Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Xanım Fatimənin (səlamullahi əleyha) evinə edilən hücum barədə qısa bir məlumat.

Xanım Fatimənin (səlamullahi əleyha) evinə edilən hücum barədə qısa bir məlumat.
+5
Mətndə qrammatik səhv var?

Xanım Zəhraya olan hücumun təfərrüatları.

Rəvayət uzun olduğundan əsas hissəni bir neçə mənbədən təqdim edirik


1)


“Bizə Əbül-Hüseyn Məhəmməd b. Harun b. Musa ət-Tələkbəri rəvayət etdi və dedi: “Bizə atam (r.a) rəvayət etdi və dedi: “Bizə Əbu Əli Məhəmməd b. Həmmam rəvayət etdi və dedi: “Bizə Cəfər b. Məhəmməd b. Malik əl-Fəzzari əl-Kufi rəvayət etdi və dedi: “Mənə Əbdür-Rəhman b. Sinan əs-Seyrəfi rəvayət etdi və dedi: “Cəfər b. Əli əl-Hivardan, o əl-Həsən b. Miskandan, o da Müfəzzəl b. Ömər əl-Cufidən, o da Cabir əl-Cufidən, o da Səid b. Museyyibən rəvayət edərək dedi: “… Ömər b. Xəttab dedi: “(Əli) Onlardan yardım istəyirdi. Onlar da, gecə vaxtı Əliyə (ə.s) kömək edirdilər. Lakin, səhər olunca ona yardım etməyə heç kim gəlmədi. Mən Əlinin (ə.s) evinə getdim ki, onunla məsləhətləşib onu evindən çıxarım. Xanım Fatimənin (s.ə) kənizi Fizzə (qapıya çıxdı). Mən ona xitabən dedim: “Əliyə de ki, Əbu Bəkrə beyət etməyə gəlsin, müsəlmanlar onun başına yığışıblar”. Fizzə dedi: “Əmirəl-Möminin (ə.s) məşğuldur”. Mən dedim: “Boşla bu sözləri. Ona de ki, evdən çıxsın, əks halda biz evə daxil olub onu zorla çıxararıq”. Bu zaman, xanım Fatimə (s.ə) (içərdən qapıya) tərəf çıxıb, qapının arxasında dayandı və dedi: “Ey azğın yalançılar! Nə deyirsiniz? Nə istəyirsiniz?” Mən dedim: “Ey Fatimə!” Xanım (s.ə) dedi: “Nə istəyirsən ey Ömər?” Mən dedim: “Batil sözləri və qadınların nağıllarını bir kənara qoy. Əliyə (ə.s) de ki, evdən çıxsın. Nə məhəbbət nə də ehtiram (yoxdur artıq)”. Xanım (s.ə) dedi: “Məgər hizbi şeytanla məni qorxudursan ey Ömər? Şeytanın dəstəsi (hər zaman) zəifdir”. Mən dedim: “Əgər çıxmasa, çoxlu ağac gətirib od qalayacam və bu evi onun əhli ilə birlikdə yandıracam. Ya da Əli (ə.s) zorla beyətə gələcək”. Bu sözləri deyib Qunfuzun qamçısını götürdüm və qamçını vurdum. Sonra Xalid b. Vəlidə dedim: “Sən və adamlarınız odun toplamağa başlayın. Mən od qalayacam”. Xanım (s.ə) dedi: “Ey Allahın (c.c) düşməni, ey Allah Rəsulunun (s) düşməni, ey Əmirəl-Möminin (ə.s) düşməni”. Xanım Fatimə (s.ə) əllərini qapıya qoyaraq mənə qapını açmağa mane olmağa çalışdı. O, qapını sıxdı və mən qapını aça bilmədim. Bu səbəblə də, qamçı ilə onun əllərinə vurdum və onun əlləri ağrıdı. Bu zaman, Fatimənin (s.ə) ucadan nalə və ağlamaq səsini eşitdim. Az qalsın ki, ürəyim yumşalıb qapıdan geri qayıdım. Əliyə (ə.s) olan kinim, onun ərəblərin pəhlavanlarının qanını necə tökməsini və Məhəmmədin (s) hiylə və sehrini xatırladım. Qapıya təpik vurdum. Qapı Fatiməni (s.ə) sıxdı və qapının iti uclu dəstəyi ona batdı. Fatimədən (s.ə) elə bir nalə eşitdim ki, elə bildim Mədinə alt-üst oldu. Xanım (s.ə) dedi: “Ey atacan! Ey Allahın Rəsulu! Sənin sevilgili qızın ilə gör necə davrandılar? Ah ey Fizzə! Kömək et, götür məni. Vallahi, bətnimdə bari-həmlim öldü”. Onun divara söykənər halda, titrədiyini eşitdim. Qapını itələyib içəri girdim. Fatimə (s.ə) elə bir üzlə qarşımda durdu ki, (nuru) gözlərimi tutdu. Mən hicabın üstündən ona bir sillə vurdum. Bu sillə nəticəsində onun sırğası parçalanıb yerə töküldü. Bu zaman Əli (ə.s) (otaqdan) çıxdı. Elə ki, onun (çıxdığını) gördüm, tez evdən çölə çıxdım. Sonra, Xalidə, Qunfuza və onlarla birlikdə olanlara dedim: “Bizlər çox böyük bir işdən qurtulduq”. ;


