Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Salavatı duanın harasında demək lazımdır?

Salavatı duanın harasında demək lazımdır?
0
Mətndə qrammatik səhv var?
Salavatı duanın harasında demək lazımdır?


Salavatı duanın harasında demək lazımdır?

Heç bir dua səmaya qalxmaz, məgər o halda ki, salavatla birlikdə olar.

Salavat – axirətdə ən yaxşı əməllərdəndir və duanın həyata keçməsi şərtlərindəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Axirətdə ən yaxşı əməl üç şeydir:

1. Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərmək.

2. Susuzlara su vermək.

3. Əli ibn Əbutalibi (ə) sevmək”.

İmam Əli (ə) buyurur: “Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərin. Çünki o zaman ki, Həzrət Muhəmmədi (s) yada salırsınız, ona dua edirsiniz və onu qorumaqda səy göstərirsiniz, Allah Təala dualarınızı qəbul edəcəkdir”.

Duanın yerinə yetirilməsi və əməlin paklanması salavata bağlıdır.
Həzrət Peyğəmbər (s) buyurur: “Sizin mənə salavat göndərməyiniz duanızın qəbul olmasına və əməllərinizin pakizə olmasına səbəb olar”.

Salavat – rəhmətin nişanələrindəndir.

İmam Sadiq (ə) buyurur: “Allah tərəfindən olan salavat – rəhmətdir, mələklər tərəfindən olan – pak etmək və insanlar tərəfindən olan – duadır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim deyər:

لا اله الا الله وحده لا شریک له . اللهم صل على محمد و آل محمد
"Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu. Əllahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd"

onun ağzından yaşıl quş çıxar və onun iki qanadı olar – mirvari və yaqutdan. O zaman ki, iki qanadını açar – şərqə və qərbə çatar. O quşdan səs eşidilər. Allah Təala o quşa buyurar: “Məni mədh etdin, Peyğəmbərimi (s) mədh etdin, indi sakit ol”.

O quş deyər: “Necə sakit olum ki, Sən لا اله الا الله ("Lə iləhə illəllah") deyəni bağışlamadın?

Xitab gələr: “Sakit ol, Mən onu bağışladım”.

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Quranda iki ayə vardır ki, mən nə qədər onu başa düşməyə çalışıramsa, alınmır”.

Həzrət (ə) buyurur: “Hansı ayə?”.

Həmin şəxs deyir: “Birinci ayə budur: “Rəbbiniz buyurdu: “Məni çağırın ki, Mən də duanızı qəbul edim””. (“Ğafir” 60). Mən Allahı çağırıram, ancaq duam yerinə yetmir”.

Həzrət (ə) buyurur: “Belə düşünürsən ki, Allah vədəsinə əməl etmir?”.

Deyir: “Xeyr”.

Buyurur: “Bəs səbəbi nədir?”.

Deyir: “Bilmirəm”.

Buyurur: “Hər kim Allah Təalaya itaət edər və o şeyə görə ki, dua edibdir, duanın ədəbinə riayət edərsə - yerinə yetəcəkdir”.

Deyir: “Duanın ədəbi nədir?”.

Buyurur: “Əvvəl Allahı həmd edirsən və nemətlərini yada salırsan. Sonra şükür edirsən. Sonra Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərirsən. Sonra günahlarını yadına salırsan və onları etiraf edirsən. Onlardan Allaha pənah aparırsan və tövbə edirsən. Budur duanın ədəbi”.

Buyurur: “Sonrakı ayə hansıdır?”.

Deyir: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92). (Yəni, infaq edirəm,) ancaq heç bir şey onun yerini doldurmur”.

Buyurur: “Əgər sizlərdən kimsə halal mal əldə edər və Allah yolunda infaq edər, məgər o halda ki, Allah əvəzini verər”.

İmam Sadiq (ə) buyurur:“Hər kim dua edər və Peyğəmbərin (s) adını çəkməz – duası başının ətrafında fırlanar, nə zaman Peyğəmbərin (s) adını çəkər – duası yuxarı qalxar”.

Həzrət Peyğəmbər (s) buyurur: “... Məni duanın əvvəlində, ortasında və axırında qərar verin”.

Bir nəfər İmam Cavadın (ə) yanına gəlir və deyir: “Atam ölübdür və özündən sonra mal qoyubdur ki, bilmirəm haradadır. Mən və ailəm sizi sevənlərdənik”.

Əziz İmam (ə) buyurur: “Gecə işa namazından sonra Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndər. Atanı yuxuda görəcəksən. O, malın yerini sənə göstərəcəkdir”.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.