Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Yas (matəm) saxlamaq olarmı?

Yas (matəm) saxlamaq olarmı?
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Yas (matəm) saxlamaq olarmı?

Tarix və hədis alimi Zəhəbi özünün “Siyər əlam əl-nübəla” əsərində hicri 478-ci ildə vəfat etmiş şafii alimi İmam əl-hərəmeyn Cüveyni barədə bunları yazır: “Onu atasının yanında dəfn etdilər və minbərini sındırdılar. (Bu, alimlərlə bağlı bir adət idi ki, alim vəfat etdikdən sonra onun minbərini sındırır, möhrünü parçalayırdılar. Bununla demək istəyirdilər ki, bu minbərə çıxan və bu möhürdən istifadə edən ikinci alim gəlməyəcək). Bazarlar bağlandı, onun üçün qəsidələr deyib matəm saxladılar. Onun dörd yüzə yaxın tələbəsi vardı. Bu tələbələr öz qələmlərini sındırıb bir il matəm saxladılar, başlarından əmmaməni götürüb başıaçıq gəzdilər. Tələbələr şəhərdə növhə oxuyub gəzir, ah-nalə etməkdə heç bir hədd gözləmirdilər” (Şəmsəddin Zəhəbi. Siyər əlam əl-nübəla, 18-ci cild, səh. 476).
Müəllif eyni əsərdə İbn Covzi adlı başqa bir əhli-sünnə aliminin vəfatını təsvir edərək yazır ki, bu münasibətlə bazarlar bağlanmış, camaat toplanmışdı. Ramazan ayı olmasına baxmayaraq, bəziləri dərddən özlərini suya atırdılar. Bütün Ramazan ayı boyunca adamlar onun qəbrinin başında Quran xətm edir, şam və çıraq yandırırdılar” (21-ci cild, səh. 379).

Hətta Ümmülmöminin Aişə də Peyğəmbərin (s) vəfatına ağladığını, üzünə və sinəsinə döydüyünü etiraf edirdi. Aişə xatundan rəvayət edilir ki, demişdir: “Mən digər qadınlarla birlikdə sinəmə və başıma vururdum”. Bu sözlər Peyğəmbərin (s) həyatı barədə ən mötəbər sayılan mənbələrdən birində - İbn Hişam tərəfindən qələmə alınmış “əl-Siyrət əl-nəbəviyyə” kitabında verilmişdir (4-cü cild, səh. 306).
Əhli-sünnənin məzhəb başçısı və görkəmli hədis alimi Əhməd ibn Hənbəl də “Müsnəd” əsərində bu rəvayəti qeyd etmişdir (6-cı cild, səh. 274).
Məşhur tarixçi Təbəri də Aişə xatunun bu sözlərini eynilə rəvayət etmişdir (3-cü cild, səh. 199).
Şəmsəddin Zəhəbi “Tarix əl-İslam” kitabının “Siyrət əl-nəbəviyyə” cildində Aişə xatunun sözlərini bu şəkildə nəql edir: “Sonra qadınlarla birlikdə durub ağladım və sinəmə vurdum” (2-ci cild, səh. 652).

Əbu Osman rəvayət edir ki, Ömərin yanına gedib, Nöman ibn Müqrinin ölüm xəbərini ona çatdırdım. Ömər əlini başına qoyub ağladı (İbn Əbi Şeybə. Əl-Müsənnəf, 18-ci cild, səh. 350, hədis 34.608).
Xalid ibn Vəlid vəfat etdikdə Bəni-Müğeyrə qəbiləsinin qadınları onun evinə yığışıb ağlayırdılar. Ömərə bu barədə xəbər çatdırdılar və tələb etdilər ki, qadınların ağlamasına mane olsun. Ömər isə onlara belə cavab verdi: “Özlərinə vurub ucadan ah-fəryad etməyənə kimi gözlərindən bir-iki damcı yaş axıtmalarının eybi yoxdur” (Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 3-cü cild, səh. 364, hədis 5356).
Görkəmli səhabə, bacarıqlı təfsir alimi Abdullah ibn Məsud da öz kədərini göz yaşları ilə ifadə etməkdən çəkinmirdi. O, Ömər ibn Xəttabın məzarının yanında duraraq ağlamışdı (İbn Əbdi-l-birr. Əqd əl-fərid, 3-cü cild, səh. 195).
Ühüd savaşında şəhid olmuş Həmzə ibn Əbdülmüttəlib və başqaları üçün bəzi müsəlmanlar mərsiyə söyləyib ağlamışdılar. İbn Hişam “əl-Siyrət əl-nəbəviyyə” kitabında Ühüd savaşı münasibətilə hər iki tərəfin şairləri tərəfindən yazılmış şeir nümunələrini təqdim edir. Həmin fəsildə Həssan ibn Sabit, Kəb ibn Malik, Abdullah ibn Rəvahə kimi şeir təbi olan müsəlmanların Həmzə üçün mərsiyə deyib ağlamaları qeyd edilib.

