qorumaqda, onları Sənin razı qaldığın yerlərdə işə salmaqda bizə yardım et ki, qulağımızla boş sözlərə qulaq asmayaq, gözlərimizlə batilin tamaşasına tələsməyək əllərimizi harama uzatmayaq, Sənin qadağan etdiyin yerə addım atmayaq, qarınlarımız halaldan başqa şeylə dolmasın, dillərimiz Sənin dediklərindən savayı, başqa şeylərə açılmasın, razılığına səbəb olacaq işdən savayı heç bir iş üçün səy göstərməyək, əzabından saxlayacaq başqa şeyləri öyrənməyək, sonra bütün bunları riyakarların özünü göstərməsindən, şöhrət tələblərin şöhrətindən xalis və pak et, bir cür ki, kimsənin bu işdə Səninlə yanaşı şərik etməyək, Səndən savayı ayrı bir məqsədimiz olmasın.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayda beş vaxt namazı vaxtını bildirib hədlərini müəyyən edərək şərtlərini bəyan etdiyi kimi tanımağa agah et, bizi onun dərəcələrinə yetənlərin dərəcəsində rüknlərini qoruyanların zümrəsində,onu öz vaxtlarında yerinə yetirənlərdən, peyğəm-bərin- Sənin səlatü salamın ona və soyuna olsun açıqladığı kimi, rüku dərəcələrdə bütün ali qaydaları ilə kamil təharəti, ən üstün səmimiyəti ilə yetirənlərdən qərar ver.
Yardım et ki, bu ayda qohumlarımıza birləşib onlara yaxşılıq edək, qonşularımıza bəxşiş yolu ilə ehsan edək, mallarımızı mubahlardan təmizləyək, zəkat çıxarmaqla onu pak edək, onunla bizdən küsənlə barışıb bizə zülm edənə insaf göstərək, düşmənlə mülayim davranaq, yalnız Sənin düşmənin müstəsna olmaqla, qəlbimiz onunla barışmasın; Bizə yardım et ki, o ayda Sənə yaxınlaşmaq, yaxşı əməl etməklə pisliklərdən pak et, təzə eyblərdən saxla ki, mələklərindən heç biri Sənə itaət üçün əmələ gətirdiklərimizdən aşağı dərəcəli bir əməl təqdim etməsinlər.
Ey mənim Rəbbim, Səni Ramazan ayına, onun əvvəlindən sonunadək Sənə bəndəliyə başlayana, özünün qürb məqamına yaxınlaşdırdığın mələyə, hidayətə gətirdiyin peyğəmbərə, yaxud seçdiyin saleh bir bəndəyə and verirəm ki, Muhəmməd və onun soyuna salam yetir və bu ayda bizi övliyalarına verdiyin vədə layiq et, itaət əhlinə zəhməti üçün qərar verdiyini bizə də nəsib et, rəhmətin sayəsində bizi Sənin yanında ən uca məqamlara yetənlərin zümrəsində qərar ver.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi tohidində azmaqdan, Səni sitayiş etməkdə səhlənkarlıq göstərməkdən, dininə şəkk etməkdən, yoluna kor olmaqdan haram etdiklərinə saymazyana yanaşmaqdan uzaqlaşdır.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi bu ayın gecələrindən hər birində bəcşişinlə bəndələrindən azad etdiklərindən, yaxud əfvin onları bağışladıqlarından qərar ver, bizi Ramazan ayı üçün onun ən yaxşı dostlarından et.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir, və Ramazan ayanın sona yetməsi ilə günahlarımızı da sona yetir, günlərinin ötməsi ilə günahlarımızın aqibətini də bizdən uzaqlaşdır ki, bizdən günahlarımızı yumaqla, xətalarımızı pak etməklə bitsin.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və əgər bu ayda azarıqsa Sən bizi ədəblən-dir, doğru yoldan dönəriksə Sən bizi sabit qədəm et, əgər düşmənin Şeytan bizə rücah olarsa Sən bizi ondan xilas et.
Ey mənim Rəbbim, bu ayı ibadətimizlə doldur, vaxtlarını Sənə ibadət etməklə zinətləndir, gündüzündə oruc tutmağa, gecəsində Sənin huzu-runda namaz qılıb nalə etməyə, qarşında təslim olmağa yardım et ki, gündüzü qəflətimizə, gecəsi də təqsirimizə şahid olmasın.
Ey mənim Rəbbim, bizi sağ saxladığın qalan ömrümüzün bütün aylarında belə et, bizi Behiştin varisi olub orada əbədi qalan bəndələrindən qərar ver, o bəndələr ki, sahib olduqları hər şeyi haqq yolunda bəxşiş edərlər, halbuki qəlbləri
Rəbblərinə sarı qayıtmaqdan qorxu içindədirlər, xeyrinə tələsənlərdən, bu işlərdə hamıdan öndə gedənlərdən qərar ver.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və hər vaxt, hər zaman və hər halda başqa-larına yetirdiyin bir salam ölçüsü ilə, o sala-mın bir neçə bərabəri, bir cür ki, kimsə onu saya bilməsinə qüdrət tapmasın, həqiqətən də Sən istədiyini edirsən.

2. Ayın əvvəlinə aid olan 2 rukətli namazı qılmaq və sədəqə vermək.

Mənbə: Məfatihul-Cinan.Birinci gün
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.