Yeyilə bilən qidalar
- 29 dekabr 2022
- Bölmə: Tibbi hədislər
- Baxış: 323
- Şərhlər: 0
- Müəllif: movlan
1) Yeyilən Bilən Qidalar..Halal və Haram qida bəhsi.
Bir şeyin halal olması onun mütləq yeyilə bilər anlamına gəlmir.Quranda Allah(t.t) bizə təkcə demir ki, Halal yeyin. Quran Bəqərə surəsi 168-ci ayədə buyurur ki: "Ey insanlar! Yer üzündəki nemətlərin halal və təyyib (təmiz) olanlarından yeyin."
Deməli bir şeyin halal olması onun yaxşı bir qida olmasına dəlalət eləmir.Yediyimiz bir qida fiqhi cəhətdən halal olmalıdırsa, fizioloji təsiri cəhətdəndə təmiz olmalıdır.Yəni bir qidanın halal olub olmaması bizim ruhumuza, təmiz olub olmaması bizim cismimizə yəni bədənimizə təsir qoyur.
İslam təbabəti alimləri ona görədə bəzi qidaların halal olmasına baxmayaraq təkidlə o qidalardan bizlərin uzaq durmamızı tələb edir.
HALAL Kolbasa və sosis məhsulları, broyler toyuqları, qazlı və mənşəyi kimyəvi olan içkilər, qablaşdırılmış vəya paketləşdirilmiş qidalar və s.
Halallar arasında bir hissə təmiz və üstün qidalar vardır, bunun yanında isə bir hissə aşağı mərtəbəli və dəyərsiz qidalar vardır.Üstün halal qidalar dərman mövqeyindədə iştirak edir.Misal çəkəsi olsaq üstün halal qidalar bal, əncir, zeytun, üzüm, xurma, nar.Bu adı çəkilən qidalar uzmanların özəlliklə üzərində durması gərəkən qidalardır.
O qidalar ki, halal və təmiz(təyyib) qidalardır onlar Peygəmbər və İmamların mütəmadi istifadə etdiyi və xəstələnmədiyi qidalardır.
Görəsən tərkibində onlarla zərərli maddə olan kolbasa, qazlı içki və bunun kimi bir çox halal qidalar təmiz(təyyib) ola bilərmi?
(Ps: İslam tibbinin yeyilə bilən qidalar bölməsi genişdir və hissə-hisse ardı gələcəkdir.)
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.