Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Məhərrəm ayının 1i

Məhərrəm ayının 1i
0
  • 02 oktyabr 2016
  • Bölmə: İslam
  • Baxış: 4 856
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Məhərrəm ayının 1i

Bismilləh. Salam ələykum əzizlər. Sabahdan yəni 3 oktyabrda Muhərrəm ayının biri daxil olur. Bu günün qısa əməlləri var ki , imkanı olanlar bunu etsin və İmam Hüseynə ə.s çoxlu təvəssül edin. Dualarda bizi də unutmayın.

Rəvayətdə gəlib ki , Rəyyan bin Şəbib nəql edir ki , İmam Rza ə.s buyurur: Hər kim Muhərrəm ayının 1-də oruc tutaraq Allahı çağırıb dua etsə Allah Zəkəriyyənin ə.s duasını müstəcəb etdiyi kimi o bəndənin də duasını müstəcəb edər.

Həmçinin nəql edilib ki, Birinci günü iki rukət - iki rukət olmaqla yüz rükət namaz qılınır. Hər rukətdə Fatihə və İxlas oxunur.

Yenə də İmam Rzadan ə.s nəql olunur ki, Rasulullah s.ə.ə.v buyurur: Muhərrəm ayının birinci günü 11 dəfə 2 rukətli namaz qılınır. Hər rukətdə Fatihə və İxlas surəsi oxunur.

İmam Rzadan ə.s nəql olunur ki , Muhərrəmin 1-ci günü Rasulullah s.ə.ə.v 2 rukətli namaz qılardı və bitirən kimi əllərini qaldırıb üç dəfə aşağıdakı duanı oxuyardı:

Allahummə əntəl ilahul qədim və hazə sinnətun cədidətun fəəs-əlukə fiha əl-ismətu min şeytan vəl quvvətu əla hazihin nəfsəl əmmarətə bissui vəl iştiğalə bima yuqarribuni iləykə ya Kərimu ya Zəl Cəlali vəl İkram ya İmadə mən la İmadə ləh, ya Zəxiratə mən la Zəxiratə ləh, ya Hirzə mən la Hirzə ləh, ya Ğiyasə mən la Ğiyasə ləh, ya Sənədə mən la sənədə ləh, ya Kənzə mən la Kənzə ləh, ya Həsənəl Bəlai ya Əzimər Racəi, ya İzzətid duəfai, ya Munqizəl Ğarqa, ya Munciəl Həlkə, ya Munimu, ya Mucmilu, ya Mufdilu, ya Muhsinu əntəl ləzi səcədə ləkə səvadul ləyli vən nurun nəhari və davul qaməri və şuauş şəmsi və dəviyyul mai, və həfifuş şəcəri, Ya ALLAHU la şərikə ləkə. Allahumməcəlna xayran mimma yəzunnunə vəğfir ləna ma la yələmunə və la tuaxizna bima yəqulunə həsbiyəllahu la ilahə illa Huvə ələyhi təvəkklətu və Huvə Rabbul ərşil əzimi, amənna bihi kullun min indi Rabbina və ma yuzzəkkəru illa ulul əlbab. Rabbəna la tuziğ qulubəna bədə iz hədəytəna vəhəb ləna min lədunkə rahmətən innəkə Əntəl Vəhhab.

Məfatihul Cinan səh 354-355.
Bəşir Badkubei
Vəlhəmdulilləh.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.