Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Hacı Şahin Həsənli dünyasını dəyişdi

Hacı Şahin Həsənli dünyasını dəyişdi
0
Mətndə qrammatik səhv var?

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Bu barədə onun rəsmi feysbuk səhifəsində məlumat verilib: “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”.

“Qafqazinfo”nun məlumatına görə, ilahiyyatçı bu gün səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.

QMİ-nin Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Qafqazinfo”ya bildirib ki, Hacı Şahinlə vida mərasimi uzun müddət fəaliyyət göstərdiyi Məşədi Dadaş Məscidində keçiriləcək.

R.Dadaşovanın sözlərinə görə, Hacı Şahin Həsənlinin uzunsürən xəstəliyi olmayıb: “Dəfn yeri isə ailəsinin qərarına əsasən müəyyən ediləcək”.

***

“Qafqazinfo”nun məlumatına görə, Hacı Şahin Həsənli Yasamal qəbiristanlığının yeni hissəsində dəfn olunacaq. Dəfn mərasimi bu gün saat 16:00-da keçiriləcək.

...
Hacı minbərin haqqını tamlığı ilə yerinə yetirdi .
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.