Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ramazan ayının 25 apreldə daxil olacağı barədə alimlərin fətvalar

Ramazan ayının 25 apreldə daxil olacağı barədə alimlərin fətvalar
-1
Mətndə qrammatik səhv var?

Ayətullah Xameneinin ofisi: Bu il aperel ayının 25-i mübarək Ramazan ayının ilk günüdür.

Bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin dəftərxanasının "Ayın axtarışı üzrə mərkəzi"inin katibi Höccətül-İslam Əlirza Müvəhhidinejad deyib.

Höccətül-İslam Əlirza Müvəhhidinejad bildirib ki, Ramazan ayının hilalının təyin olunmasının önəmli olmasını nəzərə alaraq, ölkənin müxtəlif bölgələrində 100-dən çox axtarış qrupları mübarək Ramazan ayının hilalını görmək üçün izləmə aparıb və ay görünməyib. “Bu səbəbdən təqvimə əsasən cümə günü Şəban ayının 30-cu günüdür və şənbə Ramazan ayıının ilk günüdür.”

Şəban ayının sonuncu gününü orucunun savabını qazanmaq istəyən möminlər müstəhəb və ya qəza orucu niyyəti ilə oruc tuta bilər.

Qeyd edək ki, ayətullah Sistanin dəftərxanası da 24 aprel tarixini Şəban ayının 30-u və 25 aprel tarixini Ramazan ayının ilk günü elan edib.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.