Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Cümə qüslunun hökmləri

Cümə qüslunun hökmləri
0
Mətndə qrammatik səhv var?


Sual 1:
Cümə günü qüsl almağın vaxtı (başlanma və sonu) nədir (nə vaxtdır)?

Cavab:
Cümə qüslunun (alınma) vaxtı cümə günü fəcr tulu edəndən (çıxandan) gün batana qədərdir.
➖➖➖➖➖➖➖➖➖➖➖

Sual 2:
Şənbə gününün axşamı (cümə günü gün batdıqdan sonra) cümə qüslu alınarsa, niyyət hansı şəkildə edilir? və bu qüsl dəstəmazı əvəz edirmi?

Cavab: Qəza qəsdi (niyyəti) edilməlidir. Və bu qüsl dəstəmazı əvəz edir.
➖➖➖➖➖➖➖➖➖➖➖➖

Sual 3:
Bir şəxs cümə günü fəcrdən sonra cənabət qüslu alarsa daha sonra boynuna qüsl gələrsə və zəvaldan (zöhr azanından) əvvəl cümə qüslu alarsa həmin bu qüsl dəstəmazı əvəz edirmi?
Cavab:
Bunda işkal var (ehtiyat-vacibə əsasən əvəz etmir).
➖➖➖➖➖➖➖➖➖➖➖

Sual 4:
Cümə qüslunun qəzasının şənbə günü yerinə yetirilməsi və ya cümə axşamı ümüd qəsdi ilə yerinə yetirilməsi dəstəmazı əvəz edirmi?

Cavab:
Şənbə günü edilən qəza dəstəmazı əvəz edir lakin (cümə axşamı) ümüd qəsdi ilə olan (qüsl) isə ehtiyat-vacibə əsasən dəstəmazı əvəz etmir.
➖➖➖➖➖➖➖➖➖➖➖
Sual 5:
Cümə günü gün batmazdan əvvəl əsr vaxtı cümə qüslu niyyəti ilə qüsl edə bilər və həmin qüsl ilə namaz qıla bilərəmmi? Və niyyəti necə etməliyəm?

Cavab:
Bəli icazəlidir. Ehtiyat-müstəhəbə əsasən əda və qəza (mafiz~zimmə) niyyəti olmadan mütləq qürbət qəsdi etməlisiz.
➖➖➖➖➖➖➖➖➖➖➖➖

Sual 6:
Cümə günü qusl etmədim və şənbə gününün əsr vaxtı məğribdən əvvəl və ya məğrib namazının vaxtı daxil olduqdan sonra qüsl aldım. Bu qüsl dəstəmazı əvəz edirmi?

Cavab:
Günəşin qürubundan əvvəl qüslun qəzası icazəlidir və dəstəmazı da əvəz edir. Amma qürubdan sonra qəza səhih sayılmaz. Rəca qəsdilə qüsl etmək icazəlidir. Lakin dəstəmazı əvəz etməz.
Sistani.org
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.