Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmam Əli(ə.s) əhli-sünnə kitablarında.

İmam Əli(ə.s) əhli-sünnə kitablarında.
+3
Mətndə qrammatik səhv var?

İmam Əli (ə) İslam ümməti üçün gözəl bir insanlıq nümunəsi olub. Əlbəttə ki,bu nuru da o Həzrət Peyğəmbərdən (s) almışdı. Elə bu və digər səbəblərdən İmam Əliyə (ə) məhəbbət vacibat olmasa da haqlı olaraq ona bərabər səviyyədə tutulur.

Həzrət Mühəmməd (s) təsadüfən buyurmamışdı: “Bu bayrağı Allahın və Onun elçisinin sevdiyi bir insana verəcəyəm”. (Səhihi-Buxari, 787, 3702-ci hədis) Deməli, Allah və Onun Peyğəmbərinin sevdiyi şəxs biz insanlar tərəfindən müzakirəsiz sevilməli, hörməti uca tutulmalıdır. Həzrət Əliyə (ə) hörmət şirk və bidət deyil. Bu açıq-aşkar dəlildir. Bunu əsaslandırmaq üçün Quran ayəsi də gətirə bilərik: “(Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, nəsli kəsilmiş deyən) deyən düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)” (əl-Kövsər surəsi, 3-cü ayə)

Təbii ki, ayədə Allahın buyurduğu “sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır” kəlamları Həzrət Muhəmmədin (s) qızı Fatimə və nəvələri İmam Həsən (ə), İmam Hüseynə (ə) ünvanlanır. İmam Həsən (ə) və İmam Hüseyn (ə) isə Həzrət Əlinin (ə) qanını daşıyırdılar.

Cabir ibn Əbdüllah Ənasridən belə nəql olunub: “Biz Peyğəmbərin (s) yanında idik. Əli (ə) gəldi. Həzrət Peyğəmbər (s) buyurdu: And olsun Allaha “xeyrülbəriyyə” sənsən və sənin şiələrindir. Onlar Qiyamət günü nicat tapacaqlar.” (“Dürrül-Mənsur”, 6-cı cild, səh. 379)

Bəzi nifaqçılar şiələr tərəfindən İmam Əlini (ə) Peyğəmbərdən (s) üstün tutulduğunu vurğulayırlar. Əslində bu belə deyil. Şiələr ibadəti ilk olaraq Allaha edirlər. Peyğəmbər (s) isə Yaradanın Rəsulu kimi könüllərdə taxt qurub. Onun yeri dəyişməzdi. İmamət səhabələrdən ayrı və fərqli şəkildə qəbul edilir. Şiəlikdə İmamət nübüvvətlə paralel tutulmur, onun davamı kimi qəbul edilir. Nübüvvət - Peyğəmbərlik vəzifəsi Allah-Təala tərəfindən gələn vəhyləri xalqa çatdırmaq və onlara doğru-düzgün yol göstərməkdir. İmamət isə bu qanunları şəraitə uyğun olaraq insanları tərbiyə etmək, kamillik məqamına çatdırmaqdır. Həmçinin dövlət və hökumət qurmaqla bu qanunları ictimai şəkildə icra etməkdir. İmamət bəlkə də Nübüvvətdən də ağır bir vəzifədir.

Mövla Əli (ə) isə imamət barəsində buyurur: “İmam xalqın içərisində həlqələri bir-birinə bağlayan bir ipə bənzəyir. Əgər o ip qırılsa, həlqələr dağılar və heç vaxt nizamlanmaz. Əgər İmam xalqın arasında olmasa, cəmiyyətin bəndləri dağılar və heç vaxt düzəlməz.” (Nəhcül-Bəlağə, 46-cı xütbə.)

İslamda İmam Əlinin (ə) məqamı bütün xəlifə və səhabələrdən əfzəldir. Bu faktı Peyğəmbər (s) əfəndimiz dəfələrlə bəyan etmişdir. Onlardan birinə diqqət edək: “Əliyə əziyyət verən mənə əziyyət vermiş kimidir” (Səhih hədislər silsiləsi, 5373, 2295-ci hədis). Amma İslam tarixinə diqqət yetirdikdə Həzrət Əliyə (ə), o böyük İslam aliminə əziyyət verildiyini müşahidə edirik.

Peyğəmbər (s) buyurmuşdu: “Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir.” (Səhih hədislər silsiləsi, 5263) Bir gün Ayişə Peyğəmbərin (s) yanına gəldikdə o Həzrət buyurdu: “Seyyidil - Ərəbi mənim yanıma çağır. Ayişə dedi: “Ey Rəsulullah! Seyyidil - Ərəb sən deyilsənmi?” Həzrət buyurdu: “Mən Adəm övladlarının seyyidiyəm, Əli isə ərəblərin seyyididir.” Bu hədis “Mustədrək”də (3-cü cild, səh. 124) çoxlu rəvayətlərdə qeyd olunmuşdur.

Həzrət Mühəmmədin (s) İmam Əliyə (s) verdiyi çox yüksək qiyməti əhli - sünnə alimləri bütün kitablarında vurğulayıblar.


