Prezident Nardaran hadisələrinə və hicab məsələsinə görə həbs edilən 9 nəfəri əfv etdi.
- 25 may 2018
- Bölmə: Günün Xəbərləri
- Baxış: 1 626
- Şərhlər: 0
- Müəllif: imameli.az
Prezident Nardaran hadisələrinə və hicab məsələsinə görə həbs edilən 9 nəfəri əfv etdi.
Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
İslam.az-ın xəbərinə görə, bu barədə modern.az-a ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı məlumat verib.
Onun sözlərinə görə, əfv siyahısında 634 nəfər məhkumun adı var.
S.Bənanyarlı deyib: “Nardaran hadisələrinə görə həbs edilən 7 nəfər - Nadir Babayev, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Fail və Natiq Şahbazovlar, Məmmədli Quliyev buraxılıb. Hicab məsələsinə görə həbs edilənlər Zabit Kərimov və Elşad Rzayev də əfv olunub”.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.