İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Qədr gecəsinin əməlləri

1) Qüsl etmək.

Qüsl edərkən belə niyyət etməlidir: "Qədr gecəsinin qüslünü edirəm qürbətən iləllah ”. Bu qüslün böyük savabı vardır.

2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”.

3) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: "Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm”.

4) Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və xiftən (işa) namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:

Niyyət: "Qədr gecəsinin namazını qılıram qürbətən iləllah” . Sübh namazı kimi iki rükətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyilir.

İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”.

5) Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: "Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam.” Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər”. (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)

Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm”.

Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:


Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır: Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utəqaikə minən-nar. Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.


Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:

 

1. Bikə ya Allah. (10 dəfə)
2. Bi Muhəmmədin (s) (10 dəfə)
3. Bi Əliyyin (ə) (10 dəfə)
4. Bi Fatimətə (ə) (10 dəfə)
5. Bil Həsəni (ə) (10 dəfə)
6. Bil Hüseyni (ə) (10 dəfə)
7. Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)
8. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)
10.Bi Musa ibn Cəfər (ə) (10 dəfə)
11. Bi Əli ibn Musa (ə) (10 dəfə)
12. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
13. Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə)
14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15. Bil Hüccəti (ə.f) (10 dəfə)


Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

6) İmam Əli (ə) və İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.

 

7) 100 rükət (sübh namazı kimi) müstəhəbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)

8) Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək. (Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.)

9) Cövşən-kəbir duasını oxumaq.

10) Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq. Yüz dəfə "Əllahummələn qətələtə Əmiril-möminin.” (Yəni: "İlahi, Əlinin (ə) qatillərinə lənət et”).

11) Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm”.

vatsap və facebookda paylaşaq bilməyənlər oxusun savaba vasitə olaq inşəallah

Oxşar xəbərlər
Nimeyi-Şəban gecəsinin əməlləri - şaban ayının 15 i
[/center] Şəbanın 15-ci gecəsi Nimeyi-Şəban (“şəbanın ortası”) gecəsi Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həzrət Rəsuləllah (s) buyurub ki, bu gecə (gələn il üçün) ruzi payı və ömür müddəti təyin edilər, qismətlərə Həcc yazılar.\ Bu gecə

Şaban ayının əməlləri
Şaban ayında yerinə yetirilməsi rəvayət edilən əməlləri iki qisimə ayırmaq olar. Birinci qism bu ayın bütün günlərində edilən əməllər, ikinci qism isə bu ayın bəzi günləri və ya gecələrinə xas əməllərdir. Şaban ayının bütün günlərində edilən

Hz.Zəhraya(s.ə) İstiğasə namazı
İstiğasə birini təcili köməyə çağırmağa deyilir. Rəvayət olunub ki, nə vaxt bir hacətiniz olsa, Hz.Zəhraya(s.ə) istiğasə namazını yerinə yetirin. Namazın niyyəti belədir: Hz.Zəhraya(s.ə) istiğasə namazı qılıram qurbətən iləllah. Adi sübh namazı kimi

Aşura gecəsini əməlləri
Seyyid İqbal kitabında nəql edib - Hədisdə daxil olub ki , bu gecə çoxlu dua və namazlar var. Onlardan biri 2 rukət 2 rukət qılınan 100 rükət namazdır. Hər rukətdə Fatihə və 3 dəfə İXLAS surəsi oxunur. Hər 2 rukət bitdikdə bu zikr 70 dəfə edilir:

İmam Rza(ə.s) kəlamlar
Allah öz kitabında dəstəmazın üz və əlləri yumaqdan, başa məsh çəkməkdən ibarət olduğunu bildirmişdir. Dəstəmazı yalnız bövl, ğait, yel, yuxu və cənabətli olmaq aradan aparır. Kim ayaqların üstünə yox, qeyri şeylərin üzərinə məsh edərsə Allah və



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 3
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---