Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Cümə namazının hökmləri

Cümə namazının hökmləri
0
  • 27 noyabr 2021
  • Bölmə: Namaz
  • Baxış: 1 648
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Sual 1:
Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı?
Cavab:
(Bəli) icazəlidir.

Sual 2:
Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü?
Cavab:
Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha həmd-səna və təqvanı tövsiyə etmək kimi xütbənin başqa hissələrini isə ərəb dilindən qeyri dildə də demək olar. Eləcə də, cümə namazında iştirak edənlərin əksəriyyəti ərəb dilini bilməyənlərdirsə, ərəb dilində tələffüz edilən “Allaha təqvalı olmaq”, ehtiyata əsasən, onların anladıqları (başa düşdükləri) dildə deyilməlidir.

Sual 3:
Cümə namazında iştirak etmək vacibdirmi?
Cavab:
Əgər cümə namazı bu namazın şərtlərini özündə cəm edən bir məmləkətdə qılınarsa, bu namazı İmam (ə) və ya onu təmsil edən bir adam qılarsa, təyinə görə, iştirak etmək vacibdir. Qeyrisi qılarsa, iştirak etmək vacib deyildir. Əksinə, əvvəl vaxtında olmuş olsa da, belə, zöhr namazının qılınmasına icazə verilir.

Sual 4:
Qadının cümə namazında iştirak etməsi vacibdirmi?
Cavab:
Qadına, namazını tam qılmış olan səfərdəki şəxsə, xəstəyə, kora, yaşlı insana, cümə namazı qılınan məkanla arasında iki fərsəxdən (təqribən 11 km.) artıq məsafə olan şəxsə, yağış və ya şiddətli soyuq, yaxud da, bunlara bənzər hallar səbəbindən (cümə namazına getməsində) çətinliyi olan şəxsə cümə namazında iştirak etmək vacib deyildir. Sadalanan bütün bunların — öncəki məsələdə açıqlaması keçmiş və gərəkməsi təyinə əsasən vacib olan — cümə namazında iştirak etmələri vacib deyildir.

Sual 5:
Cümə namazının vaxtı nə zamandır?
Cavab:
Cümə namazının vaxtı cümə gününün günəşinin — el arasında qəbul edildiyi kimi — (zenit nöqtəsindən) batmağa ilk meyl etdiyi zamandır. Cümə namazını bu vaxtda qılmayan şəxsə zöhr namazını qılması lazımdır.

Sual 6:
Namazda qəflətə düşərək “Tovhid” surəsini oxusam və sonra da, bu surəni “Cümə” surəsi və başqası ilə əvəz etmək istəsəm, buna icazə verilmi?
Cavab:
Namaz qılan şəxs cümə günündə, yalnız namazının birinci rəkətində “Cümə” surəsini, ikinci rəkətində isə “Münafiqun” surəsini oxumağı niyyət edərsə və niyyətini unudaraq “Tovhid” surəsini oxuduğu halda oxuduğunu niyyət etdiyi surə ilə əvəz edə bilər. Ehtiyat lazım (namaz qılan şəxsin) cümə günü bilərəkdən başladığı “Tovhid” və “Kafirun” surələrini əvəz etməməsidir.


Sual 7:
Özündən sonra zöhr namazının (vaxtının) müəyyən olunması üçün cümə namazının vaxtı nə zaman başlayır və nə zaman bitir?
Cavab:
Cümə namazının vaxtı cümə gününün günəşinin — el arasında qəbul edildiyi kimi — (zenit nöqtəsindən) batmağa ilk meyl etdiyi zamandır. Əgər bir şəxs namazı bu vaxtadək gecikdirsə, (cümə) namazı düzgün sayılmaz və qoy, zöhr namazını qılsın! Bəli, namazı batmağa ilk meyl etdiyi vaxta bir neçə dəqiqə miqdarında yubadarsa, qəbahət olmaz

Sual 8:
Cümə namazı nə vaxtı nə vaxtdır?
Cavab:
Cümə namazının vaxtı cümə gününün günəşinin — el arasında qəbul edildiyi kimi — (zenit nöqtəsindən) batmağa ilk meyl etdiyi zamandır. Cümə namazını bu vaxtda qılmayan şəxsə zöhr namazını qılması lazımdır

Sual 9:
Cümə namazı zöhr namazına qarşılıq verirmi (yerini verirmi)?
Cavab:
Möhtərəm Seyyid Sistani(Allah onu hifz etsin!) bütün şərtləri ilə düzgün qılınan cümə namazının zöhr namazına qarşılıq verdiyini hesab edir.

