Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Seyyid Rəzi Şirazinin ilginc açıqlaması

Seyyid Rəzi Şirazinin ilginc açıqlaması
0
Mətndə qrammatik səhv var?
Seyyid Rəzi Şirazinin ilginc açıqlaması

İndiyə kimi mənə ən maraqlı görünən müsahibələrdən bəlkə də birincisi olan Mirzayi-Şirazinin nəvəsi Seyyid Rəzi Şirazinin müsahibəsindən bir nüktə:
***
"Tənbəki fətvası"nın müəllifi mərhum Mirzayi-Şirazinin zamanında Seyid Cəmaləddin Əsədabadi çox çalışırdı ki, İran şahı Nasirəddin şah Qacarı hakimiyyətdən salsın. O zamanın məşhur alimlərindən olan Şeyx Əbdülnəbi Nuri həccdən qayıdanda İstanbulda Əsədabadi ilə görüşür. Əsədabadi ondan xahiş edir ki, Mirzayi-Şirazini Nasirəddin şahı təkfir etməyə (dindən çıxmış elan etməyə) razı salsın. Əsədabadi başa düşürdü ki, şahl hakimiyyətdən salmağa qadir olan daxili güc yalnız ruhaniyyətdir.
Şeyx Əbdünnəbi Nuri soruşur ki, şahı taxtdan salandan sonra kimi hakimiyyətə gətirmək istəyirsən? Əsədabadi cavab verir: "Özüm hakimiyyətə gələcəyəm". Nuri yenə soruşur ki, bəs, xaricdən bu hərəkəti kim dəstəkləyəcək? Axı, xarici ölkələr də gərək yeni şahı tanısınlar. Əsədabadi deyir ki, Osmanlı sultanı Əbdülhəmin mənə dəstək verəcəyini vəd edib.
Şeyx Əbdünnəbi Nuri bu xəbəri Mirzayi-Şiraziyə çatdıranda alim Nasirəddin şahı təkfir etməkdən imtina edir və deyir ki, Nasirəddin şahı təkfir etmək İslamın və şiəliyin xeyrinə deyil. Əgər İranın işlərini Türkiyə idarə etsə, şiəlik aradan gedər...
paylaşdı: Natiq Rəhimov
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.