Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Əhli sünnədə imam Əlinin rükuda üzüyünü zəkat verməsi

Əhli sünnədə imam Əlinin rükuda üzüyünü zəkat verməsi
+2
Mətndə qrammatik səhv var?

Maidə surəsi 55-ci ayə

Sizin vəliniz ancaq Allah, Onun Rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər.

İbn Kəsir səhih sənədlə Sələmə ibn Küheyldən nəql edir: “Əli (ə) rüku vəziyyətində öz üzüyünü sədəqə verdi və bu zaman “Maidə” surəsinin 55-ci ayəsi nazil oldu”.
(“Təfsiri-İbn Kəsir”, c. 1, səh. 64.)


Hakim Nişapuri səhih sənədlə Əlidən (ə) nəql edir: “Bu ayə (“Maidə”, 55) nazil olduğu zaman Peyğəmbər (s) məscidə gəldi. Məsciddəkilər namaz qılırdılar. Peyğəmbər (s) də namaz qıldı. Bu zaman məsciddə bir dilənçi gördü və ondan soruşdu: “Sənə bir şey verən oldumu?” Dilənçi Əlini (ə) göstərərək dedi: “Bəli, yalnız bu kişi rükuda ikən öz üzüyünü mənə verdi”.

(“Mərifə ülum əl-hədis”, səh. 102.)


Eyni məzmunlu səhih hədisi İbn Əsir də Əlidən (ə) nəql etmişdir.
(“Tarixi-Dəməşq”, c. 2, səh. 64.)
--------------------------------------------------------------------------------------------------
“Əmmar bin Yasirdən rəvayət olunur ki, bir dilənçi gəlib Əlinin (ə) yanında durur. O namazda rüku halında idi. Hz.Əli dilənçiyə işarə etdi və o, üzüyü çıxartdı. Sonra Əli (ə) Peyğəmbərə (s) bu barədə danışdı. BU zaman bu ayə nazil oldu: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər." Allahın Rəsulu (s) bu ayəni oxudu və dedi: Mən hər kimin vəlisiyəmsə, Əli də onun vəlisidir. Rəbbim! Onunla dost olana dost, düşmən olana düşmən ol."


1. Təbərani “əl- Mucəm’ül-əvsat” (7/129-130, hədis 6228), “əl-Mucəm’ül-kəbir” (4/174, hədis 4053; 5/195, hədis 5068-69; 5/203-204, hədis 5092 və 5097), və “əl-Mucəm’üs-sağir” (1/65);
2. Əhməd b. Hənbəl, “əl-Müsnəd (1/119, 4/372);
3. Həkim, “əl-Müstədrək” (3/119, hədis 4576; 3/371, hədis 5594);
4. Diyə Məqdisi “əl-Əhədis’ül-muxtarə” (2/106, hədis 480; 2/174, hədis 553);
5. Heysəmi, “Məcmə’üz-zəvaid” (7/17); “Məvarid’uz-zaman”, səh.544, hədis 2205);
6. İbn Əsir, “Əsəd’ül-ğabə fi mərifətis-səhabə” (2/362, 3/487);
7. Hindi, “Kənz’ül-ümmal” (11/332-333, hədis 31662; 13/104, hədis 36340; 13/169, hədis 36511);
8. Xətib Bağdadi, “Tarix-i Bağdad” (7/377).

Hindi “Kənz’ül-ümmal” kitabında (11/609, hədis 32950) yazır:
--------------------------------------------------------------------------------------------------
Təbərani bu hədisi Əbu Hureyrə və digər 12 səhabədən , Əhməd b. Hənbəl isə Əbu Əyyub əl-Ənsaridən (r.a.) və o cümlədən, çox sayda digər səhabələrdən nəql etmişdir. Həkim “əl-Müstədrək”də Əli (ə) və Təlhədən rəvayət edir. İmam Əhməd b. Hənbəl və Təbərani bu hədisi Əli, Zeyd b. Ərqəm və digər 30 səhabədən rəvayət ediblər. Əbu Nüeym “Fədail’us-səhabə”də Səddən, Xətib Bağdadi isə Ənəsdən nəql edir.
--------------------------------------------------------------------------------------------------
Əbu Səid əl-Əşəc - Əbi Nəim əl-Fadl b. Dukeyn - Musa b. Qeys əl-Hədrəmi - Sələmə b. Küheyl: Əli rükuda ikən üzüyünü sədəqə olaraq verdi, bunun üçün də "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər" ayəsi nazil oldu.

