Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Salavat - Mələvan

Salavat - Mələvan
Yaddaşda saxla
  • 09 avqust 2016
  • Bölmə: Hədislər
  • Baxış: 4 185
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Salavat - Mələvan


SALAVATİ - MƏLƏVANIN HƏDİSİ

Bir şəxs Sultan Mahmud Səbuktəkinin yanına gəlib dedi: - Bir neçə müddət idi ki, istəyirdim Allahın Rəsulunu yuxuda görüm və öz qəm-kədərimi ona danışım. Bir gecə bu səadət mənə qismət oldu və Həzrətin mübarək kamil camalını yuxuda gördüm. Ona dedim: - Ya Rəsulallah, min dirhəm borcum var və onu qaytarmağa qadir deyiləm. Qorxuram ki, əcəl yetişər və borc boynumda qalar.

Həzrət (s) dedi: - Get Mahmud Səbuktəkinin yanına və o məbləği ondan istə.
Dedim: - Bəlkə o, mənə inanmadı və bir sübut istədi?

Buyurdu: - Ona de ki, gecənin əvvəlində və axırında mənə 30.000 salavat göndərir.

Sultan Mahmud bu yuxunu eşidən kimi ağlamağa başladı və bunu təsdiqləyərək onun borcunu ödədi. Əlavə olaraq 1000 dirhəm də ona hədiyyə verdi.

Sultanın ətrafındakılar təəccüb edərək dedilər: - Ey Sultan, bu kişinin sözlərini necə təsdiqləyirsən? Axı biz gecənin əvvəlində və axırında səninlə birlikdə olmuşuq. Sənin salavat göndərməklə məşğul olduğunu görməmişik. Əgər bir şəxs gecə-gündüz salavat göndərməklə məşğul olsa, 60.000 salavat göndərə bilməz.

Sultan Mahmud dedi: - Mən alimlərdən eşitmişəm ki, hər kim 1 dəfə salavat göndərsə, 10.000 salavat göndərmiş olur və mən də gecənin əvvəlində 3 dəfə, axırında da 3 dəfə bu salavatı göndərirəm. Həzrət (s) - in xəbərini gətirən bu şəxs düz deyir. Mənim ağlamağın bu sevincdəndir.

Bu salavatda elə bir mənəvi güc var ki, bir dəfə oxuduğum zaman Peyğəmbər (s) - ə 30.000 dəfə salavat gətirmiş kimi savab alırsan. Hər kim Peyğəmbər (s) - in ilahi nurundan faydalanmaq istəyirsə, hər gün bu salavatı səhər axşam 7 dəfə oxunmalıdır.

Salavat - Mələvan


Əlla hummə səlli əla Səyyidina Nəbiyyina Muhəm'mə'din və əla alihi kullə məxtələfəl mələvan və-təa-qə'bəl əsran və kərrə' rəl cədidən vəstəqbələl fər-qədan və bəlliğ ruhəhu və ərvahə əhli-bəytihi minət-təhiyyətə vəs-səlamu. Vərhəm və barik və səlim ələyhi kəsirən kəsirən ila yovmil həşri vəl qərar.

Kitabın adı: Allaha Pənah, Allaha Təvəkkül
Müəllif: Hacı Xavər xanım.
Kitabın buraxılma ili : 2005

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex