Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ölüyə Yasin(Quran)oxumaq olarmı?

Ölüyə Yasin(Quran)oxumaq olarmı?
+5
Mətndə qrammatik səhv var?

«ÖLÜYƏ «YASİN» Quran oxumaq olarmı?

Rəhman və Rəhim olan Allahın adı ilə.
Məqalə 1


Əhli-sünnə alimlərindən Əbdul-Əzim Munziri deyir:

"Məqil ibn Yəsar (Allah ondan razı olsun) deyir: "Allah Rəsulu (s) buyurdu:
"Quranın qəlbi Yasin surəsidir. Allahı və axirəti istəyən elə bir şəxs yoxdur ki, onu oxuduqda Allah onu bağışlamasın. Onu ölüləriniz üçün oxuyun."
Hədisi Əhməd, Əbu Davud və Nəsai rəvayət etmişdir, və (hədisin bu) ləfzi Nəsaidəndir. İbn Macə və Hakim də rəvayət edib və o, (Hakim) səhih bilmişdir."

"ət-Tərğib vət-Tərhib" c.2 s.246 hədis 2262.



اقرؤوا يس على موتاكم رواه أبو داود وابن ماجة وأحمد ولفظه: يس قلب القرآنلا يقرؤها رجل يريد الله والدار الآخرة إلا غفر له واقرؤوها على موتاكم.
الحديث أخرجه أيضا النسائي وابن حبان وصححه

Əhli-sünnə alimlərindən Muhəmməd ibn Əli Şəvkani:
"Ölülərinizə Yasin oxuyun" Hədisi Əbu Davud, İbn Macə, və Əhməd (ibn Hənbəl) rəvayət etmişdir.
Hədisi həmçinin Nəsai və İbn Hibban qeyd edib və səhih hesab etmişdir."

"Neylul-əvtar" c.4 s.52
Məqalə 2


Əhli xilafın mənbələrində ölüyə Yasin surəsini oxumaq . Bu hədis bir neçə sənədlə gəlib.

عن سليمان التيمي ، عن أبي عثمان – وليس بالنهدي – ، عن أبيه ، عن معقل بن يسار ، قال : قال رسول الله – صلى الله عليه وسلم – :
" اقرؤوا ( يس ) على موتاكم " .
أخرجه أحمد ( 5 / 26 و 27 ) ، والبخاري في " التاريخ الكبير " ( 8 / 57 ) ، وأبوداود ( 3 / 188 / 3121 ) ، وأبوعبيد في " فضائل القرآن " ( ص 136 ) ، وابن أبي شيبة ( 3 / 237 ) ، وابن ماجه ( 1 / 465 – 466 / 1448 ) ، والحاكم ( 1 / 565 ) ، والبيهقي ( 3 / 383 ) .

2- عن سليمان التيمي ، عن أبي عثمان ، عن معقل ، مرفوعاً .
أخرجه النسائي في " عمل اليوم والليلة " ( 1074 ) .

3- عن سليمان التيمي ، عن رجل ، عن أبيه ، عن معقل بن يسار ، مرفوعاً .
أخرجه النسائي في " عمل اليوم والليلة " ( 1075 ) ، والطيالسي ( 931 ) .

4- عن سليمان التيمي ، عن أبي عثمان – وليس بالنهدي – ، عن أبيه ، عن معقل بن يسار ، موقوفاً .
أشار إليه الحاكم ( 1 / 565 )

1.
Süleyman Teymi, o da Əba Osmandan, o da atasından , o da Məqil bin Yəssardan nəql edir ki , Rasulullah ( s.ə.ə.v ) buyurur: Sizlər ölülərinizə Yasin surəsini oxuyun.

Bu sənədlə gələn mənbələr:

Musnədi Əhməd c 5 , səh 25-26. Buxari-Tarixi Kəbir -c 8 , səh 57 , Sunəni Əbu Davud -c 3 , səh 188 /3121. Əbu Ubeyd -Fəzail Qur'an , səh 136. Musənnəfi İbn Əbu Şeybə -c 3 , səh 237. Sunəni ibn Macə -c 1 , səh 465-466. Mustedrek lil Hakim- c 1 səh 565. Beyhəqi c 3 , səh 383.

2-ci sənəd: Suleyman Təymi, Əbu Osman , o da Məqildən mərfuən həmin hədisi Nəsai özünün Əməlul yəvm vəl ləyləti kitabında , 1074.

3-cu sənəd:
Süleyman Teymi, bir kişidən , o da atasından , o da Məqil bin Yəssardan mərfuən - hədisi gətirib:
Nəsai -Əməlu yəvm vəl ləyləti -1075 , Musnədi Təyalisi- 931.

