Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Əhli sünnə kitablarında imamət

Əhli sünnə kitablarında imamət
0
Mətndə qrammatik səhv var?
Əhli sünnə kitablarında imamət

Əhli sünnə mənbələrindəki səhih hədislər hər dövrdə müsəlmanların xəlifəsinə beyətin vacibliyinə dəlalət edir. Muslim Səhihində, Beyhəqi Sunənul Kubrada, Heysəmi Məcməuz Zəvaiddə, başqaları da öz əsərlərində
Rasulullahdan ( s.ə.ə.v ) rəvayət ediblər : Hər kim boynunda beyət olmadan ölərsə , cahiliyyətdə ölmüş kimidir.
Səhih Muslim c 3 , səh 1478.
Sunənul Kubra c 8, səh 156.
Məcməuz Zəvaid c 5, səh 218.
Mişkatul Məsabih c 2 , səh 1088.
Silsilətu əhadisis səhih c 2 , səh 715.


Əhməd Musnədində, Əbu Davud Tayalisi Müsnədində, Heysəmi Məcməuz Zəvaiddə, ibn Hibban Səhihində, Əbu Nuəym Hilyətul Əvliyada və başqaları Rasulullahdan ( s.ə.ə.v ) nəql ediblər ki, Hər kim imamsız ölərsə cahiliyyətdə ölmüşdür.
Musnədu Əhməd c 4, səh 96.
Məcməuz Zəvaid c 5, səh 218.
Musnədu Təyalisi səh 259.
İhsan bi tərtibi Səhihu ibn Hibban c 7, səh 49.
Hilyətul Əvliya c 3 , səh 224.

Heysəmi və ibn Əbu Asim Rasulullahdan ( s.ə.ə.v ) belə nəql edirlər: Hər kim üzərində imam olmadan ölərsə cəhliyyətdə ölmüş kimidir.
Məcməuz Zəvaid c 5 , səh 224.
Kitabus Sunnə c 2 , səh 489.

Albani deyib: Sənədi həsəndir, raviləri etibarlıdır.
Başqa bir hədisdə deyilir: Hər kim üzərində bir itaət olmadan ölərsə cahiliyyət ölümü ilə ölər.
Musnədu Əhməd c 3, səh 446.
Kənzul Ummal c 6, səh 65.
Kitabus Sunnə c 2 , səh 490.
Mətalibul Aliyyə c 2, səh 228.

Hakim Mustədrək kitabında Rasulullahdan ( s.ə.ə.v ) belə nəql edib: Hər kim üzərində camaat imamı olmadan ölərsə , onun ölümü cahiliyyət ölümüdür.
Mustədrək ələs Səhihəyn c 1, səh 150. Hakim dedi: Bu hədis iki şeyxin - Buxari və Muslimin - şərtlərinə əsasən səhihdir. Zəhəbi onunla muvafiq olmuşdur c 1, səh 204.
Təbərani Kəbir və Əvsət kitablarında, Əbu Yəla və ibn Asim də Rasulullahdan ( s.ə.ə.v ) belə nəql ediblər: Hər kim üzərində imam olmadan ölsə cahiliyyətdə ölmüş kimidir.
Mucəmul Kəbir c 10, səh 289.
Mucəmul Əvsət c 2 , səh 317.
Musnədu Əbu Yəla c 6, səh 251.
Məcməuz Zəvaid c 5, səh 224-225.
Kitabus Sunən li ibni Asim c 2, səh 489.


Albani deyib: sənədi həsəndir. Asimdə - o ibn Əbi Nucuddur - və Əbu Bəkr Əyyaşda olan cüzi zəifliyə baxmayaraq raviləri etibarlıdır.
Həqiqətə çatmaq üçün hədis haqqında izahlar :

Rasulullahın ( s.ə.ə.v ) kim ölsə sözündə müsəlmanların imamlarına beyətə tələsməyin vacibliyinə, boşluğa yol verilməməsinə işarə edilmişdir. Müsəlmanlar ölüm gəlməmiş bu işə tələsməlidirlər.

