Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Dua haqqında izahat

Dua haqqında izahat
+1
  • 10 avqust 2016
  • Bölmə: Dualar
  • Baxış: 4 538
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Dua haqqında izahat


Duanın lüğəti mə'nası - çağırmaq deməkdir. Amma müsəlmanların istilahatından Allaha razü niyaz etməkdir. Dua Qur'an kimi Allahla danışmaqdır, fəqət fərq ondadır ki, Qur'an göydən yerə nazil olub, dua isə yerdən göyə ucalır.
Göydən yerə enən və yerdən göyə qalxan kəlam - hər ikisi nəticə e'tibarilə insanın düzgün tərbiyəsindən ötrüdür. Hər ikisi də Allahla bəndə arasında əlaqədə olmaqdır. Qur'an Allah kəlamıdır, insanlara xitabdır. Dua isə insanların Allaha olan yalvarışıdır. Odur ki, Qur'an və hədislərə söykənərək deyə bilərik ki, dua ən gözəl ibadətlərdən biridir, bəlkə də dua ibadətlərin məğzidir.
Dua Allahdan istəməkdir və Allah bəndələrinin sızıltısını sevər. Hədislərdə rəvayət olunur ki, Allah öz bəndəsinin ah-naləsini eşidəndə mələklər deyər ki, bəndənin istəyini verməyə tələsməyin. Qoy bəndəm çox ahu-zar etsin, mən onun yalvarışını sevirəm.
Necə ki, Allah-təala öz kitabında buyurur:
Məni çağırın, mən də sizə cavab verim.
Bundan məqsəd odur ki, Allah öz bəndəsinin " Ya Rəbb! Ya Rəbb! " fəryadını eşitsin.
Əlbəttə, Allah-təala bəndə istəmədən də, yə'ni qeydşərtsiz onun istəyini verməyə qadirdir.
Həm də Allah-təala bilmək istəyir ki, hansı bəndəsi onu yada salır və hansı bəndəsi unudub.
Allaha razü niyaz edən bəndələr bu əlaqədə bir şirinlik duyurlar.
Dördüncü imamımız İman Zeynəlabidin (ə) dualarının birində deyir ki, "Ey Allah! Sən münacatın (əlaqənin) şirinliyini və səninlə ünsiyyətdə olmağın ləzzətini dostlarına dadızdırırsan".
Burdan belə nəticə hasil olur ki, Allahın dostlarının ləzzəti təkcə maddi yox, həm də ruhi və mə'nəvi həzzdir. Bə'zi hədislərdə deyilib ki, Allah-təala qəzəb etdiyi kimsəni duanın şirinliyindən məhrum edər. "Kumeyl" duası yüksək məzmunlu
dualardan biridir. Həzrət Əli (ə) bu duanı oxumaqla Allahla əlaqəsini möhkəmləndirərdi və hər dəfə bu duanı oxuduqca göz yaşı tökərdi.
Arzu edirik ki, Allah-təala bütün müsəlmanlara duanın şirinliyini nəsib eləsin. Onların ibadət və dualarını qəbul eləsin, inşəallah!
Həzrət Mühəmməd (s) buyurub: "Dua mö'minin silahı və dinin sütunudur".
Həmçinin Əhli-beyt Əleyhissəlamdan varid olub ki, "İbadətlərin ən yaxşısı və yer üzərində əməllərin ən sevimlisi - böyük Allahın dərgahında duadır".
Həzrət Əli əleyhissəlam haqqında nəql edirlər ki, o həzrət duanı çox oxuyarmış. Necə ki, əshabında biri rəvayət edər ki: "Bir gecə ay işığında, ətrafında olan xurma ağaclarının arxasında kiminsə əyilib-düzəldiyini görərək özümü ona yetirdim və gördüm ki, o şəxs başı səcdədə hönkürtü ilə ağlayır və bir müddətdən sonra onun səsi kəsildi və mən onu tanımaq üçün o şəxsin üzü üstə düşmüş bədənini çevirmək istədim ki, tanıyam kimdir? Mən onu mübarək gözlərindən tanıdım. O, Həzrət Əli (ə) idi. Bir qədər onun başı üstə oturub, özünə gəlmədiyni görərək yəqin etdim ki, dünyadan gedib. Mən Həzrəti Əlinin evinə yollandım və Əli oğlu dünyadan getməyib, o Allahın qorxusundan o vəziyyətə düşüb".
Allah-təala buyurur: - Ciz ey müsəlmanlar, heç vaxt duanı tərk etməyin, çünki haqq tərəfinə yaxınlaşmaq üçün ondan yaxşı vasitə yoxdur.
İmam Cəfəri-Sadiq (ə) buyurub: "Babam Həzrət Əli (ə) buyurardı: - Dua oxumaq mö'min insan üçün bəlalar qarşısında bir qalxandır və əgər bir evin qapısını çox döysən axırda üzünə açılmış olar".
Allah-təala ürəyin istəklərindən agahdır, lakin sevir ki, insanların ehtiyacları onun dərgahında dua ilə istənilə.

Kitabın adı: Allaha Pənah, Allaha Təvəkkül
Müəllif: Hacı Xavər xanım.
Kitabın buraxılma ili : 2005
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.