"Vəhhabilik İsraildən daha pisdir"
- 29 sentyabr 2016
- Bölmə: Günün Xəbərləri
- Baxış: 2 468
- Şərhlər: 0
- Müəllif: movlan
Eastnews.org-un verdiyi xəbərə görə, "Hizbullah" lideri Seyid Həsən Nəsrullah vəhhabiliyin İslamın tarixinə və dünyadakı imicinə zərər verdiyi səbəbindən İsraildən daha təhlükəli olduğunu bildirib. "Hizbullah" baş katibi Həsən Nəsrullah Məhərrəm ayı münasibətilə təşkil olunacaq mərasimlərin təşkilatçıları ilə bir araya gəlib. Görüşdə vəhhabiliyin İsraildən daha pis olduğunu deyən Nəsrullah bunun səbəbi kimi də bu ideologiyanın başqalarını yox etməyi və İslamın İslam və tarixi ilə əlaqəli hər şeyi məhv etməyi niyyətini göstərib.
Bu planın 2011-ci ildə həyata keçirildiyini və məsələnin "sünnilik və ya şiəliklə bağlı olmadığını" qeyd edən Nəsrullah hadisədə xüsusi xidmət orqanlarının rolunun açıq olduğunu deyib. Münaqişənin sünnilərlə şiələr arasında deyil, vəhhabiliyə qarşı olduğunu bildirən Nəsrullah "İngilis şiəliyi" olaraq adlandırdığı bir ideologiyanın də sionizm və vəhhabilik qədər təhlükəli olduğunu qeyd edib. "Hizbullah" lideri Suriyada "mötədil" müxalifət olmadığını, bu qrupların hamısının İŞİD və "Nusra Cəbhəsi" ilə birlikdə çalışdığını sözlərinə əlavə edib.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.