Həzrət Əli(ə.s) səxavəti
- 08 sentyabr 2016
- Bölmə: Hz. Imam Əli (ə)
- Baxış: 3 617
- Şərhlər: 0
- Müəllif: movlan
Həzrəti Əli (ə) axşama qədər işləmiş, axşam olunca da dəvəsinə bir çuval xurma yükləyib evinə qayıdırdı.
Dəvənin noxtası köməkçisi Qəmbərin əlində idi. Özü də qabaqda gedirdi. Mədinəyə girəndə yolun kənarından bir səs gəldi. Yoxsul bir adam əlini açıb dilənirdi: "Allah rizası üçün," - deyirdi.
Həzrəti Əli (ə) Qəmbərdən soruşdu:
- Qəmbər, nə istəyir bu yoxsul?
- Xurma istəyir, ağam.
- Elə isə ver.
- Xurma çuvalın içindədir, ağam.
- Elə isə çuvalla birlikdə ver.
- Çuval dəvənin üstündədir, ağam.
- Elə isə dəvə ilə birlikdə ver.
Əmri yerinə yetirən Qəmbər rəvayət edir: "Dəvənin ipi də əlimdədir" - deməkdən qorxdum. O qədər səxavətli idi ki, fikirləşdim, məni də dəvə ilə birlikdə yoxsula verər..
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.