Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Sinə vurmaq,zəncir vurmaq

Sinə vurmaq,zəncir vurmaq
0
Mətndə qrammatik səhv var?
Sinə vurmaq,zəncir vurmaq

Bismilləh. sən günlərdə təəssüflər olsun ki, bəzi cahillər sionistlər kimi əzadarliqa irad edir, hamini bidətdə günahlandirir, böyük fəqihlərimizə qəmə caizdir fətvasina görə axmaq,cahil,cəhənnəm əhli kimi iradlar edirlər. amma nə bunlari idarə edənlər, nə özləri bu fəqihlərlə üzbəüz gəlib bəhs etmirlər. xülasə bu yaxinda bir fəlsəfə oxyan bəndənin yazisi ilə qarşilaşdim. gülünc və üzücü mətləblər çox idi yazida. Amma buna xülasə bir cavab qeyd etməyi qərara aldim.
Qəməvurma mövzusu haqqinda alimlər qədimdən bu günə icma desək-caiz fətvasi veriblər. bu haqda yüzlərlə dəlillərimiz vardir.

Öncə məqalə sahibi qəmənin gəlmə tarixinə toxunub. qeyd edək ki,bir şeyin sonradan olmasi daim haram hökmündə,bidət hökmündə deyil. odur ki,bu mühüm amil deyil. mühüm olan islam fiqhinə əsasən ictihaddir.
qeyd edim ki, fəqihlər bu hökmün çixarişinda 2 üsuli qaydadan- əsələtul ibəhattəsamuh qaydasindan istifadə ediblər.

1-ci qaydani tətbiq edənlər heç bir ayə və hədis olmadiqi üçün və əza məclisinin şüari olduğu halda caiz fətvasi veriblər. ya o hökm haqqında zənn edir ya da şəkk edir. Əgər bir hökm barəsində müctehiddə yəqinlik hasil olarsa ona vacibdir ki, həmin yəqinliyə tabe olsun. Əgər bir hökm haqqında müctehiddə zənn hasil olarsa, o zənnə o vaxt tabe ola bilər ki, müqəddəs şəriət həmin zənni höccət bilsin. Məsələn, deyək ki, xəbəri-vahid olan səhih bir hədisin mətninə əsasən namazda təsbihati-ərbəəni bir dəfə demək olar. Məlumdur ki, xəbəri-vahiddən yəqinlik yox zənn hasil olur. Yəni burada müctehid təsbihati-ərbəənin bir dəfə deyilməsinin caizliyini zənn edir. Sual ortaya çıxır ki, müctehid bu zənnə tabe olaraq təsbihati-ərbəənin bir dəfə deyilməsinə fətva verə bilərmi?! Müctehid bu zaman xəbəri-vahidə əməl etmə haqqında qəti dəlillər axtarışına çıxır. Nəticədə qəti dəlillər əldə edir ki, xəbəri-vahidə əməl etmək olar. Ona görə də xəbəri-vahiddən gələn zənnə əsasən fətva verir. Çünki həmin zənnə tabe olmaq üçün əlində qəti dəlillər var.
Lakin əgər müctehid bir hökm barəsində şəkk edərsə, onun şəkki iki cür ola bilər: O, ya bir şeyin vacib olmadığını bilir, amma onun haram olduğunu bilmir. Məsələn, siqaret çəkmək. Müctehid bilir ki, siqaret çəkmək vacib deyil, amma onun caiz yoxsa haram olmasında şəkk edir. Buna "şübhətu-təhrimiyyə” deyilir. Yaxud müctehid, bir şeyin haram olmadığını bilir, amma onun vacib olub-olmamasında şəkk edir. Buna isə "şübhətu-vücubiyyə” deyilir. Hər iki şübhənin mənşəyi bir neçə şey ola bilər: Ya həmin məsələ barədə nə Qurandan nə də ki, sünnədən bir dəlil olmadığı üçün şəkk edir. Yaxud, həmin məsələ barədə dəlil var amma dəlil mücməldir, müfəssəl deyil. Yaxud da o məsələ barədə olan dəlillər bir-birinə ziddir. Bunlar müctehidin bir məsələ haqqında şəkk etməsinə səbəb olan amillərdir. Bəs bu məqamlarda müctehidin vəzifəsi nədir? eləliklə, əgər fəqih bir məsələnin vacib olmadığını bilib, amma onun haram olub-olmadığında şəkk edirsə və eyni zamanda bu məsələ haqqında nə Quranda, nə də sünnədə bir dəlil yoxdursa: HƏMİN İŞİ GÖRMƏK ŞƏRİ CƏHƏTDƏN İCAZƏLİDİR. EHTİYAT İSƏ VACİB DEYİL. yəni- qəmə caizdir.Göründüyü kimi məqalə sahibi bu sahədə zəifliyindən qaçmaq üçün cədəl ilə dəlamağa başlayib.