İbn Kəsir bu hədisi "Təfsir ibn Əbi Hətim"dən (cild 4, səh.1162) gətirir və onun barəsində heç nə demir. Lakin Allah (c.c), Peyğəmbər (s) və Hz.Əli (ə) düşmənlərinin bu günkü dostları Sələmə b. Küheylin səhabələrlə görüşməməsinə irad tuturlar və bu hədisin zəif olduğunu iddia etmək istəyirlər. Bu mövzuya daha sonra toxunacağıq, indi isə ümumən ravilərin halına baxaq.


Əbu Səid əl-Əşəc

İbn Həcər: "Siqə" - Təqrib əl-Təhdib, c.1, səh.497
Zəhəbi: "Şeyxül-İslam" - Təzkirət əl-Hüffaz, c.2, səh.501
İbn Əbi Hətim: "Siqə Səduq" - əl-Cərh vəl-Tədil, c.5, səh.73
İbn Hibban: "Siqə" - əs-Siqat, c.8, səh.365
Nəsai: "Səduq", Yəhya b. Müin: "Haqqında pis bir şey deyilməyib", əl-Xəlili: "Siqə", Müslim b. Qasım: "Siqə", Murə: "O zamanının imamı idi" - Təhdib əl-Təhdib, c.5, səh.208


Əbi Nəim əl-Fadl b. Dukeyn

İbn Həcər: "Siqə Səbt" - Təqrib əl-Təhdib, c.2, səh.11
Zəhəbi: "Hafiz səbt" - Təzkirət əl-Hüffaz, c.1, səh.372
İbn Əbi Hətim: "Siqə" - əl-Cərh vəl-Tədil, c.7, səh.61
İbn Hibban: "Siqə" - əs-Siqat, c.7, səh.319
Əhməd b. Hənbəl: "Siqə", Əbu Zəra: "Əbu Nəimdən daha doğruçu ravi görmədim", əl-Əcli: "Siqə Səbt" - Təhdib əl-Kamal, c.23, səh. 209
İbn Səd: "Siqə", Nəsai: "Siqə", əl-Xətib: "Siqə" - Təhdib əl-Təhdib, c.8, səh.248


Musa b. Qeys əl-Hədrəmi

İbn Həcər: "Səduq" - Təqrib əl-Təhdib, c.2, səh.228
Zəhəbi: "Siqə" - əl-Kəşif, c.2, səh.308
İbn Əbi Hətim: "Onun haqqında pis bir şey deyilməyib" - əl-Cərh vəl-Tədil, c.8, səh.157
İbn Hibban: "Siqə" - əs-Siqat, c.7, səh.455
Əhməd b. Hənbəl: "Onun hqqında ancaq yaxşı şeylər bilirəm", Yəhya b. Müin: "Siqə" - Təhdib əl-Kamal, c.29, səh. 134
İbn Nümeyr: "Siqə", Əbu Nəim: "güclü ravidir" - Təhdib əl-Təhdib, c.10, səh.327


