Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qurani Kərim necə nazil olub?

Qurani Kərim necə nazil olub?
+2
  • 05 may 2021
  • Bölmə: Quran
  • Baxış: 1 644
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Sual: Qurani Kərim necə nazil olub? Allah Rəsulunun (s) qəlbinə bütövlükdə (birdəfəlik) nazil olub, yoxsa uzun fasilələrlə nazil olub?

Cavab:
Şübhəsiz ki, Quran tədricən nazil olmuşdur. Və ayələrinin, İlahi vəhyin Həzrət Peyğəmbərin (s) rəhbərliyi altında öz və ümmətin keçirdiyi münasibətlərə və zamanlara görə davam edibdir. Qurani-Kərim ayəsi bu tədricən nazil olmaya işarə etmişdir: "İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, nazil etdik." (İsra: 106)

Uca Allah buyurur: "Kafirlər: "Quran ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!" - dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün biz onu ayə-ayə (tədricə) nazil etdik." (Furqan: 32) Bununla birlikdə, bəzi ayələrin zahirindən anlaşılmasına əsasən Qurani-Kərimin birdəfəlik nazil olmasından bəhs edən Quran ayələri də vardır. Aşağıdakı mübarək ayələrdə olduğu kimidir: Uca Allah buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir." (Bəqərə: 185) Uca Allah buyurur: "Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq!" (Duxan: 3) Uca Allah buyurur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!" (Qədr: 1) Tədqiqatçılar, bu ikisinin cəmləşməsi qarşısında fikir ayrılığına gəliblər. Bununla əlaqədar fikir və nəzəriyyələrdən bəhs ediblər, bunlardan ən əsası aşağıdakılardır:

Birinci nəzəriyyə: Quran iki dəfə nazil olduğunu hesab edirlər. Birinci nazil olma Beytul-məmurda olub yuxarıdakı ayələrdə bəhs edildiyi kimi birdəfəlik nazil olmadır. İkincisi isə Allahın Rəsulunun (s) İslam cəmiyyətində rəhbərliyini yürütdüyü bütün dövr ərzində ayələrin tədricən nazil olmasıdır.

İkinci nəzəriyyə: Quranın Ramazan ayında və Qədr gecəsində nazil olmasının mənası həmin vaxtdan etibarən başlamasıdır. Daha sonra isə Allah Rəsulunun (s) və Ümmətin həyatlarında keçirdikləri münasibətlərə və hallara görə davam edibdir.

Üçüncü nəzəriyyə: Bu Əllamə Təbatabainin (Allah ruhun müqəddəs etsin) ixtisaslaşdığı nəzəriyyədir. Bu isə Seyyidin təfsirçi olaraq yeni bir rəng qatmasıdır. Burada "İnzal" ilə "Tənzil" arasında bir fərq vardır. "İnzal" ərəb dilində yalnız birdəfəlik nazil olma olduğu təqdirdə istifadə olunur, "Tənzil" isə ərəb dilində yalnız tədricən nazil olma olduğu təqdirdə istifadə olunur. Quranın nazil olması ilə əlaqədar hər iki ifadədən bəhs istifadə edilibdir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.