Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ayətullah Sistaninin dəftərxanası Roma Papası ilə baş tutmuş görüş haqda bəyanat verib

Ayətullah Sistaninin dəftərxanası Roma Papası ilə baş tutmuş görüş haqda bəyanat verib
+1
Mətndə qrammatik səhv var?



“Ayətullah Sistani müxtəlif ölkələrdə insanların zülmə, məcburiyyətə, yoxsulluğa, fikri və dini baxışlarına görə basqıya məruz qalmasından, ictimai ədalətin və əsas azadlıq faktorlarının olmaması, xüsusilə də bölgədə olan bir sıra xalqların müharibədən, zorakılıqdan, iqtisadi mühasirədən, köçürülmələrdən əziyyət çəkdiyini, o cümlədən də işğal edilmiş ərazilərdə Fələstin xalqının üzləşdiyi çətinliklərədən danışıb.”

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Ayətullah Sistaninin dəftərxanasının Roma Papası ilə görüş haqda verdiyi bəyanatında deyilir.

Bəyanatda deyilir:

“Mərhəmətli və rəhmili Allahın adı ilə

Ayətullah Sistani bu gün səhər Katolik Kilsəsinin Papası və Vatikan dövlətinin rəhbəri Papa Fransisklə görüşdü. Görüş zamanı müasir insanın üzləşdiyi böyük problemlər haqda danışılıb, bu problemləri adlamaq üçün Allaha, onun elçilərinə, əxlaqi dəyərlərə iman gətirməyin rolu və əhəmiyyəti qeyd edilib. Ayətullah Sistani müxtəlif ölkələrdə insanların zülmə, məcburiyyətə, yoxsulluğa, fikri və dini baxışlarına görə basqıya məruz qalmasından, ictimai ədalətin və əsas azadlıq faktorlarının olmaması, xüsusilə də bölgədə olan bir sıra xalqların müharibədən, zorakılıqdan, iqtisadi mühasirədən, köçürülmələrdən əziyyət çəkdiyini, o cümlədən də işğal edilmiş ərazilərdə Fələstin xalqının üzləşdiyi çətinliklərədn danışıb.”

Bəyanatın davamında deyilir:

“Ayətullah Sistani dini və mənəvi liderlərin qeyd edilən çətinliklərin aradan qaldırılması istiqamətində öhdələrində olan roluna toxunub və bu dini və mənəvi liderlərdən istəyib ki, böyük dövlətləri siyasətlərində müharibə deyil, ağıl və məntiq yolunu seçməyə, təşviq etsinlər.”

Ayətullah Sistani dini və mənəvi liderlərin böyük güclərə təsir etmə imkanlarından danışıb və deyib: “Böyük güclərin öz mənafelərini genişləndirmək və təmin etməsi, ləyaqətlə yaşamaq haqqına malik olan xalqların hüquqlarının əleyhinə olmamalıdır.”

Bəyanatın sonunda bildirilib ki, Ayətullah Sistani dinlərarası əlaqələrdən, dini dözümlülüyün əhəmiyyətindən, İraqda xristianların hüquqlarının və təhlükəsizliyinin qorunması üçün dövlət, din və xalq müstəvisində görülən işlərdən, xüsusilə də müsəlmanlarla yanaşı xristianların canını qoruyan və təhlükəsizliyini təmin edən müctəhidlərin fətvasının əhəmiyyətindən danışıb.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.