Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Haram və halal heyvanlar.

Haram və halal heyvanlar.
0
Mətndə qrammatik səhv var?
Haram və halal heyvanlar.


Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.



İmam Cəfər Sadiq (ə) fiqhi.

Haram və halal heyvanlar.

Dörd ayaqlılar.

Ev heyvanlarından dəvə, inək, camış, qoyun və keçi kimi heyvanların əti halaldır. Vəhşi heyvanlardan isə dağ keçisi, çöl inəyi, ulağ (çöl uzunqulağı), ceyran, antilop kimi heyvanların əti halaldır. İmam Rza (ə) buyurur:

«Allah-Təala sizə inək, dəvə və qoyun ətini halal etmişdir…»
«Vəsailuş-şiə» 17-ci cild; səh 34

Əbdullah ibn Cündəb deyir:

« İmam Əlidən (ə) camış əti və südü barəsində soruşdum. Buyurdu: Heç bir eybi yoxdur.» «Vəsailuş-şiə» 17-ci cild; səh 35

Həmçinin ev heyvanlarından at, uzunqulaq (eşşək) və qatırın əti halaldır. Lakin onların yeyilməsi məkruhdur. Bu heyvanlar haqqında nəql olunmuş hədislərin birində İmam Sadiq (ə) buyurur:

وليسبحرام


«Onların əti haram deyil.» «Vəsailuş-şiə» 16-cı cild; səh. 395; hədis
7




Bu hədisdən at, qatır və uzunqulağın haram olmadığı məlum olur. Lakin digər bir hədisdə İmamdan (ə) həmin üç heyvan haqqında soruşulduqda İmam (ə) bu cür cavab verir:

لا تأكلها

«Onları yemə!» «Vəsailuş-şiə» 16-cı cild; səh. 394; hədis 5

İmamın (ə) bu sözündən isə haqqında danışdığımız heyvanların məkruh olduğu məlum olur. Yəni o heyvanların ətini yemək haram deyil halaldır. Lakin yeməməyin isə savabı vardır. Çünki məkruh bir əməli icra etməkdə heç bir günah yoxdur. Amma onu tərk etmək savabdır. Buna görə də ikinci hədisdə İmam (ə) “onları yeməyin”-deyə buyurur. «Şərhi-Lümə» kitabında qatırın at və uzunqulağa nisbətən daha çox məkruh olduğu qeyd olunur. Şəhid Sani (r.ə.) yazır: «Çünki qatır at və uzunqulağın izdivacından əmələ gəlir. At və uzunqulaq hər ikisi məkruhdurlar. Nəticədə iki məkruh cəm olur (yəni iki məkruh heyvanın cütləşməsindən əmələ gələn heyvanın məkruhluğu daha çoxdur).» «Şərhi-Lümə» 3-cü cild; səh 208

İt, donuz və çöl donuzunun (qaban) əti haramdır. Həmçinin pişiyin də əti haramdır. Çünki pişik yırtıcı heyvanların bir növüdür. Yırtıcı heyvanların əti isə haramdır. Məsələn: Şir, bəbir, canavar, pələng, ayı, çaqqal, kaftar, tülkü və s. yırtıcı heyvanların əti haramdır.

Allah-Təala buyurur:

«Həqiqətən (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir.» «Bəqərə» surəsi; 173-cü ayə

İmam Sadiq (ə) buyurur:


«Yırtıcı heyvanlardan heç nə yeməyin (yəni onların əti, südü, piyi və s. haramdır).» «Fiqhul-İmam Cəfəris-Sadiq»; 4-cü cild; səh. 369

Dovşan və kirpi əti haramdır.Şeyx Muhəmməd Həsən Nəcəfi (r.ə.) «Cəvahirul-Kəlam» kitabında yazır: «Kirpi ətinin haram olmasında heç bir ixtilaf yoxdur. Hətta bu barədə icma var.» «Cəvahirul-Kəlam»; c.36; səh. 296
Dovşan ətinin haramlığı haqqında isə İmam Rza (ə) belə buyurur:

وحرم الارنب ، لانها بمنزلة السنور ، ولها مخاليب كمخاليب السنور وسباع الوحش

«Dovşan əti (sizə) haram edilmişdir. Çünki o pişik kimidir. Pişiyin və digər vəhşi heyvanların pəncəsi kimi onun da pəncəsi vardır…» «Vəsailuş-şiə»; cild 16; səh. 383; hədis 11

Həmçinin porsuq əti də haramdır. Çünki Məsumlardan (ə) gələn hədislərdə köpək dişi (yırtıcı heyvanlara məxsus) və pəncəsi olan heyvanların haram olduğu buyurulmuşdur. Porsuqda isə bunların hər ikisi var.

Mühəqqiq Hilli «Şəraiul-İslam» kitabında siçan, siçovul, dələ, sincab kimi heyvanların haram olduğunu yazır. «Şəraiul-İslam» cild 4; səh 751
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.