İmam Əlini (ə) sevmək və sevməmək
- 13 oktyabr 2016
- Bölmə: Hz. Imam Əli (ə)
- Baxış: 6 159
- Şərhlər: 0
- Müəllif: movlan880
Allahın Peyğəmbəri(s):«Atəş odunu yediyi kimi Əlini sevmək də günahları yeyir.»
Allahın Peyğəmbəri(s):«Möminin əməl dəftərinin başlıq və sərlövhəsi Əli ibn əbu Talibin məhəbbətidir.»
Allahın Peyğəmbəri(s):«Allah Əli eşqini bir möminin qəlbində möhkəmləndirsə və həmin halda onun ayağı büdrəsə (ondan bir xəta baş versə də) Qiyamət günü sirat üzərində onun qədəmini möhkəm saxlayar.»
Allahın Peyğəmbəri(s):«Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər.»
Əli yaxşı əməl sahiblərinin imam və rəhbəridir.
Allahın Peyğəmbəri(s):«Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər və onu tək qoyan köməksiz qalar.»
Allahın Peyğəmbəri(s):«Mənə Əli barəsində vəhy olub ki, o müsəlmanların ağası, pəhrizkarların imamı və üzü ağların rəhbəridir.»
Allahın Peyğəmbəri(s):«Həqiqətən Allah-taala mənə Əli ibn əbu Talib barəsində Bəzi tapşırıqlar verdi, mən dedim:«Pərvərdigara, onu mənə aydınlaşdır.» Buyurdu:«Eşit! Həqiqətən Əli hidayət bayrağı, Mənim dostlarımın rəhbəridir və Mənə itaət edənlərin işıq saçanıdır. O Mənim pəhrizkarlara yoldaş etdiyim kəlmədir. Onu sevən Məni sevib və ona itaət edən Mənə itaət edib.»
"Əli mənim canişinimdir"
Allahın Peyğəmbəri(s):«Ey Bəni-Haşim! Həqiqətən mənim ailəm arasında qardaşım, vəsim, vəzirim və canişinim Əli ibn əbu Talibdir. O mənim borcumu ödəyir və vədimi yerinə yetirir.»
Allahın Peyğəmbəri(s) Əliyə işarə edərək buyurmuşdur:«Bu mənim sizin aranızda qardaşım, vəsim və canişinimdir. Onun əmrlərini eşidin və tabe olun.»
Mən kimn mövlasıyamsa, Əli də onun mövlasıdır.
Allahın Peyğəmbəri(s):«Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.»
Allahın Peyğəmbəri(s):«Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır.»
Əbdurrəhman ibn əbi Leyla:«Ruhbədə (Kufədə) Əlini camaata belə and verdirən gördüm ki: Sizi and verirəm Allaha, əgər sizdən kimsə Qədir-Xum günü Allahın Peyğəmbərinin(s) «mən kimin mövlasıyamsa Əli onun mövlasıdır» kəlamını eşidibsə durub şəhadət versin. Əbdurrəhman deyir: «Bədr iştirakçılarından olan on iki nəfər – sanki onlar bir-bir indi də gözüm önündədirlər – durub dedilər:«Biz şəhadət veririk ki, Qədir günü Allahın Peyğəmbərinin(s) belə buyurduğunu eşitmişik ki:«Mən mömin¬lərdən daha layiqli deyiləm?….» Biz dedik: Əlbəttə, ey Allahın Peyğəmbəri.» Peyğəmbər buyurdu:«Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Pərvərdigara! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol.»
Əli haqq və Quranladir
Allahın Peyğəmbəri(s):«Əli haqq ilədir və haqq Əli ilə və o harada olsa haqq onun ətrafına fırlanar.»
Allahın Peyğəmbəri(s):«Əli hara üz çevirsə haqq onunladır.»
Allahın Peyğəmbəri(s):«Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar.»
Allahın Peyğəmbəri(s):«Əli haqq və Quran ilədir. Haqq və Quran Əli ilə və hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmazlar.»
Əli - Peyğəmbərin elminin qapısı
Allahın Peyğəmbəri(s):«Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır.»
Allahın Peyğəmbəri(s):«Mən hikmət evi, Əli onun qapısıdır.»
Allahın Peyğəmbəri(s):«Məndən sonra ümmətimin qəzavət işinə ən yaxşı bələd olanı və ən elmlisi Əlidir.»
