Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ramazan ayında və Şəvval ayında, ayı görmək barədə ixtilaf yaranır?

Ramazan ayında və Şəvval ayında, ayı görmək barədə ixtilaf yaranır?
+2
Mətndə qrammatik səhv var?

Sual:
Nə üçün əksər hallarda mübarək Ramazan ayında və Şəvval ayında, ayı görmək barədə ixtilaf yaranır?

Cavab:
Bu məsələdəki bəzi ixtilafların olması, fətvanın müxtəlif olmasına söykənir. Məsələn:
• Bəzi fəqihlər, mükəlləfin olduğu məntəqə ilə, gecəsinin bir hissəsi müştərək olan başqa bir məntəqədə ayın görsənməsinin, onun olduğu (həmin) məntəqədə də ayın daxil olmasına kifayət etdiyini deyir.
• Bəzi fəqihlər bu (yuxarıda) deyiləni, dəlil kimi qəbul etmirlər.
- Bəzi fəqihlər ayı teleskopla və bu kimi alətlərlə görməyi qəbul edirlər.
- Bəzi fəqihlər isə ayı, adi gözlə görməyi şərt bilir.

Bəzi ixtilafların yaranması isə;
• Bir qrup fəqihdə ayın görsəndiyi məntəqələrdə edilən şəhadətlərə söykənir
• Digərlərinə görə isə dəqiq astronomik hesablamalara əsasən o məntəqələrdə ayın görsənməsi qeyri mümkündür və elə buna görə də, o şəhadətlərə etimad etmirlər.


Ayətullah Seyyid Əli Sistani (h)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.