Peyğəmbərimiz (s) ağıllı insanın nişanələrini belə tanıtmışdır.
Peyğəmbərimiz (s) ağıllı insanın nişanələrini belə tanıtmışdır.
Həzrət Peyğəmbər (s) buyurur: “Aqilin xüsusiyyətləri budur ki, cahilin rəftarı qarşısında səbir edər, ona zülm edən kəsi bağışlayar.
Əlinin altında olan insanlarla təvazökar olar.
Nə zaman söz demək istəsə, düşünər. Əgər yaxşıdırsa – deyər və fayda aparar. Əgər pisdirsə - sükut edər və salamat qalar.
Nə zaman fitnə ilə qarşılaşsa – Allaha pənah aparar.
Əlini və dilini saxlayar.
Nə zaman fəzilət görsə - onu qənimət bilər.
Həya və xəcalət ondan ayrılmaz.
Bunlar on sifətdir ki, aqil onlarla tanınar”.
Allah Təala Qurani-Kərimdə buyurmuşdur: “Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir”. (“Furqan” 63).
Ağıllı adamın əməl düsturu ilə bağlı yenə buyurulur: “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 35).
Valideynə münasibətlə bağlı buyurulur: “Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!”. (“İsra” 24).
Loğman oğluna verdiyi nəsihətdə buyurur: “Oğlum! Hər kim dilini saxlamaz, peşman olar”. Digər yerdə buyurulur: “Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm»”. (“Muminun” 97).
Çalışaq ki, biz də aqillərin sırasına qoşulaq və bu nişanələri əməllərimizdə göstərək.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.