Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Nə üçün şiələr Qədr gecələrində Qurani-Kərimi başları üzərinə qoyaraq dua edirlər?

Nə üçün şiələr Qədr gecələrində Qurani-Kərimi başları üzərinə qoyaraq dua edirlər?
+3
Mətndə qrammatik səhv var?

ŞÜBHƏ:

Şiələr niyə Quranı başlarına qoyaraq dua edirlər? Quran bəyəm oxumaq və əməl etmək üçün deyildirmi? Bizə görə onların  bunu etmələrinin səbəbi  Quranı başa qoyub dua etmək yox, mətnini oxumamaq və eyni zamanda əməl etməməkdir.

CAVAB:

Bu şübhə son zamanlarda aktual hal almışdır. Xüsusi ilə mübarək "Qədir” gecələrində Quranın başa qoyularaq dua edilməsi vəhabi və sələfilərin bəzi nasibi alimlərini narahat etməkdədir.

Heç şübhəsiz ki, Quran oxunub və əməl etmək üçündür. Şiə əqidəsinin də Quranla tanışlığı sizdən çox qədim tarixə dayanır. Şiə əqidəsi Quranın hər bir əmrinə hərfinə qədər əməl etməklə məşğuldur. Qaldı ki, onu başa qoyub dua etmək məsələsinə, məgər Allah Rəsulu (s.ə.a.s) və pak Əhlibeyti (ə.s), o cümlədən dində söz sahibi olanlardan kimsə  bu əməli haram etmişdir?

Bu barədə əlimizə çatan rəvayətlərə görə bu əməli Əmirəlmöminin İmam Əli ibn Əbi Talib (ə.s) etmişdir.

Belə bir rəvayətlərindən birini Əbu Yusif əl-Fəsəvi "əl-Mərifə və ət-tarix” kitabında Səhih Muslim və Səhih əl-Buxari ravilərinin vasitəsi ilə nəql etmişdir.

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ الْأُوَيْسِيُّ، ثنا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ، عَنْ شُعْبَةَ، عَنْ أَبِي عَوْنٍ مُحَمَّدِ بْنِ عُبَيْدِ اللَّهِ الثَّقَفِيِّ، عَنْ أَبِي صَالِحٍ الْحَنَفِيِّ، قَالَ: رَأَيْتُ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ  أَخَذَ الْمُصْحَفَ فَوَضَعَهُ عَلَى رَأْسِهِ حَتَّى لَأَرَى وَرَقَهُ يَتَقَعْقَعُ، ثُمَّ قَالَ: " اللَّهُمَّ إِنَّهُمْ مَنَعُونِي أَنْ أَقُومَ فِي الْأُمَّةِ بِمَا فِيهِ، فَأَعْطِنِي ثَوَابَ مَا فِيهِ
Əbdül-Əziz b. Abdullah əl-Uveysi bizə rəvayət etdi, İbrahim b. Sad bizə Şubədən, o da Əbu Aun Muhəmməd b. Abdullahdan, o da Əbdur-Rəhman b. Qeysdən, o da Əbu Saleh Hənəfidən nəql edilmişdir ki, Əli ibn Əbi Talib (r.a)-ı Quranı  başına qoyaraq dua etdiyi halda gördüm. Mənim onunla məsafəm Quranın vərəqlərinin hərəkət səslərini eşidəcək qədər (yaxın) idi. Sonra buyurdu: "Onlar mane oldular ki mən ümmət üzərində hökümət qurum. İlahi sən onun savabını mənə əta et.......!"

Əbu Yusif Yaqub b. Sufyan əl-Fəsəvi, əl-Marifə və ət-tarix, c.2, s.751; Məktəbə əd-Dar, Mədinə, 1410; təhqiq: Əkrəm Diya əl-Uməri

İbn Kəsir əd-Diməşqi, əl-Bidayə vəən-Nihayə, c.8, s.12; Məktəbə əl-Maarif, Beyrut

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

1. Əbdül-Əziz b. Abdullah əl-Uveysi

Bu şəxs əl-Buxari, Əbu Davud, ət-Tirmizi və İbn Macənin ravilərindəndir.

əz-Zəhəbi və İbn Həcər əl-Əsqəlani onu siqa ravi olduğunu bildirmişdirlər.

Şəmsuddin əz-Zəhəbi, əl-Kaşif fi marifə mən ləhu rivayə fi əl-Kutub əs-Sittə, c.1, s.656, №.3397

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.357, №4106

2. İbrahim b. Sad

Bu şəxs Kutubi-Sittənin ravilərindəndir.

əz-Zəhəbi onun böyük alimlərdən biri olduğunu, İbn Həcər əl-Əsqəlani isə siqa və höccət olduğunu qeyd etmişdirlər.

Şəmsuddin əz-Zəhəbi, əl-Kaşif fi marifə mən ləhu rivayə fi əl-Kutub əs-Sittə, c.1, s.212, №138

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.89, №177

3. Şubə b. əl-Həccac

Bu şəxs də Kutubi-Sittənin ravisidir.

İbn Həcər onun siqa, hafiz, mutqin olduğunu və Süfyan əs-Səurinin onu hədisdə əmiril-muminin adlandırmasını, əz-Zəhəbi isə hafiz, sabit, höccət və hədisdə əmiril-muminin olduğunu qeyd etmişdir.

Şəmsuddin əz-Zəhəbi, əl-Kaşif fi marifə mən ləhu rivayə fi əl-Kutub əs-Sittə, c.1, s.485, №2278

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.266, №2790

4. Əbu Aun Muhəmməd b. Abdullah

Bu şəxs əl-Buxari, Müslim, Əbu Davud, ət-Tirmizi və ən-Nisainin ravilərindəndir.

İbn Həcər əl-Əsqəlani, İbn Məin, Əbu Zarə, ən-Nisai, İbn Sad, İbn Hibban onu siqa hesab etmişdirlər.

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.494, №6107

İbn Həcər əl-Əsqəlani, Təhzib ət-Təhzib, c.9, s.286, №534

5. Əbdur-Rəhman b. Qeys (Əbu Salih əl-Hənəfi)

Bu şəxs Müslim, Əbu Davud və ən-Nisainin ravilərindəndir.

İbn Həcər əl-Əsqəlani və əz-Zəhəbi onu siqa hesab etmişdirlər.

Şəmsuddin əz-Zəhəbi, əl-Kaşif fi marifə mən ləhu rivayə fi əl-Kutub əs-Sittə, c.1, s.641, №3295

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.349, №3987
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.