Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Məhərrəm ayı

Məhərrəm ayı
+1
  • 17 dekabr 2020
  • Bölmə: İslam
  • Baxış: 1 637
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

İkinci xəlifənin zamanında 16-cı hicri ilində İmam Əlinin (ə) təklifi ilə İslam tarixi təyin edildi. Bu təqvimə görə, Həzrət Peyğəmbərin (s) hicrət etdiyi ay, ilk ay olaraq təyin edilir. Həzrət Peyğəmbər (s) Məhərrəm ayında hicrət etdiyi üçün İslam tarixinin ilk ayı məhz bu ay olur. Bu ayı ona görə haram ay adlandırırlar ki, hələ qədim zamanlarda bu ayda müharibə etmək haram edilmişdi.

İmam Rza (ə) bu ay barəsində buyurur: “Cahiliyyət dövründə bu ayın hörməti saxlanılırmış. Bu ayda vuruşmurdular. Ancaq bu ayda bizim qanımızı tökdülər və bizə qarşı hörməti aradan apardılar. Övladlarımızı və xanımlarımızı əsir götürdülər. Xeymələri yandırdılar, qarət etdilər, Peyğəmbərin (s) nəsli ilə bağlı hörmətə riayət etmədilər”.

Ayətullah Mirzə Cavad Məliki Təbrizi yazır: “Uşaqlarım Məhərrəm ayının ilk on günündə yemək yeməzdilər. Ancaq çörək yeyər və su içərdilər. Heç kəs onlara deməzdi ki, Məhərrəm ayı gəlibdir. Güman edirəm ki, daxili eşqləri cuşa gəlirdi”.

Məhərrəm ayı haram olması ilə yanaşı, Aşura müsibəti ilə də tarixə ən faciəvi gün kimi həkk olundu. Nə zaman Məhərrəm ayı gələr, qəlblərimiz qəmlənər. İmam Hüseyn (ə) aşiqləri Məhərrəm ayının birinci günündən qara libas geyinər və İmam (ə) üçün əzadarlıq edərlər. (Tebyan)

Beləliklə deyə bilərik ki, aylar arasında möhtərəmlik baxımından ən çox haram sayılan ay – Məhərrəm ayıdır. Bu ay cahiliyyət dövründə də bu cür adlandırılmışdır. Ona görə ki, bu ayda müharibə etmək haram elan edilmişdi.

Eyni zamanda, İslamın bərpasından sonra da bu ay haram ay olaraq qalır. Və bu ay Aşura faciəsi ilə yadlarda həkk olmuşdur və bu ayın gəlişi ilə hər yer qara rəngə boyanar və insanların qəlbi qəmlənər. Bacardıqları qədər əzadar olmağa çalışarlar.
Məhərrəm ayının ilk ongünlüyündə ilk növbədə Məhərrəm ayının duasını oxumaq çox fəzilətlidir. Çünki bu ay ərəb təqviminin ilk ayıdır. Bu dua sağlamlığa, bəlaların uzaq olmasına və yaxşı əməllər əldə etmək üçün çox təsirlidir. (Tebyan)



Məhərrəm ayının ilk gecəsində qılınan namazların çoxu fəzilətlidir. Onlardan birində deyilir ki, iki rükətli namazdır. Hər rükətində “Həmddən” sonra 11 dəfə ”Tövhid” surəsini oxuyursan. Ondan sonra Peyğəmbərin (s) bu namazdan sonra oxuduğu duanı oxuyursan. Məhərrəm ayının 1-də oruc tutursan. “İqbal” kitabında yazılıb ki, hər kim bu əməli görər, o kəsə bənzəyər ki, bir il yaxşı əməl yerinə yetirmiş, gələn ilə qədər hifz olunmuşdur.



Hədislərin birində oxuyuruq ki, Məhərrəm ayının 3-də oruc tutmaq çox savabdır. Belə ki, həmin günü Həzrət Yusif (ə) quyudan çıxmışdı. Allah həmin günü oruc tutan insanın çətinliyini aradan qaldırar və çətinlikləri ona asan edər.
Aşura günündən başqa qalan günlərdə oruc tutmaq fəzilətlidir. Aşura günündə isə günortaya qədər heç nə yeməmək və sonra elə şeylər yemək ki, əza əhlinə yaraşır.

Bu on gündə əzadarlıq mərasimləri təşkil etmək və Aşura ziyarətnaməsini oxumaq, Məsumları (ə) ziyarət etmək – ən fəzilətli əməllərdəndir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.