*Əllamə Məhəmməd Baqir Məclisi Əhməd b. Abdullah əl-Məruf, “Biharul-Ənvar əl-Camiətu lidurar əxbarul-Əimmətul-Əthar aleyhumus-Səlam” kitabı, 30-cu cild, 369-cu səhifə, 151-ci hədis, Nəşr: “Muəssətul-Aləmi lil-Mətbuat”, Beyrut, Lübnan, 1429/2008, 1-ci çap

2)


Əhli sünnenin öz kitablarından !

Həzrəti Fatiməyi Zəhranın s.a qatilləri kimdir?

Hz Fatimənin qatili kimdir? Əbubəkir və Ömərin hz Fatiməyə etdiyi zülmlər əhli sunnə mənbelerində.
Əhli sünnə alimləri və kitabları iddia edir ki,hz Fatimənin Əbubəkir və Ömər kimi iki zalim qatili var. Oxu və həqiqətləri görməyə caliş. Ehli sunnə Alimi ibn el-hedid "Şərhu nəhcul belağə" kitabinda Əbubəkir və Ömərin hz Fatimənin evinə hücum edib, onu vurması haqqında belə yazır: Ömer hz Fatimənin evinə yaxinlaşıb ucadan qışqırdı qapını açın! hz Fatimə buyurdu: ey ömər bizimlə nə işin var? nə üçün matəmdə ola-ola bizdən əl çəkmirsən? ömər dedi: qapını aç yoxsa evə od vurub yandıraram. hz Fatimə buyurdu: ey ömər Allahdan qorxmursanmı? mənim evimə icazəsiz daxil olub hücum edirsən? öz fikrindən dönməyən ömər qapıya od vurub içəri daxil olub hz Fatimənin qabırğa nahiyyəsinə zərbə endirdi.Əlindəki qırmancla qoluna vurdu.Əhli sünnə alimi: ibn el-hedid "şerhu nehcul- belaqe" 6cı cild səhifə 50. Əhli sünnə alimi ibn quteybe yazir:Mən quran və sunnə ilə dəlil getirmek istəyirəm ki, Peyğəmbər qızına zülm (fədək bağının qəsbi evinə hucumu vurulması və bətnindəki uşağı salması olub) belə ki bütün müsəlmanlara Allah Rəsulundan (s) olan düzgün hədisləri qəbul etməkdə heç bir çətinlik çəkmirlər.Belə olan təqdirdə o həzrətin (s) dediyi kəlməyə məgər heç bir müsəlman indiyədək rast gəlməyibmi? Peyğəmbər (s) buyurdu: Fatimənin razılığı mənim razılığımdır. Fatimənin qəzəblənməsi isə mənim qəzəbimdir. Fatimə mənim canımın bir parçasıdır.Daha sonra ibn Quteybe yazır: Deməli hədisdən anladıq ki,Allah rəsulu (s) demək istəyir ki, Fatiməni inciden məni,məni incidən isə Allahı incitmişdir.Buna cavab olaraq isə Allah quranda buyurur : Allahı və onun peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə ləneə eləmiş,onları öz rəhmətindən uzaqlaşdırmış və onlar üçün həqarətli bir əzab hazırlamışdır.Deməli Fatiməni incidən lənəti həm bu dünyada həmdə axirətdə hazırlanmışdır.Əhli sünnə alimi: ibn Quteybə "əl imame və es siyase" 1-ci ild səhifə 13.14. hz Əli (ə) evdə olduğu halda Əbubekr və Ömərin evə vəhşicəsinə soxulub hz Fatiməni vurmasi, bətnindəki uşağı salmasi və evini yandırmasının əli sunnənin əksər kitabları təsdiqləyir.Nümunə üçün bir neçəsini qeyd edir. 1.Səhih Buxar peyğəmbərinin yaxınlarının babı səhifə 71-75. 2.sehihi Buxari 5-ci cild 7və 87-ci sehifeler. 3.sehihi Buxari 5-ci cild sehife 82. 4.sehihi Buxari 4-ci cild sehife 96. 5.sehihi Muslim 3-ci cild sehife 1380. 6.sehihi Muslim 5-ci cild sehife 153-155. 7. Suneni Tirmizi 5-ci cild sehife 633. 8.imam Nesai xesaisul elevi kitabinda. 9.Hakim "Mustedrek" 3-cu cild sehife 354. 10.Fexri razi Tefsiri kebir 29-cu cild sehife 284. 11.Tarixi baqdad 14-cu cild sehife 321. 12.Kenzul-um mal 11-cu cild sehife 621. 13.Mehemmed ibn talha şafei "Metalibus-suul" sehife 6. 14.hafiz ebu neim isfaheni Hilyetul-ovliya 2-ci cild sehife 40. 15.ibn hecer esqelani "el-isabe" 4-ci cild sehife 375.

