Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Namaz haqqında hədislər

Namaz haqqında hədislər
+8
  • 18 sentyabr 2016
  • Bölmə: Namaz
  • Baxış: 15 842
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Namaz haqqında hədislər


Zürarə İmam Baqirdən (ə) belə nəql edir: “Namaz qılanda hüzuri-qəlblə və diqqətlə qıl! Çünki sənin namazdan nəsibin – təkcə ona olan diqqətin qədərdir. Heç vaxt namazda əlinlə, başınla, üzünlə oynama, ürəyində danışma, əsnəmə!”.

İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edib buyurur: “Mömin bəndə namaza durduğu zaman, Allah Təala ona namazın sonunadək mərhəmətlə baxar, Allahın mərhəməti onun başının üstündən səmayədək kölgə salar, onun yanından üfüqlərədək mələklər toplanar. Allah Təala onu üçün bir mələk təyin edər ki, onun başı üstündə durub deyər: “Ey namaz qılan! Əgər kimin sənə baxdığını və kimlə söhbət etdyini bilsən, heç vaxt yeirndən tərpənməz, bu haldan çıxmazsan””.

İmam Sadiqdən (ə) belə nəql edilir: “Sənin namazdan qazandığıın – yalnız onda Allaha olan diqqətin qədərdir. Əgər namaz qılan onu xəyallarla başa vursa, yaxud onun ayinlərindən qafil olsa – belə bir namazı büküb, sahibinin üzünə vururlar”.

Rəsuli-Əkrəm (s) buyurub: “Bəndə namaza qılan zaman şeytan gəlib: “filan şeyi, filan şəxsi fikirləş” - deyir ki, insan neçə rükət namaz qıldığını bilməsin”.

Allahın Peyğəmbəri (s)
buyurub: «Hər şeyin siması var, sizin dininizin də siması namazdır».

Allahın Peyğəmbəri (s)
buyurub: «Həqiqətən dinin sütunu namazdır və Adəm övladından soruşulan ilk şey – namaz olacaqdır. Namazı doğru olsa, o biri əməllərinin hesabatı aparılacaqdır. Doğru olmasa, digər əməllərinin hesabatı aparılmayacaq».

İmam Əli (ə)
buyurub: «Bir şəxs namaza dayananda, Allahın bəndəni əhatə edən rəhmətini görən iblis, paxıllıqla ona baxar».

Allahın Peyğəmbəri (s) («xuşu nədir?» sualının cavabında buyurub): «Namazda mütilik və bəndənin tam qəlbi ilə öz Rəbbinə üz tutmasıdır».

İmam Əli (ə) buyurub: «İnsan namazda xuşu halında olmalıdır. Qəlbi Allahın qarşısında xuşu halında olan şəxsin bədən üzvləri də xuşu halında olar və buna görə, heç bir əzası ilə oynamaz».

İmam Səccad (ə) (namazın qəbul olunmasına səbəb olan şey barədə sualın cavabında buyurub): «Bizim məhəbbətimiz və vilayətimiz, eləcə də, düşmənlərimizə nifrət etmək».

İmam Sadiq (ə) buyurub: «Kim öz ata-anasına – ona zülm etmiş olsalar belə, düşmən baxışı ilə baxsa, Allah Təala onun namazını qəbul etməz».

İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurublar: «Namazından yalnız ürəkdən qıldığın qədəri qəbul olunur. Beləliklə, əgər bir şəxs bütün namazı boyu səhv edərsə (fikri tamamilə dağınıq olarsa), ya onu qılmaqdan qafil olarsa (vaxtında qılmasa) həmin namazı əski parçası kimi büzüşdürüb, onun üzünə çırparlar».

İmam Sadiq (ə) buyurub: «Kim iki rəkət namaz qılsa və onun əsnasında nə dediklərini bilsə, namazı qurtaran kimi, Allahla onun arasında heç bir günah qalmaz».

Allahın Peyğəmbəri (s) buyurub: «Kim namaz əsnasında qəsdən sağında və solunda kimin olduğunu başa düşsə, namazı namaz deyil».

İmam Sadiq (ə) buyurub: «Haqinin, haqibin və haziqin namazı düzgün deyil. Haqin sidiyini sıxıb saxlayan kimsə, haqib nəcis ona sıxıntı verən və haziq də ayağına geydiyi şeydən sıxılan şəxsdir».


Merac hədisində deyilir: «Ey Əhməd! Üç bəndəyə təəccüb edirəm: namaza duranda əllərini kimə tərəf uzatdığını və Kimin qarşısında dayandığını bilən və bununla belə, yuxulu və süst olan bəndəyə …».

İmam Baqir (ə) buyurub: «Yuxulu, süst və ağır halda namaza dayanma. Çünki bunlar ziyankarlığın xislətlərindəndir və Allah Təala, möminlərə məst halda, yəni yuxunun məstliyində namaza dayanmağı qadağan etmişdir».

İmam Baqir (ə) buyurub: «Bil ki, həmişə vaxtın əvvəli daha yaxşıdır. Beləliklə, bacardığın qədər xeyir işə tələs. Allah yanında ən sevimli iş – az da olsa, insanın daim gördüyü işdir».

İmam Sadiq (ə) buyurub: «İlk vaxtın (qılınan namazın), vaxtın sonu üzərində olan üstünlüyü – axirətin dünya üzərində olan üstünlüyü kimidir».

Allahın Peyğəmbəri (s) buyurub: «Müsəlmanla kafir arasında vacib namazı qəsdən tərk etməkdən və ya onu yüngül tutub qılmamaqdan başqa bir fasilə yoxdur».

İmam Baqir (ə) buyurub: «Namazı yüngül sayma! Çünki Allahın Peyğəmbəri (s) dünyadan köçəndə «Namazı yüngül sayan – məndən deyil» deyə buyurdu».

İmam Sadıq (ə) (“Camaat imamlığına kim daha layiqdir?» sualına cavab olaraq buyurmuşdur): «Allahın Rəsulu (s) buyurmuşdur: “Camaat imamlığını Quranı daha çox oxuyan (ya qiraəti daha yaxşı olan) öz öhdəsinə götürsün. Əgər qiraətdə bərabər səviyyədə olsalar, daha əvvəl hicrət edən şəxs camaat imamı olsun. Hicrətdə də eyni olsalar, yaşı çox olan öz öhdəsinə alsın. Əgər həmyaşıd olsalar, Peyğəmbərin sünnəsini və fiqhi (şəriətin hökmlərini) daha yaxşı bilən, imamlıq etsin. Sizlərdən heç kəs başqasının evində ev sahibinə və başqasının nüfuz dairəsində olan yerdə nüfuz sahibinə namazda pişnamazlıq etməsin»”.

(Mənbə: İslami saytlar, “Mizanul-hikmət”)

/Deyerler.org/
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.