Əzadarlıq Peyğəmbərin (s.a.a.s) sünnəsində.
Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirikdə görürük ki, o həzrət öz səhabələrinin və islam yolunda şəhid olanların cənazələrinin yanında hazır olur və ağlayır və hətta müsəlmanlara göstəriş verir ki, onlara ağlayıb əza saxlasınlar. Bu yazımızda peyğəmbərin əza saxlaması barədə danışacağıq. 

Peyğəmbərin (s) Əmisi Həzrət Həmzənin şəhadətində ağlaması.
Həzrət Həmzə peyğəmbərin Əmisi Öhüd döyüşündə şəhid oldu. Peyğəmbər əmisinə hədsiz dərəcədə ağladı və onu Seyyüdüş-Şühəda yəni şəhidlər ağası adlandırdı. Hələbi öz sirə kitabında yazır: "Peyğəmbər Əmisi Həmzənin cəsədini tapdığı zaman ağladı və onun bədəninin tikə-tikə olduğunu görəndə isə uca səslə ağlamağa başladı. (Əs-Sirətul-Hələbiyyə, c, 2. s, 247.)

İbni Məsud belə deyir: "Peyğəmbər öz əmisinin şəhadətində elə möhkəm ağladı ki onu heç vaxt kiməsə elə ağlayan görməmişdik. Əmisinin bədənini qibləyə çevirdi. Sonra isə onun kənarında oturub ucadan ağlamağa başladı. Elə oldu ki , peyğəmbər az qaldı ki ağlamaqdan keçinsin. Üzünü əmisinin bədəninə tutaraq belə dedi: Ey Allahın peyğəmbərinin əmisi! Ey Həmzə! Ey o kəs ki yaxşı işlər görürdü! Ey Həmzə ey o kəs ki çətinlikləri həll edirdi!..." (Zəxairul-Uqba, s,181.)
Sonra isə Öhüd döyüşündən qayıdanda, Mədinənin evlərinin kənarından keçirdi ki, camaatı öz ölülərinə ağlamağını müşahidə etdi. Peyğəmbərin gözləri doldu və buyurdu: "Mənim Əmimə ağlayan yoxdur!"Səd ibni Məza və Üseyd ibni Hüzeyr evlərinə qayıtdıqdan sonra, öz zövcələrinə tapşırdlar ki, öz qəm-qüsələrini kənara qoyub əvvəl Peyğəmbərin əmisi Həmzəyə ağlasınlar. ((Tarix Təbəri, c, 2, 210.) Əs-sirətun-Nəbəviyyə (İbni Hişam), c, 3, s,613. Əs-Süqat, c, 1, s, 234. Əl-Bidayə vən-Nihayə, c, 4,s 54-55.)
O zamandan sonra hər kəs əzadarlıq edirdisə əvvəl peyğəmbərin əmisi Həmzəyə ağlayır və sonra öz ölüllərinə ağlayırdılar. (Məcməuz-Zəvaid, c, 6, s, 126.)
İbni Kəsir belə deyir: "Bu günə qədər Ənsarların xanımlar öz ölülərinə ağlamazdan əvvəl peyğəmbərin əmisinə ağlayırdılar." (Əl-Bidayə vən-Nihayə, c, 4,s, 55.), Vaqidinin Üsdül-qabə kitabı, c, 2, s, 48.
Həmçinin İbni sədin Əttəbəqatul-Kubra kitabı,c, 2 s, 44.

Peyğəmbərin Cəfər ibni ƏbiTalibin şəhadətində ağlaması. 
Cəfər ibni ƏbiTalib Movtə müharibəsində şəhid oldu. Peyğəmbərə bu xəbər çatanda Cəfərin evinə gedib onun övladlarını yanına çağırıb ağlaya-ağlaya onları öpür və iyləyirdi. Cəfərin həyat yoldaşı Əsma peyğəmbəri bu halda gördükdə başa düşdü ki nəsə hadisə baş veribdir ona görə də peyğəmbərə dedi: Atam anam sənə fəda Cəfərdən bir xəbər çatıbmı sənə?
Peyğəmbər buyurdu: Bəli bu gün şəhid oldu.
Əsma ucadan başladı ağlamağa. Sonra Fatimeyi Zəhra gəldi vay əmim deyərək ağlayırdılar. Peyğəmbər buyurdu: Gərək ağlamaq istəyənlər Cəfərə ağlasınlar.
Əl-İstiab,c,1 ,s, 313.
Üsdül-Qabə,c 1, s, 241.
Əl-İsabə, c,2, s, 238.
Əl-Kamil fit-Tarix, c, 2, s, 420.

