Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ömər döyüşdən qaçıb?

Ömər  döyüşdən qaçıb?
+1
Mətndə qrammatik səhv var?
Ömər  döyüşdən qaçıb?

“Əl-Müstədrək alə əs-səhiheyn” kitabında Hafiz Hakim Nişapuri belə bir rəvayət nəql edir:
Bizə Əbul-Abbas Muhəmməd ibn Əhməd əl-Məhbubi rəvayət etdi (və dedi): bizə Səid ibn Məsud rəvayət etdi (və dedi): bizə Abdullah ibn Musa rəvayət etdi (və dedi): Nuəym ibn Hakim bizə Əbi Musa əl-Hənəfidən, o da Əlidən (radiyallahu anh) belə nəql edir: Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Xeybərə yola düşdü. Elə ki oraya çatdı, Öməri və onunla birlikdə bir dəstə camaatı onların (yəhudilərin) şəhərlərinə və ya qalalarına göndərdi. Onlar gedib döyüşdülər. Çox keçmədi ki, yəhudilər Öməri və adamlarını məğlub etdilər. Budan sonra onlar (Ömərin adamları) Öməri, Ömər də onları qorxaq adlandıra-adlandıra gəldilər.”

(Hakim deyir:) Bu hədisin sənədi səhihdir,
lakin onlar (Buxari və Müslim) öz kitablarında qeyd etməyiblər.
Şəmsuddin əz-Zəhəbi "ət-Təlxis"də deyir: Səhihdir.
Fotoşəkil: Hakim ən-Nisaburi, əl-Müstədrək alə əs-Səhiheyn, c.3, səh.40, h.4340; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbdül-Qadir Ata
paylaş
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.