Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür

Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür
+1
Mətndə qrammatik səhv var?
Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür

Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür. Müsəlmanların 7-ci imamı Hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə İmam Cəfər Sadiq (ə)-ın ailəsində dünyaya göz açıb. onun anası Həmidə adlı bir xanım olub. 7-ci imam 54 il ömür sürüb və bu illərdən 35-ini müsəlmanlara imamlıq edib.

İmam Museyi Kazim (ə) hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilib.

İmamın həyatının son dövrü zindanlarda keçib və elə şəhadətə də zindanda yetişib.

Maraqlı məqamlardan biri onun yerləşdirildiyi məhbəslərin 3 dəfə dəyişdirilməsindən ibarətdir. Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərmişdir ki, artıq onlar Peyğəmbər (s) övladını dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlamış, bu haqsızlığa şərik olmaqdan çəkinmişlər. Elə buna görə də Bəsrədən xəlifəyə belə bir ismarıc gəldi: “Onu geri al, yoxsa azad edəcəyəm!”.

Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyən etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi Kazim (ə) məsum əcdadları kimi şəhid edildi.

İmam Museyi Kazim (ə)-ın Azərbaycanla da bilavasitə əlaqəsi vardır. Həzrətin qız övladları – Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-Beytə (ə) qarşı həyata keçirdikləri təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirmiş, həyatlarının qalan hissəsini burda yaşamışlar və bu torpaqda da dəfn edilmişlər.

Bu əlamətdar gündə bütün dünya müsəlmanlarını təbrik edirik.
islam.az
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.