Sələmə b. Küheyl

İbn Həcər: "Siqə" - Təqrib əl-Təhdib, c.1, səh.378
Zəhəbi: "Siqə" - əl-Kəşif, c.1, səh.454
İbn Əbi Hətim: "Siqə" - əl-Cərh vəl-Tədil, c.4, səh.170
İbn Hibban: "Siqə" - əs-Siqat, c.4, səh.317
Yəhya b. Müin: "Siqə", Əhməd b. Hənbəl: "Mutqan", əl-Əcli: "Siqə", Muhəmməd b. Səd: "Siqə", Əbu Zəra: "Siqə", Yaqub b. Şeybə: "Siqə", Nəsai: "Siqə Səbt" - Təhdib əl-Kamal, c.11, səh.316.
--------------------------------------------------------------------------------------------------
Vilayət ayəsinin (Maidə 55) İmam Əli (əleyhissəlam) barədə nazil olduğunu qəbul edən əhli-sünnə fəqih və müfəssirləri

“Səudiyyə Ərəbistanı Böyük Alimlər Heyəti”nin üzvü və məşhur sələfi alimi Əbdüləziz bin Bazın görkəmli tələbələrindən olan müasir əhli-sünnə fəqihi Dr. Muhəmməd bin Muxtar Şənqiti deyir:

ورخَّص بعض العلماء في سؤال السائل في المسجد، وفيه حديث علي المشهور أنه أعطى سائلاً يسأل في المسجد وهو راكع، فأنزل الله الآية: إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ [المائدة:55]، فأُثنِي عليه مع أنه أعطاه في المسجد

Bəzi alimlər dilənçinin məsciddə dilənməsini caiz bilmişdir. Bu barədə məşhur hədis var ki, o (İmam Əli ə.s.), rüku halında məsciddə dilənən şəxsə (sədəqə) əta etmişdir və bu barədə ayə nazil olmuşdur (Maidə, 55). Onu (sədəqəni) dilənçiyə məsciddə verməsinə baxmayaraq, onun (İmamın ə.s.) bu əməli (Allah tərəfindən) tərif edilmişdir[1]

Dr. Şənqitinin bu sözlərindən məlum olur ki, bəzi əhli-sünnə fəqihləri mübarək ayənin İmam Əli (ə) barədə nazil olduğunu qəbul etmişlər. Həmin alimlərdən biri də öz dövründə Dəməşq şəhərinin müftisi olmuş məşhur sünni fəqihi Əlauddin Həskəfidir (v.1088 h.q.). O, yazır:

يكره اعطاء سائل المسجد الا اذا لم يتخط رقاب الناس ... لأن عليا تصدق بخاتمه في الصلاة فمدحه الله بقوله و يؤتون الزكاة و هم راكعون

Məsciddə dilənən şəxsə (sədəqə) əta etmək məkruhdur. Lakin dilənçinin insanlara əziyyət vermədiyi hal istisnadır... Çünki (İmam) Əli üzüyünü namazda sədəqə etmişdi. Allah isə, onu bu kəlamıyla tərif etmişdir: “Rüku halında zəkat verərlər.”[2]

Məşhur alim Dr. Əbdülkərim əl-Xətib (v.1390 h.q.) təfsir kitabında yazır:

قد ذهب كثير من المفسّرين إلى أن قوله تعالى: «الَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلاةَ وَيُؤْتُونَ الزَّكاةَ وَهُمْ راكِعُونَ» مراد به «علىّ بن أبى طالب» كرّم الله وجهه

Bir çox təfsir alimlərinə görə “o möminlər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər” ayəsindən məqsəd Əli bin Əbu Talibdir (ə).[3]

Məşhur sünni alimi İmam İbni Fərs Ğərnati (v.597 h.q.) yazır:

هذه الآية تدل على أن العمل القليل في الصلاة لا يبطلها لأن سبب نزولها أن علياّ تصدق بخاتمه وهو راكع

Bu ayə (Maidə,55) az hərəkətin namazı batil etmədiyinə dəlalət edir. Çünki bu ayənin nazil olma səbəbi budur ki, (İmam) Əli rükuda olduğu halda üzüyünü sədəqə vermişdi.[4]

Məşhur sünni alimi Şeyx Əlvan kimi tanınan Nemətullah Naxçıvani (v.920 h.q.) “əl-Fəvatih” kitabında mübarək ayə barədə danışarkən belə yazır:

