Uşağa nə qədər müddət ana südü vermək lazımdır?
- 04 avqust 2016
- Bölmə: Günün Xəbərləri
- Baxış: 2 003
- Şərhlər: 0
- Müəllif: movlan
Ana südü tibbi cəhətdən körpə üçün ən faydalı qida sayılır. Ona görə də dinimiz körpəyə ana südü verməyi çox təkid edir. Quranda buyurulur: “Biz insana ata-anasına (yaxşılıq etməyi) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur” (Loğman, 14). Bəqərə surəsinin 233-cü ayəsində də ananın körpəni iki il əmizdirməsi təkid edilir. Həmçinin, ayədə buyurulur ki, uşağı iki ildən tez süddən kəsmək yalnız o zaman icazəlidir ki, ata ilə ana məsləhətləşib bu qərara gəlsinlər. Yəni qadının özbaşına bu qərarı verməsi Quranda bəyənilmir. İki yaşına yaxın uşağı tədricən süddən kəsmək lazımdır.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.