Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Günahın insana 12 ağır təsiri

Günahın insana 12 ağır təsiri
0
  • 28 avqust 2016
  • Bölmə: İslam
  • Baxış: 4 032
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Günahın insana 12 ağır təsiri


"Mənayi-əxbar” kitabında İmam Səccad (e) bizlərə bəzi günahları və onların xeyir əməllərinə qoyduğu təsirləri tanıtdırmışdır. (Təbyan)

1. Bəzi günahlar insanın peşman olmasına səbəb olar. İmam Səccad (ə) insanı peşman edən günahları sayaraq buyurmuşdur: "Allahın haram bildiyi insanı öldürmək. Allah Qabilin hekayəsində qardaşı Habili öldürür və sonra da onu dəfn etməkdə aciz olur, bu zaman Allah belə buyurur: "Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: «Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!». Beləliklə o, peşman olanlardan oldu”. ("Maidə” 31). Sileyi-rehmi tərk etmək, namazın vaxtı keçər və insan onu qılmaz, vəsiyyəti tərk etmək, ölüm anı çatan və dil bağlanana qədər zekatı verməmək”.

2. Bəla gətirən günahlar: "Bela gətirən günahlar bunlardır: Allahı tanıyan insanın günah işlətməsi, insanların haqqına əl uzatmaq, insanlara məsxərə etmək”.

3. İlahi fəyzi dəf edən günahlar: "Yoxsulluğu dilə gətirmək, sübh və işa namazı vaxtı yatmaq, İlahi nemətləri kiçik hesab etmək, Allah Tealadan şikayət etmək”.

4. İsməti aradan aparan günahlar: "Bəzi günahlar ehtiram və hörməti insandan alar. İnsanı cəmiyyətdə xar və zəlil edər. İsmət pərdəsini cırar”. İmam (ə) bu günaha düçar olanlara misal olaraq bunları söyləyir: şərab içənlər, qumarbazlar, yersiz sözlər deyib insanları güldürənlər, insanların eybini söylənlər, əməl və etiqadı şübhəli olanlarla oturub-duranlar.

5. Bəlanın nazil olmasının səbəbləri: Yardım istəyənlərə yardım etməmək, məzluma kömək etməmək, əmr-bə-mərufu və nəhy-əz-münkəri zay etmək.

6. Düşmənin qələbə çalmasının səbəbləri: Bəzi günahlar vardır ki, cəmiyyət ona düçar olan zaman düşmənlər həmin cəmiyyəti ələ keçirər və qələbə çalarlar. İmamın (ə) buyurduğu kimi, bu günahlar ibarətdir: "Aşkar şəkilde zülm etmək, haramı halal hesab etmək, yaxşı insanlara üsyün etmək, şər insanlara itaət etmək”.

7. Ölümün tezləşməsinin səbəbləri: İmam Sadiq (ə) buyurur: "Allaha pənah aparıram o günahlardan ki, məhvi qabağa atar (tezləşdirər). Ölümü yaxınlaşdırar, diyarları boş qoyar. Onlar ibarətdir: qohumluq əlaqəsini kəsmək, ağvalideyn olmaq, yaxşı işləri tərk etmək”. Həzrət (ə) başqa yerdə buyurur: "İnsan daha çox öz ömürləri ilə yaşamaq yerinə ehsan və yaxşı əməllərinə göre yaşayırlar. Bir çoxları əcəlləri ilə ölmək yerinə, günahlarının təsirinden ölürlər”. İmam Səccad (ə) ölümü tezləşdirən günahları sayaraq buyurur: "Qohumluq əlaqəsini kəsmək, haqqsız yerə and içmək, yalan danışmaq, zina etmək, müsəlmanların yolunu kəsmək, haqqsız yerə rəhbərlik iddiasında olmaq”.

8. Ümidsizliyin səbəbləri: "İlahi lütfdən məyus olmaq, Allahın rəhmətindən ümidsiz olmaq, Allahdan qeyrisinə söykənmək, İlahi vədəni yanlış hesab etmək”.

9. Semanı zülmete bürüyen günahlar: "Cadugerlik, ulduzlara iman beslemek, Allahın qeza ve qederini yalan hesab etmek, ağvalideyn olmaq”.

10. Pərdələri cıran günahlar: "Qaytarmamaq niyyəti ilə borc almaq, ailə gəlirini bəd xərcləmək, ailə xərcini verən zaman simiclik etmək, əxlaqsızlıq, taqetsizlik, qərarsızlıq, tənbəllik, dindarları xar bilmək”.

11. Duaların yerinə yetməsinə mane olan günahlar: "Pis niyyətli olmaq, çirkinlik, din qardaşları ilə ikiüzlü olmaq, vacib namazları vaxtı keçənəə qədər təxirə salmaq”.

12. Nemətin dəyişməsinə səbəb olan günahlar: "İnsanlara zülm etmək, insanlara ehsan etməyi tərk etmək, nümətə küfr etmək, şükrü tərk etmək”.

Allah Teala bizləri bu kimi ağır aqibətdən amanda saxlasın.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.