Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

On dördüncü İmam (Ə)

On dördüncü İmam (Ə)
0
Mətndə qrammatik səhv var?
On dördüncü İmam (Ə)


​ ​Mərhəmətli və Rəhmli Allahın adı ilə!​

14.cü məsum 12-ci imam İMAM MUHƏMMƏD (ƏCCƏLƏLLAHU TƏALA FƏRƏCƏHUŞ-ŞƏRİF)

Ləqəbləri:Məhdi,Hüccət,Qaim,Basit,Bəqiyyətullah,Bəqiyyətul-ənbiya,Ğəvsül-füqəra,Xatəmül-ovsiya,Müntəzər,Sair,Hüccətullah,Xatəmül-əimmə,Kaşifül-ğimmə,Xələfi-Saleh,Xəlifətullah,Xəlifətur-rəhman,İmamul-insu vəl-can,Sahibür-rəcət,Sahibüzzəman,Dai Saət,Sahibüd-dar,Sahibün-nahiyə,Sahibül-əsr,Sahibül-əmr,Səmsami-Əkbər,Fəqih,Fərəci əzəm,Ğayət,Ğusva,Qatilül-kəfərə.

Künyəsi: Əbül-Qasim.

Atası:İmam Həsən Əskəri (ə).

Anası:Nərcis Xatun.

Doğulduğu gün:15 Şəban,cümə axşamı gecəsi.

Doğulduğu yer:Samirra.

Doğulduğu il:225-ci hicri ili.

O Həzrətin ömrünə gəldikdə,atası vəfat edəndə 5 yaşı vardı.Allah Təala onu xəlifə seçərək imam qərar vermişdir.
Necə ki,Həzrət Yəhya və İsanı uşaqlıq çağında imam etmişdir.O Həzrət hal-hazırda diri olub Allahın nemətlərindən bəhrələnir və Allahın əmrini gözləyir ki,zühur edib yer üzünü (zülm və zorakılıqla dolduğu kimi) ədalətlə doldursun.

İmam (ə) üçün iki qeybət dövrü vardır:
“Qeybəti-suğra” (kiçik qeybət, doğulduğu ildən başlayaraq 329-cu ilə qədər davam edib).


Həzrətin o dövrdə 4 xas naibi var idi:

1. Osman ibn Səid Əmri (Əbu Əmr);

2.Muhəmməd ibn Osman ibni Səid (Əbu Cəfər);

3. Hüseyn ibn Ruh (Əbül Qasim);

4. Əliyyibni Muhəmməd Səmri (Əbül Həsən).

4-cü naibin 329-cu ildə vəfat etməsi ilə “qeybəti-kübra” (böyük qeybət dövrü) başlanır.

Bu 4 naibin hamısı Bağdadın şərq nahiyəsində dəfn olunmuşlar. Məzarlarının yeri məlumdur.

O Həzrətin vəkillərinə gəldikdə isə qeyd etmək lazımdır ki, Həzrət Hüccətibnil-Həsən İmam Zəmanın (əleyhissalam) ətraf məntəqələrdə çoxlu vəkilləri olmuşdur. Belə ki, qeyd olunan 4 xas naibin vasitəsi ilə onlara məktublar (tovqiat) çatdırılırdı.

Xas naiblik mərtəbəsinə layiq olanların sayı isə çoxdur. Onlardan bəzilərinin adlarını qeyd edirik:

Əbülhəsən Muhəmməd ibn Cəfər Əsədi,

Əhməd ibn İshaq Qumi,

Qasim ibn Əla Azərbaycani,

Haciz ibn Yəzid Vaşi,

Əbu Haşim Davud ibn Qasim Cəfəri,

İbrahim ibn Məhziyar və onun oğlu Muhəmməd ibn İbrahim,

Əhməd ibn Yəsə və s.

Naiblik dövründə bəzi şəxslər olmuşlar ki, onlara da nümayəndə üçün təyin olunan şəxslər tərəfindən məktublar (tovqiat) gəlirmiş.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.