Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Hz.İmam Həsən Müctəbadan hədislər.

Hz.İmam Həsən Müctəbadan hədislər.
+1
Mətndə qrammatik səhv var?
Hz.İmam Həsən Müctəbadan hədislər.


Hz.İmam Həsən Müctəbadan hədislər.

İmam Həsən (ə.s) buyurur: Ey Allahın bəndələri! Bilin ki,Allah Təala sizi əbəs yerə yaratmayıb. Öz başına buraxılmamısınız,ömrünüz yazılıb,ruziniz bölünüb. Hər bir düşüncəli insan öz dəyərini bilsin və dərk etsin ki,yazılandan artığına əli çatmayacaq.
(Tuhəful-uqul,səh. 234)

İmam Həsən (ə.s) buyurur: Həqiqətən Allah sizin ruzinizi Öz öhdəsinə götürüb.Sizə bəndəlik üçün asayiş verib, sizi şükr etməyə həvəsləndirib, namazı sizə vacib buyurub, sizə təqvanı tövsiyə edib. (Tuhəful-uqul,səh. 234)

İmam Həsən (ə.s) buyurur: Allaha doğru qayıdışda təqva hər işin bünövrəsi, hər işin şərəfidir. Məqsədə çatan təqva vasitəsi ilə çatıb.(Tuhəful-uqul,səh. 234)

Ravi nəql edir ki,İmam Həsən (ə.s) namaz qılanda ən gözəl libasını geyərdi. Səbəbini soruşdular. Həzrət buyurdu: Həqiqətən Allah gözəldir və gözəlliyi sevir. Beləsə, özümüzü Allah üçün bəzəyək. Allah məsciddə namaz zamanı gözəl geyinmək göstərişi verirsə bu göstərişi yerinə yetirmək istəyirəm.
(Əl-Həyat, cild 5, səh. 66)

İmam Həsən (ə.s) buyurur: Elm ocağı, doğru yol işığı olun. Günün işığı fərqli olur. (Kafi, cild 1, səh. 301)

İmam (ə.s) ondan moizə istəyən şəxsə buyurdu: Axirət səfərinə hazırlaş, ölüm qapını döyməmiş axirət azuqən hazır olsun. (Muntəhul-əmal, cild 1, səh. 436)

İmam Həsən (ə.s) buyurur: Ey insanlar! Allah eşqinə öyüd verən, Allah buyuruğunu rəhbər seçən, möhkəm yola qədəm qoyan insanı Allah müvəffəq edər. (Tuhəful-uqul, səh. 227)

İmam Həsəndən (ə.s) zöhd haqqında soruşuldu.İmam (ə.s) buyurdu: Zöhd (zahidlik) təqva, eyni zamanda dünyaya rəğbətsizlikdir... İmamdan helm haqqında soruşdular. Buyurdu: Qəzəbi udub özünü ələ almaq helmdir...İmamdan soruşdular ki,ehtiyacı görmək nədir? Buyurdu: Pisliyi yaxşılıqla aradan qaldırmaq. (Hər məsumdan 40 hədis, səh. 106)

İmam Həsən (ə) övladlarından birinə buyurdu: Oğlum! Bir adamın haradan gəlib haraya getdiyini bilməsən ona yoldaş olma.Birini yaxşı tanıyıb rəftarını bəyənsən onunla qardaşlıq et.Bir şərtlə ki,xətasını bağışlayıb, çətinlikdə yoldaşlıq edə biləsən.
(Tuhəful-uqul, səh. 236)

İmam Həsən (ə.s) buyurur: Həqiqətən, ən iti göz xeyiri görən gözdür, ən eşidən qulaq nəsihəti eşidən qulaqdır,ən pak qəlb şübhədən pak qəlbdir.
esselamu_eleykumHər məsumdan 40 hədis, səh. 111)
İmam Həsən (ə.s): Ağılı olmayanın ədəbi yoxdur.Təlaşı olmayanda alicənablıq olmaz.Həyası olmayan dindən məhrumdur. (Hər məsumdan 40 hədis,səh 115)
İmam Müctəba (ə) buyurur: Ən böyük ehtiyacsızlıq ağıl, ən böyük ehtiyac nadanlıq, ən böyük təhlükə xudpəsəndlik, ən böyük ləzzət gözəl əxlaqdır.
(Hər məsumdan 40 hədis, səh. 116)

İmam Həsən (ə) buyurur: Biri ağız açmadığı halda ona kömək etmək,nə isə bağışlamaq insanın böyüklüyünü göstərir. (Hər məsumdan 40 hədis, səh. 117)
İmam Həsən (ə.s): Allahdan başqasının razılığını gözləməyən adama zəmanət verirəm ki, duası qəbul olacaq. (Hər məsumdan 40 hədis, səh. 118)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.