3)


O zaman ki, camaat Əbu-Bəkrə (l.ə) beyət elədi, amma İmam Əli (ə) beyət eləmədi, onda Əbu-Bəkr (l.ə) (nökəri) Qunfuzu (l.ə) İmam Əlinin (ə) yanına göndərərək belə dedi: Əlinin dalınca get və ona belə de: Allahın Rəsulunun xəlifəsini (yəni yerinə təyin etdiyini) qəbul eləsin.Qunfuz (l.ə) İmam Əlinin (ə) yanına getdi və Əbu-Bəkrin (l.ə) göstərişini ona yetirdi. İmam Əli (ə) dedi: Nə tez Allahın Rəsulunun (s) adından yalan danışdınız və mürtəd oldunuz. Allaha and olsun ki, Peyğəmbər( s) məndən başqa heç kəsi xəlifə təyin etməmişdir (sonra yenə də) Əbu-Bəkr (l.ə) beyət üçün İmam Əlinin (ə) dalınca göndərdi və İmam Əli qəbul etmədi. Ömər (l.ə) əsəbiləşdi və İmam Əlinin (ə) evinin qapısına od vurdu və evə daxil oldu. Xanım Fatimə (ə) onun qarşısında dayandı və fəryad etdi: Ya əbətah, ya Rasuləllah !!! (yəni Ay ata,
ay Allahın Rəsulu, dadıma yet) Ömər (l.ə) qılıncını qınında ola-ola qaldırıb Xanım Fatimənin (ə) böyrünə vurdu və şallaq ilə də onun biləyinə vurdu. Bu vaxt yenə də Xanım Fatimənin (ə) fəryadı ucaldı: Ya əbətah !!! İmam Əli (ə) qəflətən yerindən qalxıb Ömərin (l.ə) yaxasından tutdu və onu şiddətlə yerə (vurdu) çırpdı və onun burnuna və boynuna möhkəm zərbə endirdi.

Əhli-sünnə mənbəsi:

📚Alusi Bağdadi Əllamə Əbülfəzl
Şəhabuddun Seyid Mahmud (vəfatı
hicri 1270-ci il), “Ruhul Məani fi
təfrsiril-Quranil-əzim vəs səbul
məsani” , 3-cü cild 124-cü səhifə

4)


Xanım Fatimənin (səlamullahi əleyha) evinə edilən hücum barədə qısa bir məlumat

Ömər ətrafdakılara üz çevirdi və onlara belə dedi: “Fatiməni vurun!”

Onlar Fatiməni elə vurdular ki, xəstə oldu və yatağa düşdü.(1) Bədəni zəiflədi və həddindən artıq arıqladığından kölgə kimi oldu.(2)

Ömər özü də onlardan geridə qalmadı. Qılıncın qını ilə Fatimənin (əleyhəs-səlam) qabırğasına vurdu və qamçı ilə onun əlinə zərbə endirdi.(3) Həmin zərbədən Fatimənin bədəni qaraldı (4) və ölənə qədər onun izi aradan getmədi.(5)

Salman deyir: Ömər, Xalid və Muğeyrədən başqa hamı ağladı. Lakin Ömər dedi: Qadınlar və onların rəylərinin bizə əlaqəsi yoxdu.