Peyğəmbərin Əbutalibə ağlaması.
Peyğəmbərin əmisi olan ƏbuTalibin də vəfatında peyğəmbər şiddətlə ağlayırdı.
Həzrət Əli (ə) buyrumuşdur: Bu xəbər peyğəmbərə çatanda o həzrət ağladı və buyurdu: Allahın rəhməti olsun ona, onu kəfən edin və dəfn edin! (Ət-təbəqatul-Kubra, c, 1, s, 105.)

Peyğəmbərin öz anası Aminənin vəfatında ağlaması.
Peyğəmbərin anası Məkkə və Mədinə arasında olan Əbva adında bir yerdə dəfn edilmişdir. Bir gün peyğəmbər səfərlərin birində oradan keçərkən anasının qəbrini ziyarət etdi.Peyğəmbər anasının qəbrinin kənarında elə ağladı ki, onunla olanları da ağlatdı. (Əl-Müstədrək, c, 1, s, 357.), Tarixul-Mədinə, (İbni Şübbəh). c, 1,s, 118.

Peyğəmbərin Həzrət Əlinin (ə) anası Fatimə binti Əsədin vəfatında ağlaması.
Həzrət Əlinin (ə) anası Fatimə binti Əsəd hicrətin 3-cü ilində dünyasını dəyişdi. Peyğəmbər onu öz anası qədər sevirdi. O həzrət onun vəfatında qəmgin olub ağladı. (Zəxairul-Uqba kitabında, s, 56)-da yazır: Peyğəmbər ona namaz qıldı onun qəbrində uzandı və ağladı.

Peyğəmbərin Osman ibni Məzunun vəfatında ağlaması.
Hakim Müstədrək kitabında belə yazır:
Peyğəmbər Osman İbni Məzunun ölümündən sonra onun bədənini öpdü və ağladı.
Əl-Müstədrək ələs-Səhihəyn, c1,s, 514, hədis, 1334.
Sünən Tirmizi, C,3, s, 314, hədis, 989.
Əlcənaiz kitabı, Təqbilul meyyit babı.
Əl-Möcəmul-Kəbir, c, 24, s, 343.
Sünən Bihəqi, (əlkubra), c,3, s,407, hədis, 6503.
Rəbiul-Əbrar,c4, s, 187.
Camiul-Üsul,c,11 s, 105.

Peyğəmbərin Səd ibni Rəbiəyə ağlaması.
Cabir ibni Əbdullah Ənsair belə deyir: Səd ibni Rəbi Öhüd müharibəsində şəhid olandan sonra peyğəmbər onun evinə ailəsinin yanına gəldi. Bizdə o həzrətlə birgə onun evinə daxil olduq. Peyğəmbər ona rəhmət deyirdi. Qadınlar ağlamağa başladılar və o həzrətdə ağladı. (Əmtaul-Əsma, c, 13, s, 269.)
Peyğəmbər əzadarlıqdan çəkindirmir.
Peyğəmbr bir cənazənin dəfnində iştirak edirdi.Qadınlar şivən çəkib ağlayırdılar.Ömər onları bu işdən ayırmaq istədikdə peyğəmbər (s) buyurdu:
Onlarla işin olmasın.Gözləri yaşla dolu və müsibət içindədirlər.
Əl-Müstədrək ələs-Səhihəyn, c, 1, s, 381. Hədis, 1406.
Sünən Nisai, c, 4, s, 19.əlcənaiz kitabı.
Müsnəd Əhməd,c ,2, s, 444,hədis, 9729, əlcənaiz kitabı.
Sünən ibni Macə, c,1 ,s, 505 hədis, 1587.

Görəsən peyğəmbərin bu sünnə və rəftarını görə-görə hansı əzadarlğın günah yaxud da bidət olmasından söz açırlar?
Ya onlar Muhəmməddən başqa bir məhəmmədin dininə inanmış və iman gətimişlər?
Məgər bunlar hamısı peyğəmbərin əza saxlamasına dəlil və sübut deyil?
Ya bu qədər tarixi və Sünni qardaşların mənbələrində nəql olunan hədisləri inkar etmək nə dərəcədə düzgün bir işdir?
Məgər peyğəmbər anasına ağlayanda Allah taala buyurduqlarından kənara çıxmışdır?
Məgər peyğəmbər özü əmr vermir ki Əmim Həmzəyə ağlayın?
Məgər bunlar peyğəmbərin sünnəsi deyil?
Məgər peyğəmbərin sünnəsi bizim üçün dəlil və sübut baxımından kifayət deyil?
Məgər Allah taala buyurmur ki hər kəs ona itaət edərsə Allaha itaət etmiş kimi olar?
Görəsən qəlbimizdə olan bu qurur və təkəbbürlü hissləri tərk edib haqqın qarşısında təslim olacayıqmı?

paylaşaq

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex