Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

YEMƏLİ YAĞLARIN ƏHƏMİYYƏTLİ NÖQTƏLƏRİ

YEMƏLİ  YAĞLARIN ƏHƏMİYYƏTLİ NÖQTƏLƏRİ
+1
Mətndə qrammatik səhv var?

YEMƏLİ YAĞLARIN ƏHƏMİYYƏTLİ NÖQTƏLƏRİ


İslam tibbində bir çox müalicələrdə əsas kilit nöqtələrdən biridə şəxsin yediyi yağların düzəltilməsidir.Yemək üçün ən faydalı heyvansal yağ inəyin iç yağı və quyruq yağıdır, gündəlik yeməklərdə istifadə edilən bitkisəl yağların şahı isə zeytun və küncüt yağıdır.
Küncüt yağı zeytuna nisbətən daha istitəbiətli olduğu üçün bir müddət sonra bədəndə quruluq yarada bilir, ona görədə bu məsələdə zeytun yağı daha avantajlıdır.

Ümumən isə yağların şahı quyruq yağıdır.Quyruq yaği bədəni isti və yaş saxlayar.İsti və yaş təbiət isə xəstəliklərdə ən çox dözümlü təbiətlərdən hesab olunur.Quyruq yağının sovrulması ən yüksək səviyyədədir və qanda əsla xolesterolu artırmaz.Əlinizə adi duru yağ sürtsəniz digər əlinizədə quyruq yağı sürtsəniz quyruq yağının elə yerindəcə dəri tərəfindən əmilməyə başladığına şahid olacaqsız.Bu daxildədə eynən baş verir.Qanda xolesterolun artması yağın qanda çökəlməsindən, yəni sovrulmasının zəif olmasından irəli gəlir.

Heyvan mənşəli halal yağlar yaşlılar üçün ağır olduğuna görə müddətli şəkildə istifadə edilməlidir, mütəmadi yox.

Quyruq yağını ləğv etmək çox böyük bir xətadır.Quyruq yağı iliyi gücləndirir və əzələləri gücləndirir.Sümük əriməsinin cəmiyyətdə artış göstərməsi, sümüklərin zəifləməsi kimi problemlər qabarmışdır.Səbəblərin başında məhz heyvansal yağların yerini bitki yağlarının almasıdır.

Quyruq yağı qanı artırmaqda əsas faktorlardan biridir.Buna görədə mütəmadi quyruq yağı istifadə edənlər gərəkdirki lazımi qədərdə hicamət etdirsinlər.Əks halda qanın həddindən artıq çoxalmasıda ölümcül xəstəliklərə yol açabilir.

Heyvansal yağların keyfiyyəti barədə Quranda Allah(t.t) nə buyurur:
Ənam surəsi-146

"Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Bellərində və ya bağırsaqlarında daşıdıqları, yaxud sümüklərinə qarışan istisna olmaqla, inək və qoyunun piylərini də onlara haram etdik. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz doğru söyləyirik."

(Quyruq yağı hazırlamaq istəyib ama qoxusunu sevməyənlər mənə yazsın bəzi ədviyyatlar əlavə etməklə necə qoxusuz quyruq yağı hazırlanır başa salaram inşəAllah Əlaqə +994 55 551 18 68)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.