Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Tovuz quşu ətinin hökmü

Tovuz quşu ətinin hökmü
+1
Mətndə qrammatik səhv var?

Tovuz quşunun ətini yemək olarmı?



Sual - Tovuz quşu ətinin hökmü nədir ?
Şeyx Fəyyaz - haramdır.
Minhac c 1 məs 484.

Seyyid Xoi q.s - haramdır.

Minhac c 1 m 1689.

Şeyx Yəqubi - halaldır.
Səblus salam - məs 473.

Seyyid Həkim - haramdır.
Minhac məs 19

Seyyid Muhəmməd Sədr - haramdır.
Minhac məs 887.

Seyyid Sadiq Şirazi - haramdır.
Məsailul İslamiyyə - məs 3089.

Şeyx Muhəmməd Sənəd - haramdır.
Minhac məs 2028.

Seyyid Mudərrisi - haramdır.
Təliqətul urvə

Seyyid Sistani - daha üstün nəzərə əsasən halaldır.
Minhac - məs 883.


Bir məsələ - az qism fəqihlər xaric çox alimlərimiz Tovuz quşunun ətini yeməyi haram biliblər. Son günlərdə vəhhabilər yenə bunu paylaşaraq Sistani ağaya qarşı irad edirlər ki Məsumun ə.s kəlamından çıxıb və təkfir olunmalıdır. Diqqət ediləsi məsələ budur ki Tovuz quşunun ətini qadağan edən iki hədisimiz var. Biri Fiqhur Rəzəvi kitabında digəri Vəsailuş şiə kitabındadır. Hər iki hədisin sənədi zəifdir. Sənəddə olan Bəkr ibn Saleh ixtilaflı ravidir. Rical alimlərindən bəziləri onu etibarlı məsələn ibn Davud ; Kişşi ; bəziləri zəif biliblər məsələn Nəcaşi ; Ğadairi və s. Əhli sünnə rical kitablarına da nəzər etdikdə gördüm ki onlar da bu ravini şiə rafizi olmaqda ittiham ediblər. Xülasə bu hökmdə halal deyənlər üçün cavab belə deyirik: Həmin fəqihlər üçün bu iki hədisin səhih olması və alimlər arasında haram olma şöhrəti sübuta yetmədiyi üçün halal olmasına fətva vermişlər.


Əməyə zəhmət paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.