2-ci qayda isə təsamüh qaydasidir ki,bir xəbər bir neçə siqə mühəddislər ilə bizə çatib ki,etmək olar. bu Xanim Zeynəbin (s.ə) başini məhmilə vuraraq qanatmasidir. Hədis Muntəxəb ət-Tureyhi-c 2,səh 478-də, Seyyid Əbdullah Şübbərin Cəlail uyun-c 2,səh 238-də, Şeyx Bəhraninin-Əvalim-səh 373-də, Biharul Ənvarin- c 45,səh 115-də varid olubdur.
sonra məqalə sahibi qeyd eir ki, hədisə keçən -(نطحت) feli heyvanlar üçün işlənir. görünür bu yazarin ya avamliqidir ya da zəif təhqiqati ya da böhtani.
bu fel 3-cü şəxsin təkində keçmiş zamanda və qadin cinsinə mənsub olaraq işlənib. sözun bir çox mənalari var- kəllə vurmaq,başi zərbə ilə şirpmaq,vurmaq,buynuzlaşmaq və s. hədisdə də Xanimin (s.ə) möhkəm zərbəsi bu fel ilə işləndiyi halda yazar öz nəfsi hökmünü mudafiə üçün Xanima (s.ə) heyvan nisbəti vermişdir.
Daha sonra isə İmamin (ə) ağlamasini öz fikirləri ilə yozmaqa çalişmişdir.

70 dərdin dərmanı həcamət

Digər tərəfdən bizlərdən kimin cürəti çatıb Yəqub peyğəmbərə (a.s,) irad tuta bilər ki, "Oğlunun sağ olduğunu bilə-bilə səbrsizlik göstərib, ağlayıb gözlərini kor etmisən, əzalarından birini şikəst etmisən, allahın verdiyi əmanətə xəyanət etmisən?

(Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”(12-85)

Sizə sual edirəm, hansı birimiz aşura mərasimində ağlayıb kor olmuşuq, zəncir və yaxud qəmə vurub şikəst olmuşuq? Bir damla qanımız axar ya axmaz, amandır bizim orqanizmimizə zərər dəydi. Bəlkə "Hüseyn-Hüseyn" deyib xəstə düşmüşük və yaxud ölmüşük?
Şikəst olsaq, xəstələnsək belə qorxusu yoxdur. Allahın izni ilə Yusif peyğəmbərin (a.s.) köynəyi atasının gözlərinə şəfa verdiyi kimi, İmam Hüseynin (a.s.) də qəbrinin torpağı bizə şəfa verər inşəallah!
Lənkərani ağa buyurur:
Deyirlər sinə vurmağa nə sübut vardır? Bizə sübut lazım deyil, İmam Hüseynin (ə) əzadarlığı üçün olan hər şey aydındır. Əlbəttə, ağlın qəbul etdiyi həddə qədər və dinə ciddi bir zərər, zəiflik gətirməyən halda bəyənilir. Bir şəxs atasını əldən verir qəşş edir və ürəyi gedirsə heç kim ona demir bu iş ağılsız işdir. Başa və sinəyə vurmaq, hətta o rəvayətdə başının saçını yolmaq da, fəzədən sayılır.

"Fəzə"

Yenə sual edirəm hansı birimiz saçımızı yolub, başımıza vurmuşuq? Amandır vurmayaq, yolmayaq nasibilərin, qərblilərin, cahillərin xoşuna gəlməz, tüklərimizə, başımıza zərər gələr.
İmam Səccad (a.s.) buyurur: كادت نفسي تخرج "Az qalmışdı ruhum bədənimdən ayrılsın"
Xanım zeynəb (s.a.) buyurur: مالى اراك تجود بنفسك يا بقية جدى و ابى و اخوتى "Ey babamın, atamın, qardaşımın yadigarı niyə canınla oynayırsan?
İmam Səccad (a.s.) canı ilə oynayır, biz bir qaşıq qanımızı itirməkdən qorxuruq. Mənə görə dəlillərdən ən böyüyü elə budur.
Lənkərani ağanın buyurduğu "ağlın həddini" İmam Səccad (a.s.) və Xanım Zeynəb (s.a) bizə bildirib. Ölməyənə qədər nə qədər səbrsizlik göstərsən caizdir.
«Nahiyə» ziyarətində oxuyuruq ki, imam Zaman (ə) cəddi Hüseyn (ə)-a xitab edərək buyurur: «Gecə və gündüz sənə əzadarlıq edib göz yaşı tökürəm. Əgər göz yaşım qurtarsa, onun yerinə qan ağlayaram.»(Məqtəlul-Hüseyn (ə), səh. 224)