4-cü sənəd:

Süleyman Teymi, Əbu Osman, o da atasından , o da Məqil bin Yəssardan mərfuən hədisi nəql edib.
Mustədrəki Hakim c 1 , səh 565.

İbn Baz hədis haqqında deyir: Albani və bir dəstə cəmaət hədisi səhih bilib. Amma hədis sənəddə olan Əbu Osman Nihdiyə görə zəifdir. Lakin xəstənin yanında Quran oxumaq qəbul olunan bir əməldir.


أبو عثمان النهدي ( ع )

قال الذهبي : الإمام ، الحجة ، شيخ الوقت
قال أبو حاتم كان ثقة

Lakin Əbu Osmanı Zəhəbi öz Siyər Əlamun Nubəla əsərində , Əbu Hatəm də həmçinin etibarlı ravi , imam , dövrünün şeyxi və huccət biliblər .

بشير البادكوبي

Məqalə 3


Onlardan sonra gələnlər belə deyirlər : «Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!»
(Həşr 59: 10)

Fatihə və ixlasın, Quranın oxunması həm ölən üçün duadır, həm də yaşayan üçün şəfadır.

Hz, Peyğəmbərimiz (s) üç cür dərman istifadə edirdi. Qurani-Kərim və ya dua oxuyardı. Elm yolu ilə kəşf edilən dərmanlardan istifadə edirdi. Hər ikisindən birlikdə istifadə edirdi. Bir hədisdə buyurulur ki :
«Qurani-Kərimdən şəfa gözləməyən şəfaya qovuşa bilməz.»

İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də Cənnətdə özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!
(Tûr 52: 21)

Bu barədə islam məzhəbləri arasında müxtəlif fikirlər söylənmişdir.
1) Hənəfi məzhəbinə əsasən qəbr ətrafında Quran oxumaq məkruhdur..
(Əli qari Hənəfi, Fiqhul - Əkbər kitabı, s. 110)

2) Şafeyi məzhəbinə əsasən ölüyə oxunan Quranın savabı ona çatmır.
(Əttəzkiratu Qurtubinin kitabı , s, 7)

3) Malikilərin məzhəbinə əsasən ölüyə Quran oxumaq məkruhdur.
( Əş Şərtu s Səğir, c. 1, s. 180)

4) Hənbəlilərin məzhəbinə əsasən isə ölüyə Quran oxumaq bidət və haramdır.

Peyğəmbər və Əhli-beytnin fikrini bilək.
Ona görə də bunun cavabını Quran və hədis əsasında verəcək.
Quran ayələrinə və hədislərə diqqət yetirsək insan öləndən sonrada bəzi əməllərin ona, savabının çatmasına şahid olarıq.

(Bəzi adamların fəxr etdiyi) mal dövlət, oğul uşaq bu dünyanın bər bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə, Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha yaxşıdır.
(Kəhf 18: 46)

Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə, Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır.
(Məryəm 19: 76)

Bu iki ayələrdə Allah təala bəzi əməllərin əbədi qalmasından və əbədi qalan əməllərin əhəmiyyətindən danışmışdır.

Peyğəmbər (s) buyurmuşdur :
1) Başqalarına fayda verən elm.
2) Özündən sonra onun üçün dua edən saleh övlad.
3) Həmişə cari olan sədəqə.
( Vəsail,. c, 15, s. 116)

Özündən sonra kitab yazıb qoymaq, Məscid tikdirmək, Quyu, yaxud, bulaq qazdırsın,

Bir gün bir kişi peyğəmbərə ərz elədi, anam vəfat edib, onun tərəfindən sədəqə versəm savabı ona çatarmı?
Peyğəmbər (s) buyurdu. Bəli.
(Səhih Müslim)


İmam Əli (ə) buyurmuşdur :

« Öz ölülərinizi ziyarət edin ki, onlar sizin ziyarətinizlə sevinirlər. Öz ata-ananızın qəbrinin yanında hacətlərinizi istəyin.
(Usuli Kafi, c. 3, s, 230)

Əbu Bəkr və İbni Abbasdan rəvayət edilmişdir ki, Peyğəmbər Əkrəm (s) buyurub:
« Qəbiristanlığa girib «Yasin» surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş olarlar. Oxuyana da oradakı ölülər sayınca savab verilər.»
(Ruhil-bəyan, Təfsiri «Dörd səhih hədis» kitabı Əbu Hüreyrədən, 1044-1066-cı hədis)

Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə «Yasin» surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.