نزلت في علي حين سأله سائل و هو راكع في صلاته فرمى له خاتمه

(Bu ayə) Əli (ə) barədə nazil olmuşdur. Bir dilənçi ondan (sədəqə) istədikdə, o rükuda olduğu halda üzüyünü ona vermişdi.[5]

Məşhur sünni fəqih və müfəssirlərindən olan Əhməd bin Cəssas deyir:

وقوله تعالى وَيُؤْتُونَ الزَّكاةَ وَهُمْ راكِعُونَ يَدُلُّ عَلَى أَنَّ صَدَقَةَ التَّطَوُّعِ تُسَمَّى زَكَاةً لِأَنَّ عَلِيًّا تَصَدَّقَ بِخَاتَمِهِ تَطَوُّعًا و هو نظير قوله تعالى وَما آتَيْتُمْ مِنْ زَكاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُولئِكَ هُمُ الْمُضْعِفُونَ

Allahın “rükuda olduqları halda zəkat verərlər” kəlamı müstəhəb sədəqənin zəkat adlanmasına dəlalət edir. Çünki (İmam) Əli (ə) üzüyünü müstəhəb sədəqə olaraq vermişdir. Allah təalanın bu kəlamındakı kimi: “Allahın razılığını diləyərək verdiyiniz zəkata gəlincə, (bilin ki) bunu edənlər (mallarının bərəkətini) qat-qat artıranlardır.“[6]

Mənbələr:

[1] Şənqiti, Şərhu zadil-mustəqni, c.72, səh.8, şamilə kitabxanası (Bu kitab Şənqitinin dərsləri əsasında yığılmışdır. 72-ci cild 72-ci dərs deməkdir. Hər bir cild təxminən 20-30 səhifədən ibarətdir.)

[2] Həskəfi, əd-Durru əl-muxtar, səh.666, Daru əl-kutubi əl-elmiyyə, Beyrut, 1423 h.q.

[3] Dr. əl-Xətib, ət-Təfsirul-Qurani lil-Quran, c.3, səh.1124, Daru əl-fikr, Qahirə

[4] İbni Fərs, Əhkamul-Quran, c.2, səh.447, Daru İbni Həzm, Beyrut, 1427 h.q.

[5] Nemətullah Naxçıvani, əl-Fəvatihu əl-İlahiyyə, c.1, səh.197, Misir, 1419 h.q.

[6] Cəssas, Əhkam əl-Quran, c.4, səh.102, Beyrut, 1405 h.q.
--------------------------------------------------------------
Bu ayə "sizin vəliniz ancaq Allah, onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər". Rəsulullah s.a.a nazil olduğu vaxt o evindən çıxıb Məscidə gəldi.O zaman insanların bir hissəsi ruku halında, bir hissəsi isə qiyam halında idilər. Rəsulullah s.a.as bir dilənçi gördü və ona dedi: "ey dilənçi! sənə bir şey verən olub?" dilənçi dedi: "yox! ancaq -Əlini göstərərək- bu rüku halındakı adam mənə üzüyünü verdi"

ibni Kəsir, "əl-Bidayə vən Nihayə", 7/358


ibni Kəsir bu hədisi Təbəranidən nəql etmişdir. Ancaq hədisi qeyd etdikdən sonra deyir ki, bu səhih deyil. və mən cavab olaraq deyirəm ki, bu hədisin sənədindəki bütün ravilər güvənilir və hüccətdir. indi ravilər haqqında məlumat verəndə bu hər kəs üçün aşkar olacaq:

1-1. Əbdürrəhman b. Müslüm ər-Rzai (عبد الرحمن بن مسلم الرازي): güvənilirdir, əz-Zəhəbi onun haqqında deyir:


عبد الرحمن بن محمد بن سلم الحافظ الكبير أبو يحيى الرازي
Əbdürrəhman b. Muhəmməd b. Səlam ər-Razi, böyük hafiz, Əbu Yəhya ər-Razi

وكان من الثقات
Siqatdan (güvənilirlərdən)dir.

əz-Zəhəbi, "Təzkirət əl-Huffaz", 2/690-691


1-2. Muhəmməd b. Yəhya (محمد بن يحيى بن ضريس العبدي): güvənilirdir, ibni Hibban "əs-Siqat" kitabında zikr etmişdir: ibni Hibban, "əs-Siqat", 9/107, 15450-ci ravi

1-3. İsa b. Abdullah (عيسى بن عبد الله بن محمد بن عمر بن علي بن ابي طالب): Buxari "tarix əl-Kəbir"də zikr etmiş və haqqında heç bir cərh gətirməmişdir: Buxari, "Tarix əl-Kəbir", 6/390, 2740-cı ravi

1-4. Abdullah b. Muhəmməd (عبد الله بن محمد): öncəki ravi İsanın atasıdır, güvənilir ravidir. əz-Zəhəbi onun haqqında deyir:


عبد الله بن محمد بن عمر بن علي بن أبي طالب
Abdullah b. Muhəmməd b. Ömər b. Əli b. Əbu Talib

ثقة
siqə (güvənilir)dir.

əz-Zəhəbi, "Kəşşaf", 1/595, 2964-cü ravi


1-5. Muhəmməd b. Ömər (محمد بن عمر): öncəki ravinin atasıdır, əz-Zəhəbi deyir:


محمد بن عمر بن علي بن أبي طالب
Muhəmməd b. Ömər b. Əli b. Əbu Talib

ثقة
siqə (güvənilir)dir.

əz-Zəhəbi, "Kəşşaf", 2/205, 5073-cü ravi


1-6. Ömər b. Əli (عمر بن علي): öncəki ravinin atası və imam Əli a.s-ın oğludur, tabeindəndir, güvənilirdir. əl-İcli deyir:


عمر بن علي بن أبي طالب تابعي ثقة
Ömər b. Əli b. Əbu Talib, tabeindəndir, siqə (güvənilir)dir.

əl-İcli, "Mərifət əs-Siqat", 2/170, 1359-cu ravi


1-7. Əli b. Əbu Talib (علي بن أبي طالب): səhabə, imam, Nəbi s.a.a-in vəsisi, möminlərin əmiri, mütəqqilərin imamı.

Yəni, hədis heç olmasa həsəndir, harada qaldı ki, uydurma olsun və bu hədis ayənin təfsiri haqqında səhabələrdən nəql edilmiş hədislərdən sadəcə biridir, bundan əlavə ibn Abbas, Əmmar b. Yasir və Əbu Zərr r.a-dan da ayənin təfsiri haqqında hədislər nəql edilmişdir.Ancaq vaxt məhdudiyəti səbəbindən və uzunçuluq olmaması istəyimizdən bununla kifayətlənirik.

2. Tabeindən Sələmə b. Kuheyl, Utbə b. Hakim və Mücahid əl-Məkkinin təfsirləri: Əhli sünnənin böyük hədis, təfsir və rical alimi ibni Əbu Hatim ayənin təfsiri haqqında tabeindən Sələmə b. Kuheyldən nəql edir:


حَدَّثنا أَبُو سَعِيدٍ الأَشَجُّ، ثنا الْفَضْلُ بْنُ دُكَيْنِ أَبُو نُعَيْمٍ الأَحْوَلُ، ثنا مُوسَى بْنُ قَيْسٍ الْحَضْرَمِيُّ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ، قَالَ: "تَصَدَّقَ عَلِيٌّ بِخَاتَمِهِ وَهُوَ رَاكِعٌ، فَنَزَلَتْ: إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
...Musa b. Qeys əl-Xadrəmi Sələmə b. Kuheyldən nəql etdi: Əli rüku halında ikən üzüyünü sədəqə olaraq verdi və bu ayə nazil oldu: "sizin vəliniz ancaq Allah, O'nun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər"


ibni Əbu Hatim, "Təfsiri ibni Əbu Hatim", hədis 6587.


Vəlhəmdulilləh
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.