Qan ağlamaqin-Sonuncu cümlənin mənasını bilən varmı?
İmam Sadiq (ə) buyurub: «Hər kəs (bizim müsibətimizə) özü ağlasa və ya başqasını ağlatsa, yaxud da özünü ağlamağa vursa cənnət ona vacibdir.»
Ağlatmaq metodlarına hədd qoya bilərikmi?


Sə`səə b. Suhan əl-Əbdinin qoşunu barədə olan rəvayəti də "tətbir" üçün dəlil olaraq göstərirlər. Səsəə b. Suhan İmam Əlinin (a.s.) səhabələrindən olduğu bildirilir. Sə`səənin qoşunu Bəhreyndən Kərbəlaya İmam Hüseynə (a.s.) kömək etmək məqsədilə yola düşürlər. Lakin onlar Kərbəlaya çatanda döyüş artıq başa çatmışdır. Bəni Əsəddən qəbrin yerini öyrənirlər. Qəbrin yanına çatanda özlərini torpağın üstünə atıb, üzlərinə, sinələrinə vura-vura ağllayırlar. Sonra isə qılıncları qınından çıxarıb başlarını yarırlar. Axan qan İmam Hüseynin (a.s.) qəbrinin torpağı ilə qarışır. Bu hadisə İmamın (a.s.) şəhadətindən 9 gün sonra baş vermişdir.

Xanım Zeynəbin (s.a.) hərəkəti bizə höccətdir. Dəlil:
1. İmam Səccad (a.s.) buyurub:" “Ey mənim bibim, sən müəllimsiz alim, dərk sahibisən”
2. Xanım bu əməli İmamın (a.s.) qarşısında etmiş, İmam (a.s.) onun bu əməlinə e`tiraz etməmişdir.

Rəvayət mürsəl olsada, mötəbərdir və məzmununa əməl olunur. Dəlil:
1. Əllamə Məclisi bə`zi mötəbər kitablarda bu rəvayətin mürsəl halda Muslim əl-Cəssasdan rəvayət olunduğunu bildirir.
2. Rəvayətin mürsəl olmağı bəzi cahillərin anladığı kimi onun zəifliyi və yaxud qeyri-səhih olması yox, sənədinin ixtisar olunması deməkdir. Əgər bu cür cahillər fiqhi istidlali kitablara müraciət etsələr gündəlik əməl etdiyimiz bir çox şəri hökmlərin mürsəl rəvayətlərdən istinbat olunduğunu asanlıqla görə bilərlər.
3. Əllamə əl-isfahani bu rəvayətin səhih olmasına hökm vermişdir.
4. Qədimdə və indiki zamanda alimlərin bu rəvayətə etimad göstərməsi insanda onun səhih olmasına əmniyyət yaradır.

Bəzilər Xanımın (s.a.) İmam Hüseynin (a.s.) vəsiyyətinə qarşı çıxaraq səbrsizlik göstərdiyini bildirirlər. Bu iddiaya qarşı dəlil:

1. İmam Hüseyn (a.s.) bacısına daim yox, məhz hadisə anında səbrli olmağı vəsiyyət etmişdir.
2. Bu hadisədən sonra İmamların (a.s.) bu müsibətə nisbətdə səbrsizlik göstərməkləri Xanımın vəsiyyətə qarşı çıxmamasına dəlalət edir.
Bütün müsibətlər zamanı səbr etmək tövsiyyə olunub lakin məsumların müsibəti, ələl-xüsus da İmam Hüseyn (a.s.) müsibəti istisnadır. Buna sübut Quran ayəsi və çoxlu sayda rəvayətlərdir.
Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin dəfni zamanı buyurmuşdur:
Səbr gözəldir, lakin sənin ayrılığına dözmək olmur. Ağlayıb-sızlamaq pisdir, lakin bu sənin müsibətinə aid deyil. Sənin müsibətini görmək çox çətindir. Bundan əvvəl gördüyümüz və sonra görəcəyimiz müsibətlərin hamısından ağırdır.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.