Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Kitab oxuyun

Kitab oxuyun
0
Mətndə qrammatik səhv var?
Kitab oxuyun

Alimlərin tövsiyəsinə əsasən, ömrü uzatmaq üçün gündə heç olmasa yarım saat sevimli ədəbiyyatın mütaliəsinə vaxt ayırmaq lazımdır. Kitabsevərlər mütaliə sevgisi hesabına ömürlərini iki il uzadırlar. Yel Universitetinin alimləri bu qənaətə gəliblər.

“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, təcrübədə yaşı 50-dən yuxarı üç min beş yüz nəfər iştirak edib. Onları mütaliəyə sərf etdikləri vaxtın müddətinə görə fərqlənən üç qrupa ayırıblar. Birinci qrupa mütaliəyə həftədə 3,5 saatdan çox, ikinciyə 3,5 saatdan az vaxt ayıran adamlar daxil olub. Üçüncü qrupdakı adamlarda kitab oxuma vərdişi olmayıb.

Tədqiqatçılar əldə olunan məlumatları təhlil edərək bu nəticəyə gəliblər ki, oxu zamanı qazanılan informasiya insanın əhval-ruhiyyəsinə və onun yaşadığı illərin sayına nəzərəçarpacaq dərəcədə təsir edir.

Həm də sağlamlıq üçün qəzet və ya jurnal yox, bədii kitablar daha dəyərlidir. Alimlərin fikrincə, kitabsevərlər mütaliəni bəyənməyən adamlardan orta hesabla 23 ay çox yaşayırlar. Ekspertlər əmindirlər ki, uzunömürlülər siyahısına əlavə olunmaq üçün insan sevimli kitablarına gündə azı yarım saat vaxt ayırmalıdır.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.