Bəzi tarixlərdə isə belə gəlib: Qunfuz Fatimənin (səlamullahi əleyha) üzünə şillə vurdu və şillə onun gözünə dəydi.(7) Sonra Xanımı qapının küncünə tərəf itələdi və qapı ilə ona elə bir zərbə vurdu ki, onun qabırğası sındı və bətnindəki uşağı (Muhsin) siqt oldu və qalan qısa ömrünü yatağda keçirtdi.(8)

O, qılıncın qını ilə xanıma zərbə vurdu. Qamçı ilə onun başına, əlinə, çiyninə və biləyinə zərbə endirdi. Qamçının izi qolbağ kimi onun əlində şişdi. (9)

Bəzi tarixlərdən məlum olur ki, həzrət Muhsinin (əleyhis-səlam) şəhadətinin səbəbi yaxud onun şəhid olmasında mühüm amillərdən biri Qunfuz idi.(10)

Digər tərəfdən Xalid ibn Vəlid də qılıncın qını ilə xanıma zərbə endirib və onu qapı divar arasında sıxıb. (11)

Peyğəmbərə (sallallahu-əleyhi və alihi və səlləm) hörmətsizlik edənlərdən biri də Muğeyrə ibn Şöbə idi. O, xanım Fatiməni (səlamullahi əleyhanı) elə vurdu ki, xanımın bədənindən qan gəldi. Onun qapının yandırılması və sındırılmasında da payı var. Bu səbəbdən də bəzi tarixlərdə uşağın (Muhsinin) siqt olması Muğeyrəyə nisbət verilmişdi.(12)

Allah xanım Fatiməyə (səlamullahi-əleyha) zülm etmiş və ona əziyyət vermiş hər bir şəxsə öz daimi əzabını və lənətini şamil etsin.

Qeyd: Xanım Fatimənin (səlamullahi əleyha) evinə edilən hücumun tarixi barədə yazılmış kitablara müraciət etdikdə bu hücumun bir dəfə deyil, neçə dəfə təkrarlandığının və geniş bir kütlə şəklində hücumun baş verdiyinin şahidi oluruq. Burada qeyd etdiyimiz isə həmin faciəli tarixdən çox qısa bir məlumat idi. Bu barədə daha geniş məlumat əldə etmək istəyən şəxslər daha geniş yazılmış kitablara müraciət edə bilərlər.

(1) Mutəməru-uləmai-Bağdad, səh. 93
(2) Dəailmul-İslam, c. 1, səh. 232; Biharul-ənvar, c. 81, səh. 272
(3) Kitabu-Suleym, səh. 250; Kamil Bəhai, c. 1, səh. 305; Cənnatul-Xulud səh. 19
(4) Cənnətul-Asimə, səh. 252; Əş-şəmsuz-zuha, səh. 154;
(5) Müraciət et: Məsaibul-məsumin əleyhimus-səlam səh. 27; Beytul-əhzan, Yəzdi, səh. 33; Camiun-nureyn, səh. 244; Şəşəətul-Huseyniyyə, səh. 144; Huznul-muminin, səh. 61; Bəşarətul-Bakin, səh. 26; Mirqatul-İqan, səh. 1, səh. 112; Ənvaruş-şəhadət, səh. 207;
(6) Kitabu-Suleym, səh. 85; Evə hücum edənlərin ağlaması əl-müstərşid, səh. 377; əl-İmamə vəs-siyasə, c. 1, səh. 20
(7) Sirətul-əimmətu isna əşərəleyhimus-səlam, c. 1, səh. 145
(8) Kitabu-Suleym, səh. 85; Əl-ihticac, səh. 83; Xanımın qabırğasının və ya dişinin sınması barədə müraciət et: Kitabu-Suleym, c. 2, səh. 907 (yeni çap); Əmali (Şeyx Səduq), səh. 114 (Beyrut çapı); Fəzail Şazan Qummi, səh. 9, əl-Muhtəzər, səh. 61, Biharul-ənvar, c. 101, səh. 44 (Şəhidi-əvvəlin yazısı); Fəraidus-Simteyn, Cuveyni Şafii, c. 2, səh. 35; İrşadul-Qulub, səh. 295; Misbah (Kəfəmi), səh. 553
(9) Müraciət et: Kitabu-Suleym, səh. 134; Dəlailul-İmamə, səh. 45; (təzə çapda səh. 134); Kəşkul Amili, səh. 83; Hədiqətuş-şiə, səh. 30; əl-kovkəbud-durri, c. 1, səh. 194; əl-kibritul-əhmər, səh. 277
(10) Dəlailul-İmamə, səh. 45 (təzə çapda səh. 134); Elmul-Yəqin, c. 2, səh. 686;
(11) Bəziləri Xalid ibn Vəlidi də Muhsinin siqt olmasının səbəbkarı bilirlər. Müraciət et: Kəşkul Amili, səh. 83; Hədiqətuş-şiə, səh. 30
(12) əl-İhticac, səh. 278; Cəlaul-uyun, Şubbər, c. 1, səh. 193
--------------------------------------------------------------------------
Allah bizləri vicdanla qərar verənlərdən qərar versin....

paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.