Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Çörəkçinin duası

Çörəkçinin duası
+1
Mətndə qrammatik səhv var?
Çörəkçinin duası


ÇÖRƏKÇİNİN DUASI(rəvayət)

Şərqin böyük övliyalarından İbrahim Ədhəm həzrətləri taxtı-tacı tərk etdikdən sonra illər keçir, bir gün özünün tikdirdiyi məscidə gecə namazı qılmağa gəlir, namazını qılır. Bayırda qar yağır, hava çox soyuq olduğu üçün məsciddə gecələmək istəyir. Bir küncə qısılıb uzanır. Bu zaman məscidin keçikçisi gəlir.
- Burada nə işin var?-deyə qəzəblə İbrahim Ədhəm həzrətlərindən soruşur.
İbrahim Ədhəm həzrətləri:
- İcazə ver, burada yatım, sübh namazımı qıldıqdan sonra gedim,-deyib xahiş edir.
Keşikçi əyilib onun ayaqlarından tutur, çəkir, “İbrahim Ədhəm səni kimi çulsuzlar üçün tikirməyib bu məscidi”-deyə bağıra-bağıra İbrahim Ədhəm həzrətlərini yerdə sürüyə-sürüyə, başını-gözünü nərdivana vura-vura bayıra atır.
İbrahim Ədhəm həzrətləri təkəbbür olar, deyə “Bu məscidi mən tikdirmişəm,” deyə bilmir, çarəsiz, qalxıb şəhərə gedir.
Şəhərdə hər tərəf qapalı, bir tək çörəkxanadan işıq gəlir. Qapını açıb içəri girir. Çörək bişirən adamdan bir gecə burada qalmağa icazə istəyir. Çörəkçi başının işarəsi ilə “Keç, otur!” işarəsi edir.
Aradan bir-iki saat keçir. Sübh əzanı oxunanda həmin işçi işini bitirib İbrahim Ədhəm həzrətlərinə dönür, qonağını salamlayır:
- Xoş gəlmisən, haradan gəlib, haraya gedirsiniz? Adınız nədir?- deyə soruşur.
İbrahim Ədhəm incik halda cavab verir:
- İki saatdır burda otururam, ağzını açmaq indi ağlına gəldi?
Çörəkbişirən:
- Mən bu çörəkxanada işləyirəm. İki övladım var, əlavə olaraq, iki yetim uşağa da baxıram. Mən onlara indiyədək haram tikə yedirtməmişəm, -deyə davranışının səbəbini izah edir,-Sən gələndə mənim iş saatım idi, ona görə iş vaxtını başqa yerə, başqa iş üçün sərf edə bilməzdim. Əzan oxundu, iş saatım bitdi, daha qazancıma haram qarışmaz. Odur ki, indi səninlə istədiyim qədər danışa bilərəm.
İbrahim Ədhəm aldığı cavabdan elə təəccüblənir, elə heyrətlənir ki, özünü saxlaya bilmir, çörəkbişirəni tərifləyir:
- Sən nə gözəl adam imişsən! İndiyədək sənin Allahdan istədiyin, amma Onun vermədiyi bir şey olmayıb yəqin...
- Haqlısan,-deyə çörəkbişirən qonağına cavab verir,-mən Allahdan nə istədimsə, hamısını verdi, lakin bir istəyimdən başqa. İllərdir Allaha yalvarıram ki, məni İbrahim Ədhəm həzrətləri ilə görüşdürsün, amma göstərmədi...
İbrahim Ədhəm həzrətləri heyrət içərisində ayağa qalxır, çörəkbişirənə belə deyir:
- Sənin əl açıb istədiyin Allah elə bir Allahdır ki, İbrahim Ədhəmi ayağından sürükləyə-sürükləyə, başına-gözünə vura-vura gətirib sənə göstərir. Sən yetər ki, istə!..

Sevənin sevdiyindən istədiyi tək şeydir DUA...
Ayrı adamları bir məhəbbətdə birləşdirəndir DUA...
Çarəsizlikdə sığındığımız yeganə limandır DUA...
Qulun Rəbbi ilə təkbətək görüşdüyü andır DUA...
"Yoxsulun çörək qapısı, dərdlinin dərman qapısıdır DUA...

Rəbbim bizlərə çörəkbişirənin duası kimi səmimi dua edə bilməyi nəsib etsin.
Rəbbim bu qısa həyatımızda yaxşı adamlarla Olmağı nəsib etsin, amin!
Dualarda görüşmək ümidi ilə hamımıza xeyirli günlər diləyirəm.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.