Əhli-sünnə rəvayətlərində “Səqələyn” hədisi
- 07 mart 2020
- Bölmə: Mübahisəli məsələlərə cavab
- Baxış: 1 590
- Şərhlər: 0
- Müəllif: movlan
"Səqəleyn" sözünün ərəb dilindən tərcüməsi "iki qiymətli əşya" deməkdir. Qurani-Kərimdə insanlar və cinlər mənasında işlədilib (eyni mənanı ifadə edən "səqəlan" formasında; Rəhman, 31). Çünki bunlar Allahın yaratdığı canlılar arasında yeganə iki məxluqat növüdür ki, iradə azadlığına malikdirlər və öz əməllərinə görə Allahın qarşisında cavabdehlik daşıyırlar.
Həzrət Muhəmməd Peyğəmbəri (s) də bəzən seyyidüs-səqəleyn, yəni insanlarla cinlərin ağası adlandırırlar. "Səqəleyn" ifadəsinin ikinci mənası İslam Peyğəmbərinin bir hədisindən qaynaqlanır. Elə həmin hədisi də "səqəleyn hədisi" adlandırırlar.
Həm şiə, həm də sünni mənbələrində onlarla səhabədən yüzlərlə sənəd zənciri ilə rəvayət olunmuş bu hədisdə Peyğəmbərimiz buyurmuşdur: "Sizin aranızda iki qiymətli əşya (əmanət) qoyuram: Allahın kitabı və Əhli-beytim. Bunlara bağlansanız, zəlalətə düşməzsiniz. Bunlar (Qiyamət günündə) Cənnət hövzunun kənarında mənim hüzuruma çatana kimi bir-birindən ayrılmazlar".
“Səqələyn” hədisi müsəlmanların hədis xəzinəsinin ən məşhur hədislərindən biridir. İslami məzhəb böyükləri və alimləri “sihah”, “sünən”, təfsir, tarix və lüğət kitablarında bu hədis haqqında söhbət açmışlar. Nəzərinizə çatdırırıq ki, “Səqələyn” hədisi müxtəlif zaman və məkanlarda Allahın Rəsulu (s) tərəfindən söylənmiş və hədisçilər onu müxtəlif ifadələrlə nəql etmişlər. Ümumilikdə isə “kitab”, “itrət” və “Əhli-beyt” kimi sözlərdə onlar müştərəkliyə malik olsa da, hədisin əvvəli və sonunda fərqliliklər nəzərə çarpır. Əhli-sünnə bu hədisi mötəbər hesab etmiş və onlarla vasitə ilə onu Peyğəmbərin (s) iyirmidən artıq səhabəsindən nəql etmişdir. Əhli-sünnənin ən məşhur və birinci sırada yer tutan mənbələrdən olan Müslimin “Səhih” kitabında belə qeyd edilir: “Allahın Rəsulu (ə) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xumda ayağa qalxdı və xütbə oxudu. Həzrət (s) Allaha həmd və səna dedikdən sonra, müsəlmanlara moizə etdi və onlara öyüd-nəsihət verdi. Sonra buyurdu: “Allaha həmd və sənadan sonra! Ey camaat! Mən də bəşərəm, Allahın elçisinin gəlməsinə və mənim onun dəvətini qəbul etməyimə (vəfatıma) az qalıb. Mən sizin aranızda iki dəyərli şeyi yadigar qoyuram. Birincisi, onda nur və hidayət olan Allahın kitabını. Onu götürün və ondan möhkəm yapışın. Peyğəmbər (s) Quran barəsində camaatı həddən artıq təşviq edərək rəğbətləndirdi. Sonra buyurdu: İkincisi, Əhli-beytimi (yadigar qoyuram). Sonra üç dəfə buyurdu: “Allaha xatir sizə Əhli-beytimi unutmamağı tövsiyə edirəm.”” (Müslim, “Səhih”, c. 4, hədis 2408) Tirmizinin məşhur “Sünən” kitabında da Əhli-beytin (ə) fəziləti haqqında Cabir ibn Abdullahdan belə nəql edilir: Həc zamanı Allah Rəsulunun (s) Ərəfə günü öz xüsusi dəvəsinə minərək xütbə oxuduğunu gördüm. Həzrətin (s) belə buyurduğunu eşitdim:
یا ایها الناس! انی قد تركت فیكم ما ان اخذتم به لن تضلوا؛ كتاب الله و عترتی، اهل بیتی.
“Ey Camaat! Mən sizin aranızda iki dəyərli şeyi – Allahın kitabı və itrətim olan əhli-beytimi əmanət"
qoyuram. Əgər onlardan yapışsanız, əsla haqq yoldan azmazsınız.” Tirmizi sonra belə yazır: “Bu məzmunu Əbuzər, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm və Hüzeyfə də nəql etmişdir.” (Tirmizi, “Səhih”, hədis 3786) Bu hədisin başqa rəvayətləri əvvəldə də qeyd etdiyimiz kimi, söz və məzmun baxımından bir-birinə oxşardır.