Sual 10:
Hal-hazırda bəzi dövlətlərdə qılınan cümə namazlarının hökmü nədir?
Cavab: İmam və camaat olmaqla, əgər, bütün şərtləri ilə qılınırsa, mükəlləf şəxs onu qılmaq ilə zöhr namazını qılmaq arasında seçim etmək haqqına malikdir :

Sual 11: Cümə namazında oxunması müstəhəbb olan surələr hansılardır?
Cavab: Cümə gününün zöhr və əsr namazlarının birinci rəkətdə “Cümə” surəsini, ikinci rəkətində isə “Münafiqun” surəsini oxumaq müstəhəbbdir. Bunlar cümə gününün sübh namazında da, müstəhəbbdir. Yaxud, sübh namazının ikinci rəkətində “Tovhid” oxunsun.

Sual 12: Cümə namazına imamlıq etmək üçün (bir şəxsə) şərtləri özündə cəm edən fəqihinin təsdiqi şərtdirmi?
Cavab: Xeyr, şərt deyildir.

Sual 13: Namazın (cümə namazının) tam sayılması üçün cümə xütbəsində iştirak etmək vacibdirmi?
Cavab:
(İştirak etmək) vacib deyildir.

Sual 14:
Seyid Xoyinin (Allah ona rəhmət etsin!) rəyinə əsasən, əgər, cümə namazı qılınarsa, ehtiyata əsasən, iştirak etmək vacibdir. Bu, bir fətvadır, yoxsa, ələm və daha ələmlərə müraciət edilməsinə icazə verilən vacib ehtiyatdır.
Cavab: Ehtiyata vacibdir.

Sual 15:
Əgər cümə namazında onlara (əhli-xilafa) iqtida olunarsa, bu namazdan sonra zöhrün qılınması vacibdirmi?
Cavab:
Bəli, (qılmaq) vacibdir

Sual 16:
(Namazların nizamla qılınması üçün) təyin olunmuş imama sıxıntı verməmək qaydasına əsasən, eyni məntəqədə əhatəsində daha öncədən mövcud olan, yaşca böyük olan və elmi səviyyəsi də üstün olan namazları nizamla qıldıran imam-camaatların olduğu halda dini elm tələbəsinin cümə namazını qılmasına icazə verilirmi?
Cavab: Əgər onun cümə namazını qılacağı məkan onların namaz qıldıqları yerdə olmazsa, sıxıntı da, olmaz, bunda bir irad da, olmaz

Sual 17:
Cümə gününün zöhr namazını evdə tək qılmaq istəsəm, ilk iki rəkətin qiraətinin səsli olmasının hökmü nə olacaqdır?
Cavab: Cümə gününün zöhr namazının ilk iki rükətinin səsli (ucadan) deyilməsi müstəhəbdir.

Sual 18:
Birinin digərindən bir asılılığı olmayan, aralarında heç bir rabitə və əlaqələri mövcud olmayan, adları fərqli olan, idarə və təhlükəsizlik bölmələri və coğrafi bölgüləri ayrı olan iki qəsəbə vardır. Belə ki, hər qəsəbənin — aralarında nə bir əlaqə, nə də ki, rabitə olan — öz bələdiyyəsi, icra qurumu, polisi, təhlükəsizlik və inzibati orqanları vardır. Hər qəsəbənin də bir məscidi vardır. Bu məscidlərdən birində cümə namazı qılınır. Bu iki məscid arasında birbaşa hava, yaxud da atəş xətti məsafəsinin tam dəqiqliklə dörd kilometr iki yüz metr olduğunu bildiyimiz halda digər məsciddə cümə namazının qılınması düzgündürmü?
Cavab:
İki məscid arasındakı ən qısa yetişmə yolu təqribən beş kilometr yarıma (5.5 km) çatmırsa, eyni gündə bu məscidlərdə cümə namazlarının qılınması düzgün deyildir. Bu məscidlərdən birinin bir qəsəbədə, digərinin isə ondan müstəqil olan digər qəsəbədə yerləşməsinin dəxaləti yoxdur. Allah (ən yaxşı) biləndir.

Sual 19:
Cümə namazının qılınması üçün müəyyən say şərtdirmi?

Cavab:
Cümə namazı qılacaq camaat üçün müəyyən say şərtdir. Bu, biri imam olmaqla beşdir. Biri imam olmaqla beş müsəlman cəm olmadan cümə namazı düzgün deyildir.


www.sistani.org
➖➖➖➖➖➖➖➖➖
Vəssəlamu ələykum və rəhmətullah.
paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.