Məsələn, hədislərin birində Peyğəmbər (s) belə buyurdu: “Ey Əli, Sənin mənə görə məqamın, Həzrət Harunun Musaya görə məqamı kimidir. Amma məndən sonra peyğəmbər gəlməyəcək”. (Səhihi-Buxari c.2, s.305. Səhihi-Muslim c.2, s.360, Müstədriki-Hakim, c.3, s.109)

“Ey Əli, sən məndənsən, mən də səndənəm”.(Səhihi-Buxari c.2, s.76. Səhihi-Tirmizi c.5, s.300. Sünnəni ibni-Məca c.1, s.44)

“Əlini sevmək imandandır, onunla düşmənçilik etmək isə nifaqdandır”. (Səhihi-Muslim c.1, s. 61. Sünnəni Tirmizi c.8, s.306)

“Mən elmin şəhəri, Əli onun qapısıdır”. (Sünnəni Tirmizi, c.5, s.201. Müstədriki-Hakim, c.3, s.126)

“Mən hər kimin mövlasıyam, Əli də onun mövlasıdır.” (Müsnədi-İmam Əhməd, c.5, s. 25. Müstədiriki-Hakim c.3, s.134. Səhihi-Tirmizi c.5, s.296)

“Allahım, onu sevəni sev, ona düşmən olana düşmən ol”. (Səhihi-Muslim c.2, s.362. Müstədiriki-Hakim c.3, s.109, Müsnədi-Əhməd c.4, s.281)

“Ey Əli, məndən ayrılan Allah-Təaladan ayrılmış, səndən ayrılan məndən ayrılmış kimidir.” Bu hədis Riyadun Nazrada (Dəməşq tarixi, səh. 268, hədis-788) ardıcıl olaraq Rəsulullahın (s) belə buyurduğu qeyd etmişdir. Hakim də bunu öz “Mustədrək”ində (səh.146) və “Zəxairul-Üqba”da xüsusi vurğulayır. Rəsulullah (s) buyurmuşdur: “Sənin lənətin mənim lənətimdir.” Bu həmçinin Zeyd ibn Əlinin “Musnəd”ində (973-cü hədis) qeyd olunmuşdur.

Camaat “artiq əmisi oğlu ilə gizli duaları çoxaldı”-dedikdə Peyğəmbər (s) buyurdu: “Ona mən əmr etməmişəm. Ona Allah-Təala əmr edib.” Bu hədis Səhih Tirmizidə Həsənə nisbət verilərək “Kitabul-Mənaqib”də (3810-cı hədis, 50-ci kitab, 21-ci bab) qeyd olunmuşdur.

Allahın Rəsulu (s) buyurmuşdur: “Allah-Təala Peyğəmbərləri müxtəlif ağaclardan yaratmışdır. Məni və Əlini isə bir ağacdan yaratmışdır. Mən o ağacın köküyəm, Əli budaqları, Fatimə mayası Həsən və Hüseyn meyvələridir...” Təbəri bunu öz əsərində və iki hərəmin rəisi Mühəmməd ibn Yusif “Kifayətut-Talib”də rəvayət etmişdir.

Rəsulullah (s) buyurmuşdur: “Mən qorxudanam, Əli hidayət edəndir. Ey Əli! Məndən sonra hidayət olanlar, sənin əlinlə hidayət olacaqlar.” Bu həmçinin “Fusulul-Muhimmə”də İbn Sabbağdan “Tarixi-Dəməşq”də İbn Əsakirdən “Əli ibn Əbu Talibin həyatı” (2-ci cild, 916-cı hədis, səh. 417) Həskaninin “Şəvahidut-Tənzil” (1-ci cild, 398-402-ci hədis, səh. 293) Şafinin “Kifayətut-Talib”ində qeyd olunmuşdur.

Başqa bir yerdə isə Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanların seyyidinə, müttəqilərin imamına salam olsun.” Bu faktı Əbu Nəim “Hilyətul-Övliya”da, İbn Əbil Hədid isə “Şərhi Nəhcul-Bəlağə”də eyni ilə qeyd etmişdir.

Ənəs ibn Malik Həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Həzrət Peyğəmbər (s) ənsara belə buyurdu ki, sizlər məndən sonra yoxsul olacaqsınız. Allah və peyğəmbəri ilə hovuzun yanında tapışıncaya qədər dözün. Ənəs dedi: Amma bizlər dözmədik”. (Səhihi-Buxari, c.2, s.135)

Fəzilət sahiblərinə baxın ki, Xeybər müharibəsindən sonra Əbubəkir və Ömər məğlub olub qayıtdıqdan sonra Həzrət Peyğəmbər (s) buyurdu: “Bayrağı sabah elə adama verəcəyəm ki, Allah və peyğəmbərini sevir, Allah və peyğəmbər də onu sevirlər. O, elə bir qəhrəmandır ki, heç vaxt qaçmaz və Allah onun qəlbini iman ilə sınamışdır”. (Səhihi-Müslim, “Əlinin fəziləti” babında)

Əbubəkir açıq şəkildə bir neçə yerdə demişdi: “Allah məni Əlinin olmadığı yerdə bir məsələ ilə qarşılaşdırmasın”.


İbn Abbas da demişdir: “Mənim və o biri səhabələrin elmi Əlinin qarşısında yeddi dənizin suyu qarşısında bir damla kimidir”.

paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.