Cabir b. Abdullahdan dedi: Rəsulullah’ı s.a.a Həcdə Ərəfə günü Qəsvə adlı dəvəsinin üzərində xütbə oxuyrakən gördüm. belə deyirdi: "ey insanlar! sizə iki əmanət qoyuram ki, onlara sarıldıqca əsla azğınlığq düşməzsiniz, Allahın kitabı və İtrətim Əhli Beytim"
قَالَ وَفِي الْبَاب عَنْ أَبِي ذَرٍّ وَأَبِي سَعِيدٍ وَزَيْدِ بْنِ أَرْقَمَ وَحُذَيْفَةَ بْنِ أَسِيدٍ قَالَ وَهَذَا حَدِيثٌ حَسَنٌ غَرِيبٌ مِنْ هَذَا الْوَجْهِ
Tirmizi: Bu mövzuda Əbu Zərr, Əbu Səid, Zeyd b. Ərqam və Huzeyfə b. Əsiddən də hədis nəql edilib. bu hədis bu şəkli ilə həsən qəribdir.
Əbu Səid əl-Xudri rəvayət edir: "Allahın Rəsulu (s) belə buyurdu: "Mən sizlərə iki ağır şey (əmanət) qoyuram. Əgər onlara bağlansanız, məndən sonra heç vaxt azğınlığa düşəməzsiniz. Onların hər ikisi də bir-birlərindən daha böyükdürlər. Göydən yerə uzanan ip kimi olan Allahın Kitabını və İtrətim Əhli-Beytimi. Onlar Hovuzun yanında mənə qovuşmayana qədər bir-birlərindən heç vaxt ayrılmayacaqlar"”.
Kitabı tədqiq edən hədisşünas Şuəyb əl-Ərnəut deyib ki, hədis səhihdir.
(Mənbə: "Müsnəd Əhməd ibn Hənbəl", c.3, s 59, hədis 11578).
حَدَّثَنَا عَلِيُّ بْنُ الْمُنْذِرِ الْكُوفِيُّ حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ حَدَّثَنَا الْأَعْمَشُ عَنْ عَطِيَّةَ عَنْ أَبِي سَعِيدٍ وَالْأَعْمَشُ عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ عَنْ زَيْدِ بْنِ أَرْقَمَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَا قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنِّي تَارِكٌ فِيكُمْ مَا إِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِلُّوا بَعْدِي أَحَدُهُمَا أَعْظَمُ مِنْ الْآخَرِ كِتَابُ اللَّهِ حَبْلٌ مَمْدُودٌ مِنْ السَّمَاءِ إِلَى الْأَرْضِ وَعِتْرَتِي أَهْلُ بَيْتِي وَلَنْ يَتَفَرَّقَا حَتَّى يَرِدَا عَلَيَّ الْحَوْضَ فَانْظُرُوا كَيْفَ تَخْلُفُونِي فِيهِمَا
...Əbu Səid və Zeyd b. Ərqamdan dedilər ki: Rəsulullah s.a.a belə buyurmuşdur: "mən sizə elə bir şey əmanət edəcəyəm ki, ona sarıldıqca əsla azğınlığa düşməyəcəksiniz. bu şeylərdən biri digərindən böyükdür. güydən yerə uzanan ip kimi olan Allahın kitabı və İtrətim Əhli Beytim. bu ikisi Qiyamət günü hovuzun başında mənə gələnə qədər əsla bir birindən ayrılmayacaqdır. bu iki şey haqqında mənə necə itaət edəcəyinizə diqqət edin."
قَالَ هَذَا حَدِيثٌ حَسَنٌ غَرِيبٌ
bu hədis həsən qəribdir.
Tirmizi, "Sünən", Mənqib, hədis 3788
Tirmizi, "Sünən", Mənaqib, hədis 3786
Peyğəmbər(s.ə.a.s) göstəriş verdi ki, Əmirəlmömimin (ə) üçün ayrıca çadır qursunlar. Sonra həzrət buyurdu: “Hamı gedib o həzrətə salam deyib desinlər; Əs-salamu ələykə, ya Əmirəlmöminin (ə).” ” Ömər gəlib salam verib dedi: Bəx bəx, ey Əli ibn Əbi Talib, bütün mömin və möminələrin mövlası oldun.” Əbu Bəkr də bu təbrikdə Ömərlə şərik oldu. (Feyzül-üllam: s. 123
Nəzərinizə çatdırırıq ki, firqələr baxımından bu hədisin səhihliyi Misirdə çap edilən “Darut-təqrib bəynəl-məzahibil-islamiyyə” risaləsində sübuta yetirilmişdir. Əllamə Seyid Məhəmmədhəsən Mircahani bu haqda yazır: “Bu rəvayət mütəvatir rəvayətlərdəndir, şiə və əhli-sünnənin kitablarında yüz əllidən artıq rəvayət həmin məzmunda qeyd edilmişdir. Onların əksəriyyəti də ləfzi (söz) baxımından təvatürə malikdir.” Bu haqda əlavə məlumat əldə etmək üçün Əllamə Nurullah Şüştərinin “İhqaqul-həqq”, Əllamə Mirhamid Hüseyn Hindinin “Əbəqatul-ənvar”, Əllamə Hacı Şeyx Əbdülhüseyn Əmininin “əl-Qədir” kitabına müraciət edə bilərsiniz.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.