İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

  • UMUD 09.03.2019
    Şəfa duası (1)
    UMUD-фото
    Salam.Haci Xaver xanimin "Allaha pənah Allaha təvəkkül".adli kitabi var .Mumkun olarsa bu kitabi sayitinizdan yuklemek isterdik.yani PDF formatinda oxumaq ve yuklemek.cox sax olun
  • Mudafeiherem 20.02.2019
    “Aşura mərasimi dini biznesdir ... (1)
    Mudafeiherem-фото
    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hprmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.

    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hörmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.
  • hacixanim49 25.06.2018
    Sorğu suallarınız (17)
    hacixanim49-фото
    sayta qebul etdiyinize gore teshekkur edirem.allah bizi qurani oxuyub derk edenlerden qerar versin hamimizin imanimizi kamil elsin. AMIN INSHSAALLAH
  • Hesen Abbaszade 23.04.2018
    Sorğu suallarınız (17)
    Hesen Abbaszade-фото
    Allah razı olsun. Çox gözəl saytdır.
Şiəlik sünni kitablarında

Rasulullahın (s) Əlini (əs) və onun şiələrini təriflədiyi hədislər bir çox klassik Əhli Sünnə mətnlərində, və hətta İbn Həcər Əl Makki kimi alimlərin şiələrə qarşı yazdıqları kitablarında yer alır. Məsələni çox uzatmamaq üçün, biz onlardan yalnız bir neçəsini sitat gətirəcəyik:

Aşağıdakı ayədə Allah (st) Əli şiələrini tərif edir:

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan.(Quran. 98:7, 8)

Məhəmməd bin Əli İbn Cəririn təfsirində 33-cü cild, səhifə 146-da (Misir nəşri) qeyd edir ki, Peyğəmbər (s) buyurmuşdur: "Yaradılmışların ən yaxşısı Əli və onun şiələridir."

Cəlalədin Suyuti (849-911) bütün dövrlərin ən yüksək qiymətləndirilən sünni alimlərindən biridir. Bu ayənin təfsirində o, 3 ravi zəncirinə əsaslanaraq yazır ki, peyğəmbər (s) öz səhabələrinə bu ayədə məqsədin Əli və onun şiələri olduğunu deyir.

“Canım əlində olana and olsun ki, bu o (hz Əli) və onun şiələri Qiyamət günündə qurtuluşa çatanlardır” (Təfsir Durrə Mənsur, cild 6, səh. 379, Misir nəşri).

Bu hədisi nəql etmiş 3 səhabə (1) Əli (əs) özü, (2) Cabir ibn Abdulla Ənsari, (3) Abdulla ibn Abbasdır. Bu məktəbin əksər alimləri ravilərin doğru hədis danışan olduqlarını etiraf edirlər. Bunlar şiə kitabında olsaydı siz onları saxta hesab edəcəkdiniz, amma bu hədislərin sizin öz kitablarınızda olması alimlərinizi dolaşdırıb.

Əli (əs) və onun şiələri istisna olmaqla, başqa heç bir səhabə və onun ardıcılları haqqında elə bir hədis yoxdur ki, Peyğəmbər (s) onlara cənnəti vəd versin.

Yuxarıdakı ayənin təfsirində başqa sünni alimləri də Cabir bin Abdullah Ənsaridən olan hədisi qeyd etmişlər.

(Fəthəül bəyan təfsiri, cild 10, səh 333, Misir nəşri və Fəthəül Qadir təfsiri, cild 5, səh. 477)

Həzrət Abdullah bin Abbas rəvayət edir: "Bu ayə nazil olanda peyğəmbər (s) dedi: «Əli, sən və sənin şiələrin Haqq-hesab günü üzü gülənlərdən olacaqsız.»" (Dürrə Mənsur Təfsiri, cild 6, səh 379, Misir nəşri)

Əhməd bin Həcr əl Məkki özünün Səvaiq əl Mühriqa əsərində, 159-cu səhifədə (Misir nəşri) İmam Dar Qatanidən sitat gətirir: "Ey Əbəl Həsən, sən və sənin Şiələrin cənnətə daxil olacaqlar."

İbn Həcr əl Məkkinin şiələrə qarşı yazdığı Səvaiq əl Mühriqa kitabında imam Təbəranidən yazır:

“Ya Əli! Dörd nəfər hər kəsdən öncə cənnətə daxil olacaqlar. Mən, sən, Həsən, Hüseyn, bizim ardımızca sənin nəslin onların ardınca xanımlarımız və bizim şiələrimiz də bizim sağ və sol tərəfimizdə duracaqlar”

Təfsir Durrə Mənsurda (cild 6, səh. 379, Misir nəşri) həzrət Əli Rəsulullahın (s) belə buyurduğunu deyir:

"Bu ayəni eşitməmisiniz: «Allahdan onların mükafatları bitib tükənmək bilməyən aşağısından çaylar axan bağçalar olacaq, onlar orada həmişəlik qalacaqlar». Bu ayədə məqsəd sən və sənin şiələrindir, mən Kövsər hovuzunda sizinlə görüşəcəyimə sizə söz verirəm.»”