Mən və Əli bir ağacdanıq
Allahın Peyğəmbəri(s):«Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə müxtəlif ağaclardan.»[469]
Allahın Peyğəmbəri(s) Əliyə (ə) buyurub:«Sən həm dünyada və həm də axirətdə mənim qardaşımsan.»
Allahın Peyğəmbəri(s):«Əli məndəndir və mən ondan.»
Allahın Peyğəmbəri(s):«Əli mənim üçün bədənimdəki başım kimidir.»
Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlinin əti mənim ətimdən və qanı mənim qanımdandır.»
Cabir:«Allahın Peyğəmbəri (s) ərəfədə idi və Əli onun qarşısında durmuşdu. Peyğəmbər buyurdu:«Ey Əli! Yaxın gəl və əlinini mənim əlimə qoy. Ey Əli! Səninlə mən bir ağacdan yaradılmışıq. Mən həmin ağacın kökü, sən onun gövdəsi, Həsənlə Hüseyn onun budaqlarıdır. Kim onun budaqlarından asılsa Allah onu Cənnətə daxil edər.»
Müxtəlif hədislər
Allahın Peyğəmbəri (s) Əliyə (ə):«Səninlə mənim məqamım Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.»
Allahın Peyğəmbəri(s) yanında hakimlik və ya xilafətdən söhbət düşən zaman buyurmuşdur:«Əgər onu Əliyə həvalə etsəniz görərsiniz ki, Əli yol göstərən və yolu tapmış bir şəxsdir və sizi doğru yol ilə aparır.»
Allahın Peyğəmbəri(s):«Kim Adəmin elmini, Nuhun sayıqlığını, İbrahimin səbrini, Yəhya ibn Zəkəriyyanın pəhrizkarlığını və Musa ibn İmranın qəzəbini görmək istəyirsə Əli ibn əbu Talibə baxsın.»
Allahın Peyğəmbəri(s):«Əli möminlərin ağasıdır.»
Allahın Peyğəmbəri(s):«Əli dinin sütunudur.»
Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlini incidən məni incidib.»
Allahın Peyğəmbəri(s):«Əli möminlərin başçısıdır, mal və sərvət isə münafiqlərin.»
Allahın Peyğəmbəri(s):«Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir.»
Allahın Peyğəmbəri(s):«Əli ibn əbu Talib mənim sirdaşımdır.»
Allahın Peyğəmbəri(s):«Qiyamət günü nicat tapanlar Əli və onun şiələridirlər.»
Allahın Peyğəmbəri(s):«Əlini yada salmaq ibadətdir.»
Allahın Peyğəmbəri(s):« Əli insanların ən yaxşısıdır» deməyən kəs kafir olub.»
"Həqiqətən mən…"
İmam Əli (ə):«Həqiqətən mən sizi sizdən qabaq özüm yerinə yetirdiyim itaətdən başqa bir şeyə vadar etmir və sizdən qabaq özüm çəkindiyim günahdan başqa bir günahdan çəkindirmirəm.»
İmam Əli (ə):«Ay camaat! Həqiqətən mən sizin aranızda fironun adamları arasında olan Harun, həmçinin Bəni İsrailin arasında olan Hittə qapısı və Nuhun qövmü arasında Nuhun gəmisi kimiyəm. Mənəm ən böyük «xəbər» və ən böyük doğruçu. Tezliklə vəd olunduğunuz şeyi görəcəksiniz.»
İmam Əli (ə):«Həqiqətən mən heç vaxt müharibə və cihad meydanından qaçmamışam və mənimlə döyüşə kim gəlibsə yeri onun qanı ilə doydurmuşam.»
"Mənəm…"
İmam Əli (ə):«Mənəm dünyanı xar və heç sayan!»
İmam Əli (ə):«Mən Allahın Peyğəmbərinin mehriban yoldaş və yardımçısıyam.Mənəm İslamda öncül, bütləri sındıran, kafirlərlə vuruşan və din düşmənlərini məhv edən!»
İmam Əli (ə):«Mən hidayət bayrağı, pəhrizkarlıq mağarası, səxavət məkanı, bəxşiş və comərdlik dəryası və ağıl dağıyam.»
İmam Əli (ə):«Mən Allah tərəfindən Cənnətlə Cəhənnəmi bölüşdürənəm. Mənim bölüşdürdüyüm miqdardan başqa heç kəs ona daxil olmaz. Mənəm «böyük ayıran» (haqq ilə batili bir-birindən ayıran), mənəm özümdən sonrakı insanların imam və rəhbəri və məndən qabaq olmuş kəs tərəfindən onu əda edən.»
İmam Əli (ə):«Mən Allahın elmiyəm. Mən Allahın xəbərdar qəlbi, Onun natiq dili, gözü və tərəfiyəm. Mən Allahın əliyəm.»
İmam Əli (ə):«Mən yol göstərənəm; mən yolu tapmışam; mən yetim və yoxsulların atasıyam; mən dul qadınların başçısıyam; mən bütün zəiflərin arxa və pənahıyam, mən qorxu və vahimə içində olan hər bir kəsin pənahgahıyam; mən möminlərin Cənnətə aparan bələdçiləriyəm; mən Allahın ən möhkəm ipi və təqva kəlməsiyəm; mən Allahın gözü , doğruçu dili və əliyəm.»
İmam Əli (ə):«Mən Qiyamət günü Allah qarşısında şikayət üçün dizlərini yerə vuran ilk kəsəm.»
İmam Əli (ə):«Mən İslamı qəbul edən ilk şəxsəm.»
İmam Əli (ə):«Mən Peyğəmbərlə (s) namaz qılan ilk şəxsəm.»
İmam Əlinin (ə) elmi məqamı
İmam Əli (ə) xalq xəlifə kimi onunla beyət etdikdən sonra oxuduğu xütbədə buyurmuşdur:«Camaat! Nə qədər ki, məni itirməmisiniz, soruşun, məndən sual soruşun! Çünki birincilərin və sonuncuların elmi məndədir. And olsun Allaha, əgər məhkəmə kürsüsündə otursam Tövratın davamçıları arasında onların Tövratları əsasında hökm çıxararam və ... sonra buyurdu:«Məni itirməmişdən qabaq məndən soruşun. Toxumu yaran və insanı yaradan Allaha and olsun ki, əgər Quran ayəsindən soruşsanız sizə onun nə vaxt kimin barəsində nazil olmasını deyərəm.»
İmam Əli (ə):«Sinəmdə elə gizli elm var ki, əgər onu aşkar etsəm dərin quyuya sallanmış vedrənin ipləri kimi titrəyərsiniz.»
İmam Əlinin məzlumiyyəti (zülmə məruz qalması)
İmam Əli (ə):«Mən Allahın Peyğəmbəri(s) vəfat edən zamandan həmişə zülmə məruz qalmışam.»
İmam Əli (ə):«Mənim gördüklərimi (qarşılaşdığım çətinlikləri) heç kəs görməyib.»
İmam Əli (ə):«Mən elə bilirdim ki, vali camaata zülm edir, amma indi camaat valiyə zülm edir.»
İmam Əliyə (ə) «sən bu işə (xilafətə) hərissən» deyildikdə o Həzrət buyurmuşdur:«And olsun Allaha siz daha hərissiniz. Siz ondan daha uzaqsınız (ona layiq deyilsiniz) və mən daha haqlı və daha yaxınam (mən ona daha layiqəm və ya Peyğəmbərə qohumluq baxımından daha yaxınam). Həqiqətən mən öz haqqımı tələb etdim və siz mənim ona çatmağıma mane olursunuz...İlahi! Mən Qüreyşə və onlara yardım edənlərə qarşı Səndən kömək istəyirəm. Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər, mənim yüksək məqamımı aşağı hesab etdilər və mənə məxsus olan şeyə görə mənimlə vuruşmaq üçün əlbir oldular.»
İmam Əli (ə):«Allahın Peyğəmbəri(s) buyurub:«Əgər sən olmasaydın məndən sonra möminlər tanınmazdılar.»
İmam Əli (ə):«And olsun Allaha gecəni səhərə kimi dəvətikanının üstündə oyaq qalmaq və zəncirlərlə çiyinlərimdən bağlanaraq çəkilmək mənə Qiyamət günü Allaha və Onun Peyğəmbərinə zalım kimi qovuşmaqdan daha xoşdur.......
And olsun Allaha, əgər yeddi iqlimi göylərin altında olan şeylərlə birlikdə mənə versələr ki, qarışqanın ağzından arpanın qabığını almaqla Allaha qarşı itaətsizlik edim, etmərəm!»
İmam Əli (ə):«Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm ki, onun ətrafına gələn onun nurundan faydalanar.»
İmam Əli (ə):«Allah-taalanın məndən böyük nişanəsi yoxdur; Allahın məndən «böyük xəbər»i yoxdur.»
İmam Əli (ə):«Haqq mənə göstərilən zamandan bəri heç vaxt onun barəsində şəkk etməmişəm.»
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.