Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İslamda Yasin surəsinin fəziləti

İslamda Yasin surəsinin fəziləti
+1
  • 05 may 2021
  • Bölmə: Quran
  • Baxış: 1 303
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Sünnü qaynağı
Həzrət Muhəmməd(s.ə.a.s) buyrur
"Yasin surəsi Quranın ürəyidir. Onu kimsə oxuyar və Allahdan axirət səadəti arzulayarsa, Allah onu məğfirət edər. Yasini ölülərinizin üzərinə oxuyun".
📚Əhməd ibn həmbəli (Müsnəd, 5/26)


İmam Sadiq(ə) buyurur: *“Hər şeyin qəlbi vardır,
Quranın “qəlbi” də “Yasin” surəsidir.
📚Təfsiri-nümunə, 18-ci cild, səh. 310.


Həzrət Muhəmməd(s.ə.a.s) Peyğəmbər buyrur

İnsan öləndən sonra bir neçə şeyin savabından bəhrələnər. Saleh övlad, yazdığı kitab,Kiməsə etdiyi yaxşılıqdan əldə edəcəyi savab
📚(Mənlayəhzuruhul-Fəqih, c, q , s , 185.)


Peyğəmbər (s) başqa bir hədisdə buyurmuşdur:
Ölü üçün ən gözəl hədiyyə ölünün bağışlanmasını istəməkdir
📚(Müstədrəkul Vəsail, c, 2, s , 113.)


Peyğəmbərdən insanın boynunda olan ən böyük haqq barəsində soruşulanda buyurdu: İnsanın boynunda ən böyük haqq ata-ananın haqqıdır. Və sonra buyurdu: Bəzən bu dünyada ata-anasıyla yaxşı rəftar edənlər dünyasını dəyişəndən sonra valideynlərini unudurlar və ona görə ağ valideyn hesab olunurlar. Və bəzi insanlarda bu dünyada valideynləri sağ ikən onlara ağ olurlar, amma, valideynləri dünyadan getdikdən sonra onların barəsində və onların tərəfindən istiğfar edirlər və ona görədə Allah taala yanında ata-anaya yaxşılıq edənlərdən sayılarlar.
📚(Müstədrəkul Vəsail, c, 2 ,s , 113.)


İbni Əbi Mənsur deyir: İmam Əliyə ərz elədim, ağa duanın meyitə bir xeyri varmı?
Həzrət Muhəmməd buyurdu Bəli əgər qəbri dar idisə genişlənər və əgər Allah qəzəbinə düçar olmuşdusa Allah ondan razı olar.
📚(Müstədrəkul Vəsail, c, 2 ,s , 112.)


Həzrət Muhəmməd(s.ə.a.s) buyrur
Allah taala mənə xoş xəbər göndərdi ki:Mənə ümid bəsləyənləri naümid etmərəm və dirilərin duaları ilə ölülərdən əzabı götürərəm.
📚(Müstədrəkul Vəsail, c, 2, s , 115.)


İmam Əli (ə) buyurmuşdur:
Öz ölülərinizi ziyarət edin ki, onlar sizin ziyarətinizlə sevinirlər. Öz ata-ananızın qəbrinin yanındada hacətlərinizi Allahdan istəyin.
📚(Üsuli Kafi, c , 3, s , 230.)


Peyğəmbər (s) buyurmuşdur:
Qəbirin birinci gecəsi meyitin ən çətin anlarındandır.Ona görədə ölülərinizə sədəqə verməklə rəhm edin.Əgər sədəqə verə bilməsəz, onda iki rəkət namaz qılın və birinci rəkətdə həmddən sonra iki dəfə İxlas surəsini oxuyun. İkinci rəkətdə isə həmddən sonra Təkasur surəsini 10 dəfə oxuyub, namazın salamın deyib bitirin.Sonra isə belə deyin: Əllahummə səlli əla Muhəmmədin və ali muhəmməd və ib-əs səvabəha ila qəbri filan ibni filan.Allahım Muhəmməd və onun ailəsinə salavat göndər və bu namazın savabını filankəsə göndər.

Sonra peyğəmbər (s) buyurdu:
Allah taala həmin an 1000 mələk onun qəbrinə göndərər və ona hər biri bir cənnət libası gətirərlər.Qiyamətdə Sur çalınana qədər onun qəbri geniş olar və qəbrinin darlığından nicat tapar. Namaz qılan üçün isə, günəşin nuru saçdığı şeylərin sayı qədər savab verilər.Allah onun dərəcə və məqamını 40 dəfə ucaldar.
📚 (Müstədrəkul Vəsail, c , 2, s , 113.)

Həzrət Muhəmməd(s) buyurmuşdur:
Ölülərinizi ziyarət edin və onlara salam verin. 📚(Bihar, c , 79, s, 65.)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.