Boynunda beyət olmadan kəlamı - yəni boynunda daim onunla birgə olub ayrılmayan bir beyət olmalıdır. Allah buyurur : Biz hər bir insanın əməlini öz boynundan asdıq. ( İsra 13 ). Haqq olan imamın beyətini pozmaq və ona qarşı üsyan etmək qadağandır. Bu beyətin daim müsəlmanların boynunda olmasını bildirmək üçün Rasulullah ( s.ə.ə.v ) kim bir imama beyət etmədən ölərsə -formasında yox, hər kim boynunda bir beyət olmadan ölərsə -formasında demişdir.
Beyət sözünün mənası rəhbərə itaət, sözünü eşidib və itaət etmək, əhd peymandır. Bəlkə də bu söz əl-bəyu ( satmaq ) məsdərindən götürülüb. Yəni İmama beyət edən şəxs öz canını ona satır , itaət və yardımını onun öhdəsinə buraxır.
Buna görə beyət diri və hazırda olana edilməlidir, ölüb gedən imama yox. Çünki ölmüş şəxslə əhd edilə bilməz. Keçmişdə olan imamlara etiqad etmək , onlara həqiqi beyət etmək anlamında deyil.
Cahiliyyətdə ölmüşdür ya Cahiliyyət ölümü ilə ölmüşdür cümləsində mitə sözü filə vəznindədir. Heyət- yəni forma bildirən isimdir. Onda hədisdəki bu cümlənin mənası belə olur: cahiliyyət əhlinin öldüyü kimi ölmüşdür.
Nəvəvi deyib: Yəni onların ölümləri kimi ölüb, başı boş və imamları olmayan bir halda.
Şərh Səhihi Muslim c 12, səh 238.
İbn Həcər deyib : Cahiliyyət ölümü dedikdə məqsəd cahiliyyə əhli kimi zəlalətdə və itaət edilən bir imam olmadan ölməkləridir. Məqsəd bu deyil ki , şəxs kafir kimi ölüb, əksinə asi olaraq ( günahkar, itaət etmədən ) ölmüşdür.
Fəthul Bari fi Şərhil Buxari c 13, səh 5.
Deyirəm: Zamanın imamına beyət etmədən ölən şəxsin ölümü cahiliyyə dövrünün əhlinin ölümünə ona görə oxşadılıb ki, beyət etməmək , haqq imama tabe olmamaqdır. Haqq imama tabe olmamaq haqq olmayan insanlara itaət etmək ilə nəticələnir. Və insan azğınlığa düşür , ölümü də azğın vəziyyətdə ölən cahiliyyə camaatı kimi olur. Buna görə sünni alimləri ittifaq etmişlər ki , bütün zamanlarda müsəlmanların xəlifəsinə beyət vacibdir və heç bir halda beyətdən qaçmaq olmaz.
Qurtubi deyib: Əhli həll vəl əqd ( ictihad sahibi olan üləmaların rəisləri, insanların iqtisadi və siyasi durumunu idarə edənlər ) şəxslərin ittifaqı ilə və ya əvvəldə deyilən şərtlər ilə bir şəxsin sözü ilə imamət qurularsa eşitmək, itaət etmək, Allahın Kitabı və Rasulullahın ( s.ə.əv ) sünnəsinə əməl etmək şərti ilə həmin imama beyət etmək bütün insanlara vacib olar. Hər kim bir üzrlü səbəbə görə beyət etməsə , üzrlü sayılar. Hər kim səbəbsiz beyət etməsə müsəlmanlar arasında təfriqə olmaması üçün məcbur beyət etdirilər.
Cami li əhkamil Qur'an c 1 , səh 272.
İbn Həzm deyib: Həqiqətən Rasulullah ( s.ə.ə.v ) imamətin vacibliyini, hətta bir gecə olsa da beyətsiz qalmağın halal olmadığını ( haram olmasını ) aşkar bəyan edib.
Fəsl fil miləl və əvha vən nihəl c 4, səh 169.
Başqa bir əsərində deyir: Boynunda bir imama beyət olmadan iki gecə keçirmək müsəlmana halal deyil.
Muhəlla c 8, səh 420.
Bunu kimi çox sözlərini göstərmək olar.
Bütün bu deyilənlərə baxmayaraq əhli sünnə xilafət dövründən sonra bu vacib əməli tərk etdi. Hətta bu məsələni yaxından uzaqdan muzajirə etməyi belə tərk etdi. Bu məsələnin böyük əhəməyyət daşımasına baxmayaraq, biz görürük ki, onlar bu məsələyə diqqət ayırmır. Hətta bu hədisləri şərh edənlər mövzunu bir kənara qoyaraq üz çevirmişlər. Məsələn Səhih Muslimi şərh edən İmam Nəvəvi bu hədislərə heç bir şərh yazmayaraq üstündən keçmişdir. Halbuki özü hicri 676 cı ildə Abbasi xilafətinin süqutu və müsəlman ölkələrinin kiçik dövlətlərə parçalanmasından sonra dünyasını dəyişmişdir.
Şərh Səhihi Muslim Nəvəvi - c 12, səh 240.
Guman ki bunun səbəbi sünni alimlərinin öz zamanlarının hakimlərindən qorxmaqları olmuşdu. Çünki o şəxslərin imamlığa layiq olmadığını bildirməklə əzab əziyyət görə bilərdilər. Yaxud da ümumi kütlədən qorxaraq onları belə vacib işi tərk etməkdə sünniləri günahkar çıxarmaqdan çəkinmişlər.
Şeyx Əli Ali Muhsin - Bu əsrdə müsəlmanların xəlifəsi kimdir - səh 12-14.
Vəlhəmdulilləh.
Bəşir Badkubei
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.