Niyə tük başın üstündədir? Qaraciyər niyə əyilibdir? – İmam Sadiqin (ə) hindli həkimlə söhbəti
- 21 avqust 2016
- Bölmə: Tibbi hədislər
- Baxış: 12 666
- Şərhlər: 0
- Müəllif: movlan
Rəbih Hacəb nəql edir: “Bir gün hindli bir həkim Mənsurun məclisində kitab oxuyurdu. İmam Sadiq (ə) də orada idi. Tibbi məsələləri oxuyandan sonra, İmama (ə) dedi: “İsəyirsənmi ki, öz elmimdən sənə öyrədim?”. Həzrət (ə) buyurdu: “Yox, o şeyi ki, mən bilirəm, sənin biliyindən daha üstündür”. Həkim soruşur: Siz tibbdən nə bilirsiniz ki?”. Buyurur: “Mən hərarəti soyuqluq, soyuqluğu istilik, rütubəti quruluq və quruluğu rütubətlə müalicə edirəm. Sağalmağı isə Allaha tapşırıram. Sağlam olmaq üçün Peyğəmbərin (s) göstərişlərini edirəm”. İmam (ə) yenə buyururdu: “Mədə dərd evidir. Pəhriz hər dərdin dərmanıdır”.
Həkim dedi: “Tibb bundan savayı bir şey deyildir”.
İmam (ə) buyurur: “Elə bilirsən ki, mən bu göstərişləri gigiyena kitablarından öyrənmişəm?”.
Dedi: “Bəli”.
Buyurur: “Mən bunları Allahdan öyrənmişəm. Sən de, mən gigiyena baxımından bilikliyəm, yoxsa sən?”.
Həkim dedi: “Əlbəttə mən”.
Buyurur: “Əgər belədirsə, mən səndən bir neçə sual soruşacağam. Sən də cavab ver”.
Dedi: “Soruş”.
İmam (ə) soruşur: “Niyə baş sümüyü bir neçə hissədən ibarətdir?
– Niyə tük başın üstündədir?
– Niyə alında tük olmur?
– Niyə alında qırışlar vardır?
– Niyə qaşlar gözün üstündədir?
– Niyə gözlər badam şəklindədir?
– Niyə burun gözlərin arasındadır?
– Niyə burun deşikləri onun altındadır?
– Niyə dodaq və bığ ağızın üstündədir?
– Niyə kişilərdə saqqal olur?
– Niyə qabaq dişlər iti, dəyirman dişləri enli və badamsındıran dişlər isə uzundur?
– Niyə əlin içində tük yoxdur?
– Niyə tük və dırnaqda can yoxdur?
– Niyə ürək sənubər kimidir?
– Niyə ağciyər iki tikədir və öz yerində hərəkət edir?
– Qaraciyər niyə əyilibdir?
– Niyə böyrəklər lobya dənəsi kimidir?
– Niyə iki diz qapağı arxaya qatlanır?”.
Bütün bu suallara həkim “bilmirəm” cavabını verdi. İmam (ə) buyurdu ki, mən bunların cavabını bilirəm. Həkim dedi ki, bəyan et.
İmam (ə) buyurdu:
“Baş sümüyü bir neçə hissədən ibarətdir. Əgər belə olmasaydı, viran olardı. Bir neçə hissə olduğu üçün gec sınır.
Saç başın yuxarısında yerləşir, çünki onun kökündən beyinə yağlar tökülür və saçların baş tərəfi deşikdir. Buxar oradan bayıra çıxır. Beyinə daxil olan soyuqluq və istilik onunla dəf olur.
Alında tük olmur, çünki gözə aydınlıq verir.
Alında olan qırışlar isə başdan tökülən tərin gözə düşməsinə mane olur. Çaylar kimi ki, yer üzərindəki suları özündə saxlayır.
Qaşlar gözün üstündə yerləşir ki, nur kifayət qədər onlara çata bilsin.
Burun gözlərin arasında yerləşir ki, nuru hər ikisinin arasında bərabər bölsün.
Gözlər ona görə badam şəklindədir ki, dərman içinə girib bayıra çıxa bilsin. Əgər gözlər dördkünc və ya dəyirmi olsaydı, dərman ora yaxşı daxil ola bilməz və onun hər tərəfinə dəyməzdi. Göz xəstəliyi də müalicə olmazdı.
Allah burun deşiklərini onun altında xəlq etmişdir ki, beyindəki zibillər oradan aşağı tökülsün və iylər yuxarı qalxsın. Əgər deşiklər yuxarıda olsaydı, nə zibillər tökülərdi və nə bir iy hiss edərdi.
Dodaqları ağızın üstündə xəql edib ki, beyindən axan zibilləri saxlasın və yeyəcəklər, içəcəklər ona bulaşmasın. İnsan da onu pak edə bilsin.
Kişilər üçün saqqalı xəlq edib ki, başını bağlamağa ehtiyacı olmasın. Kişi ilə qadın bir-birindən fərqlənsin.
Qabaq dişləri iti edib ki, dişləmək asan olsun. Dəyirman dişləri yeməyi xırdalamaq üçün enli xəlq etmişdir. İti dişləri ona görə uzun xəlq edib ki, dəyirman dişlərini binaların sütunu kimi möhkəm saxlasın.
Əllərin içini tüksüz xəlq edib ki, toxunduğu şeyləri hiss edə bilsin. Əgər tük olsaydı, yaxşı hiss edə bilməzdi.
Saçı və tükü cansız xəql edib, çünki uzanmaqları çirkin, qısaltmaları gözəldir. Əgər canları olsaydı, onları kəsmək ağrılı olardı.
Ürəyi sənubər kimi xəlq etmişdir, çünki tərsinədir. Başını nazik qərar vermişdir ki, ağciyərdən ona sərin gəlsin.
Qaraciyəri əyri xəlq etmişdir ki, qarını ağırlaşdırsın və ona təzyiq göstərsin ki, buxarları bayıra çıxartsın.
Böyrəkləri lobya dənəsi kimi xəlq etmişdir ki, sidik damcı-damcı ona tökülsün, sonra da bayıra çıxsın. Əgər böyrəklər dördkünc və ya dəyirmi olsa idi, birinci damcı qalardı ki, ikinci damcı tökülsün.
Dizin arxaya bükülməsini qərar verib ki, insan irəli gedə bilsin. Əgər belə olmasaydı, yol getməkdən qalardı”.
Həkim soruşdu: “Bunları haradan öyrənmisən?”.
Buyurur: “Atamdan, o da Peyğəmbərdən (s) və o, da Cəbrayildən (ə), o, da hər bir şeyin xeyirlisini bilən Allahdan”.
Bunları eşidən həkim müsəlman oldu. Dedi: “Sən bu ruzigarın ən bilikli insanısan
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.