Şafii alimi əl Mağazlı Ənəs bin Malikdən gələn rəvayətdə peyğəmbərin (saas) belə buyurduğunu deyir:

"Yetmiş min insan sorğu-sualsız cənnətə gedəcək, sonra Peyğəmbər Əliyə döndü və dedi ki, 'onlar sənin şiələrinin içərisindən olacaq və sən onların İmamları olacaqsan"

Mənaqib Əli əl Mürtəza, səh 184, Mağzali əl Şafii

Şiələrin ən tanınmış tarixçilərindən biri Abu Muhamməd əl-Həsən ibn Musa özünün Firaq-əl Şiə (şiə firqələri) adlı kitabında bildirir ki, şiəlik müqəddəs peyğəmbərin (saas) vəfatına qədər yaranmamışdı:

"Rəsulallah (saas) Hicri ilinin Rəbiül-əvvəl ayının 10-da, 63 yaşında vəfat etdi. Onun peyğəmbərliyi 23 il sürdü, anası Əminə bin Vəhab bin Abd ƏL-Manaf bin Zuhra bin Kilaab bin Murra bin Kab bin Luay bin Qalib idi. Onun vəfatıyla ümmət 3 qrupa bölündü. Onlardan biri Əli ibn Əbu Talibin şiələri idi və onlardan şiəliyin digər qolları yarandı. Başqa bir qrup, yəni Ənsar xələf olduqlarına görə haqq tələb etdilər və Sad bin Übadə əl-Xəzrəcini rəsmi inaqurasiyaya çağırdılar. Üçüncü qrup Əbu Bəkr bin Əbu Quhafəyə beyət etdi və səbəb olaraq bildirdilər ki, rəsulullah (saas) vəfatından əvvəl heç kimi vəsisi təyin etmədi və seçməyi Ümmətin ixtiyarına buraxdı. (Firaq əş-Şiə, səh. 23-24)

Müəllif bildlirir ki, şiə əqidəsinin kökü, yəni Əli ibn Əbu Talibin (əs) rəsulullahın (saas) vəsisi və xəlifəsi olduğu inancı, peyğəmbərlik missiyası ilə tam eyni vaxtda başlamışdır.

Rəsuləllaha (saas) gələn ilk əmr onun ən yaxınlarını xəbərdar etmək idi:

"Və ən yaxın qohumlarını qorxut" (Quran 26:214)

Rəsulullah (s) bu ayəyə uyğun olaraq şerinə (ayəsinə) yaxın qohumlarını topladı və ilk İslama dəvət nitqini söylədi:

Ey Əbdül Müttəlib övladları, ərəb kişilərinin arasında elə bir kəs tanımıram ki, onlar bəşəriyyətə mənim verə biləcəyimdən daha yaxşısını versinlər. Mən bu həyatın və sonrakı həyatın ən xeyirlisini gətirmişəm, belə ki, Rəbbim mənə sizi bir yerə toplamağımı əmr etmişdir. Aranızdan kim mənə bu işdə kömək edər və kim mənim qardaşım, vəsim və varisim (xəlifəm) olar? Onlar hamısı üz çevirdilər və baxmayaraq ki, aralarında ən kiçiyi, ən zəyifi və ən çəlimsizi mən (Əli) idim, irəli çıxdım və dedim: “Ey Allahın rəsulu, mən sizin köməkçiniz olaram.” Sonra Müqəddəs Peyğəmbər əlini mənim çiynimə qoydu və dedi: "Bu sizin arasında mənim qardaşımdır, vəsim və varisimdir. Ona qulaq asın və ona itaət edin".

Bu hadisə Dəvət zula-e-şira hadisəsi adlandırılır və saysız-hesabsız Sünni alimləri bunu oxşar şəkildə nəql etmişdir:

Təbərinin Tarixi, cild 2, səh 217, İngilis dilindən tərcümə V.M.Vatt, cild 6, səh. 90-91.
Təbərinin Təfsiri, cild 19, səh. 121
İbn Əsir, Tarix, cild 2, səh 62
Müsnəd, Əhməd bin Hənbəl, cild 1, səh 159
Kifayət əl Talib, əl Gənci, səh 89
Xəsais, əl Nəsai, səh 18
Şərhi Nəhcül Bəlağa, ibn Əbil Hədid Mötəzili, cild 3, s. 255
Şərh əl Şifa, əl Xifaci, cild 3, səh. 37
Tarix, Əbül Fida, cild 1, səh. 116
Tarix, İbn Əsakir, cild 1,s. 85
Dürrə Mənsur, Cəlaləddin Suyuti, cild 5, s. 97
Camiəl Cəşami, Suyuti, cild 7 s. 392
Tafsir, Əl Xəzzin Əlauddin Bağdadi, s. 390
Təfsir əl Xəzin, Əlauddin əl Şafii, cild 3, s. 371
Şəvahid əl Tənzil, Əl Həsəkani, cild səh 371
Kənzül Ümmal, əl Müttəqi əl Hindi, cild 14, səh 15
Əl Sirah əl Hələbiyyə, cild 1, səh. 311
Dəlail əl Nəbəviyyə, əl Beyhəqi, cild 1, səh 428
Əl Müxtəsər, əl Fida, cild 1, s. 116
Muhammədin həyatı, Hüsnain Həykəl, səh 104 (ilk Ərəb nəşri, ikinci nəşrdə səbəbi bilinmədən silinmişdir)
Tədhib Əl Əthar, cild 4, s. 62
İlkin mənbələrdə Muhamməd, Marin Lings, s. 51
Missiyasının lap başlanğıcında hz Məhəmməd (s) 3 əsas prinsip müəyyən edir ki, bunları da əl Müzəffəri "Şiəliyə dəvət" adlı kitabında dəqiqliklə qeyd edib:

1. Allah birdir.
2. Həzrət Muhamməd (s) Onun rəsuludur.
3. Əli Rəsulullahın qardaşı, vəsisi və xəlifəsidir.

Başqa sözlə, şiəlik bütün əsaslarıyla mövcud idi, yalnız adı yox idi. Əl Müzəffərinin qeyd etdiyi kimi Şiə əqidəsinin kökü Dəvətə birləşdirilmişdi və rəsulullahın (s) vəfatından sonra şiə adı xüsusi qrupa verildi. Əl Nubaxti bunları öz şərhində verir.

Beləliklə, hər iki ziddiyyət əslində bir-birini təsdiqləyir.

Təlhə və Zübeyr Osmanın qanının alınmasında Əli ilə ixtilafa düşdülər. Əli onlarla mübarizə etmək üçün qüvvələrini səfərbər etdi və bu zaman onun ardıcıllarına şiə adı verildi.

(Əl Fihrist, İbn Əl Nadim, s. 249, Ehsan Elahi Zahir s. 25, Əş Şiyətü vət Təşəyyü)

Nadim bildirir:

Cəməl döyüşündə Əliyə (əs) tərəfdar olanlar şiə adlandırıldı.

Elahi artiq vəfat etdiyinə görə, bunu köçürdən alim utanmadan bizə göstərə bilərmi ki, müəllif harda deyir ki, bu, şiə sözünün ilk dəfə istifadə olunduğu vaxtdır? Nadim bildirir ki, Cəməl döyüşünə qədərki vaxtda ilahi təqdir olaraq deyil, camaatın fikrinə görə Əli şiəsi sözü artıq geniş yayılmışdı. Beləliklə, bu siyasi birləşmə deyildi, Əliyə tərəfdar olanlar onun şiələri, siyasi müttəfiqləri idi, bu o demək deyil ki, Şiə sözü bu hadisədən əvvəl mövcud deyildi. Burda şiə adı tamamilə aydınlaşdırıldı, o kəslər ki, xəlifə Əli (əs) ilə vuruşurdular, onlar şiə adlanırdı. Necə olur ki, bu əvvəlki rəvayətlərlə ziddiyyət təşkil edir?
Hər kəsi qınaq obyektinə çevrilməyi qırağa qoymağı,ağlı,vicdanı və düşüncəsi ilə haqqı axtarmağı məsləhət görürük. Axirətdə ana öz balasının hayına qalmadığı vaxtı bizlərə Əhli beytə xatir qorusun.
bu məqalə sizə bəs etməyə bilər . Çalışın axtarın araşdırın. O hədisləri qəbul edin ki hər iki məhzəb onları qəbul edir. Onda haqqın nə olduğunu görəcəksiz.

paylaşaq

Oxşar xəbərlər
Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir.
Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir. Peyğəmbər (s) buyurmuşdu: “Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir.(Səhih hədislər silsiləsi, 5263) Bir gün Ayişə Peyğəmbərin (s) yanına gəldikdə o Həzrət bu­yur­du: “Seyyidil -

Əhli-Beyt (Ə) Kimlərə deyilir?
”Əhli-beyt” sözü lüğətdə,“ev əhli” mənası verməsinə baxmayaraq, din terminində İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə

Peyğəmbər(s.ə.a.s) 2 ağır əmanət nəyi qoyub getdi?
Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram.Quran -Kərim ve Əhli-beyt Gətirəcəyimiz sübutlar əhli sünnədəndir . Əhli sünnə qardaşlar buyurur ki peyğəmbər iki əmanət qoyub. Quran və Sünnət. indi görək əhli sünnənin böyük alimləri nə deyir

Siğə(Mütə)
Siğə'' nədir? əhli sünnə mənbəsiylə ''Siğə'' İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz tələbatlarını siğə etməklə ödəyə bilərlər. Əlbəttə ki, siğə etmək şəriətdə müəyyən olunmuş qaydalara və qanunlara əsasən olmalıdır. Biz sizə siğə

İslamda Şiəlik
Mən niyə şiəyəm? Və niyə şiəliyi seçməliyəm? onu bilin ki,kimese namaz oyretdinizse ve kimese neyi dedinizse hemin wexs o seyi edeceyi halda size ya savab yadaki qiyametde cetiniz pis olacaq, misal: tutaq ki,sen yaxin dostuna namaz oyretdin (ehli



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---